Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Dərbənd şəhərindəki Azərbaycan Dövlət Dram Teatrının kollektivi adından ürəkdən təbrik edirəm.

Seçkilərdə inamlı qələbəniz Sizin rəhbərliyinizlə həyata keçirilən sosial-iqtisadi islahatların, Azərbaycanın xarici siyasət kursunun xalq tərəfindən hərtərəfli dəstəkləndiyini göstərir.

Sizin rəhbərliyinizlə Azərbaycanın imici dünyada ən yüksək zirvəyə qalxıb.

Dağıstan azərbaycanlıları qardaş Azərbaycanın uğurlarından həmişə qürur duyur. Biz fəxr edirik ki, Dərbənddə mərkəzi küçələrdən birinə ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin adı verilib. Heydər Əliyev Fondu şəhərimizdə məktəbləri abadlaşdırıb. Biz Dərbənddə Azərbaycan Teatrının inkişafına Sizin töhfənizə və dəstəyinizə görə çox minnətdarıq və bunu yüksək qiymətləndiririk.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, sülh, firavanlıq diləyir, ən xoş arzularımı bildirirəm.

Hörmətlə,

Firdovsi ƏSGƏROV,
Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar mədəniyyət işçisi,
Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında