Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizin seçkilərdə inamlı qələbəniz respublikada yüksək nüfuzunuzu sübut edir. Seçkilərin nəticəsi təkcə Sizin şəxsi keyfiyyətlərinizə verilən dəyər deyil, həmçinin Azərbaycanda dinc, xoşbəxt, rahat həyatı təmin etmək səylərinizə dəstəkdir. Azərbaycan Respublikası Sizin rəhbərliyiniz ilə sosial-iqtisadi inkişafda, beynəlxalq arenada mövqelərinin möhkəmlənməsində diqqətəlayiq uğurlar əldə edib. Energetika sahəsində Rusiya-Azərbaycan münasibətləri, həmçinin “Rosneft” Neft Şirkəti PSC ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında əlaqələr dinamik inkişaf edir.

Azərbaycanın tanınmış maarifçi-yazıçısı Mirzə Fətəli Axundzadə yazırdı: “Vətənpərvər - Vətəninin yüksəlişi naminə canından keçməyə hazır olan insandır”.   

Əminəm ki, Azərbaycan xalqı düzgün seçim edib.

Hörmətli İlham Heydər oğlu, atanız – Azərbaycanın ümummilli lideri və Rusiyanın səmimi dostu Heydər Əlirza oğlu Əliyevin nəcib işinin davam etdirilməsində Sizə yeni nailiyyətlər diləyirəm.

Ən xoş arzularla və hörmətlə,    

İqor Seçin
“Rosneft” Neft Şirkəti
Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında