Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

İcazə verin, Sizi Belarusun “Azərbaycan İcmaları Konqresi”, Belarusda yaşayan bütün azərbaycanlılar adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ürəkdən təbrik edim.

Sizin uğurlu qələbəniz xalqımızın Sizə, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş siyasətini müvəffəqiyyətlə davam etdirməyinizə etibar və inamın bariz nümunəsidir.

Sizin rəhbərliyiniz ilə aparılan fəaliyyət nəticəsində Vətənimizin sözün əsl mənasında çiçəklənməsinin templəri təkcə Azərbaycan diasporunu deyil, bütün dünyanı valeh edir.

Fürsətdən istifadə edərək, bu şərəfli və məsuliyyətli işinizdə Sizə böyük uğurlar və yeni nailiyyətlər diləyir, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı və səadət arzulayırıq.

Möhtərəm cənab Prezident, Sizi əmin etmək istəyirik ki, biz həmişə Sizin tərəfinizdə olacaq, bütün fəaliyyətinizi dəstəkləyərək, xalqımızı xaricdə layiqincə təmsil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Dərin hörmət və ehtiramla,

Natiq Bağırov
Belarusun “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında