Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Arif qızı Əliyevanın deputat səlahiyyətlərinə xitam verilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının

Q Ə R A R I

 

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda onun deputat səlahiyyətlərinə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 175.3-cü maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının qərarı ilə xitam verilir.

Həmin maddənin tələblərinə müvafiq olaraq Milli Məclisin deputatı M.A.Əliyeva 2017-ci il martın 3-də yazılı ərizə ilə Mərkəzi Seçki Komissiyasına müraciət edərək ölkə Prezidentinin 2017-ci il 21 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilməsini xahiş etmişdir.

Beləliklə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı M.A.Əliyevanın deputat səlahiyyətlərinə xitam verilməsi üçün əsaslar yaranmışdır.

 Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.14-cü, 28.2-ci, 28.4-cü, 175.3-cü və 176.3-cü maddələrinə uyğun olaraq q ə r a r a  a l ı r :

1. Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı  Mehriban Arif qızı Əliyevanın deputat səlahiyyətlərinə xitam verilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr     Məzahir Pənahov
Katib      Arifə Muxtarova
Katib     Mikayıl Rəhimov


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında