Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu!

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə “ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun rəhbərliyi və kollektivi adından Sizə ən səmimi təbriklərimi çatdırım.

Seçicilərin mütləq əksəriyyətinin Sizə yenidən böyük etimad göstərməsi faktı, ilk növbədə, onu təsdiqləyir ki, Azərbaycan vətəndaşları Sizin müdrik rəhbərliyinizlə həyata keçirilən dövlət səviyyəli tədbirlərin uğurlarına inanırlar. Onlar həyatlarının yaxşılaşmasına ümidlərini həm doğma Vətəndə, həm də onun hüdudlarından kənarda şəksiz nüfuz sahibi olan müdrik, uzaqgörən siyasi xadimin və dövlət xadiminin adı ilə – Sizin adınızla bağlayırlar.

Əminik ki, Siz Azərbaycan Respublikasının hərtərəfli sosial-iqtisadi inkişafı və beynəlxalq arenada onun mövqelərinin möhkəmlənməsi istiqamətində inamlı irəliləyişi böyük ruh yüksəkliyi ilə davam etdirəcəksiniz.

Sizə möhkəm cansağlığı, tükənməz enerji, xoşbəxtlik, firavanlıq, Azərbaycan Respublikasının bu günü və gələcəyi naminə nəcib quruculuq fəaliyyətinizdə uğurlar arzu edirik.

Dərin hörmətlə,

İqor Makarov
“ARETİ” Beynəlxalq Şirkətlər
qrupunun prezidenti

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında