Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Sizi inamlı qələbəniz, yenidən çox böyük ictimai dəstəklə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Ali dövləti fəaliyyətinizdə və dost Azərbaycanı daha da inkişaf etdirməkdə Sizə uğurlar arzulayıram.

Yeni mandatınız dövründə ölkələrimiz və xalqlarımız arasında sıx dostluq münasibətlərinin, xüsusilə iqtisadi və
ticari sahələrdə daha da güclənəcəyinə və intensivləşəcəyinə qəti inamımı ifadə edirəm. Əminəm ki, TAP və İAP qaz kəmərləri kimi böyük layihələrin həyata keçirilməsinə və gələcəkdə Albaniyanın qazlaşdırılması imkanına Azərbaycan Hökumətinin və şəxsən Sizin göstərdiyiniz dəstəklə ölkələrimiz arasındakı əməkdaşlıq münasibətləri qarşılıqlı maraq doğuran digər sahələrdə də genişlənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, bir daha Sizi münasib bildiyiniz vaxtda Albaniyaya dövlət səfərinə dəvət etmək arzumu ifadə etmək istəyirəm. İnanıram ki, bu səfər Albaniya və Azərbaycan arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına daha sanballı töhfə verəcək.

Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycana və onun xalqına daha sürətli inkişaf və rifah arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

İlir Meta
Albaniya Respublikasının Prezidenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında