26 sentyabr 2016-cı il SƏSVERMƏNİN NƏTİCƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ

AZƏRBAYCAN RESPUBLİKASI

__________

 

R E F E R E N D U M

 

P R O T O K O L U

 

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2016-cı il tarixli, 2241 saylı Sərəncamı ilə ümumxalq səsverməsinə (referenduma) çıxarılmış Azərbaycan Respublikasının Referendum Aktının layihəsi üzrə səsvermənin nəticəIəri haqqında dairə seçki komissiyalarının protokollarındakı bütün məlumatları ümumiləşdirərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası* səsvermənin ümumi nəticəIərini müəyyən ­etmişdir:

                       

B A K I  –  2 0 1 6

 

Seçki dairələrinin sayı

 

 

Bir yüz iyirmi beş

 

125

 

 

 

 

 

Dairə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokolların sayı

 

 

Bir yüz iyirmi beş

 

125

 

 

 

 

 

Seçki məntəqələrinin ümumi sayı

 

 

Beş min altı yüz iyirmi yeddi

 

5 627

 

 

 

 

 

Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı

 

 

Dörd

 

4

 

 

 

 

 

Səsvermənin baş tutmadığı seçki məntəqələrinin sayı

 

 

Sıfır

 

0

 

 

 

 

 

Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki dairələrinin sayı

 

 

Sıfır

 

0

 

 

 

 

1.

Seçicilərin ümumi sayı

 

 

Beş milyon iki yüz yetmiş min altı yüz on üç

 

5 270 613

 

 

 

 

 

      o  cümlədən:

 

 a)  seçici siyahılarındakı seçicilərin sayı

 

 

 

Beş milyon iki yüz altmış üç min üç yüz qırx altı

 

5 263 346

 

 

 

 

 

 

 

 b)  əlavə seçici siyahılarında olan seçicilərin sayı

 

 

 

 

 

Yeddi min iki yüz altmış yeddi

 

7267

 

 

 

 

 

 

2.

Səsvermədə iştirak etmiş (səsvermə bülleteni alan) seçicilərin sayı **

 

 

Üç milyon altı yüz yetmiş üç min səkkiz yüz on altı

 

3 673 816

 

 

 

 

3.

Səsvermə qutularında olan səsvermə bülletenlərinin sayı

 
 

Üç milyon altı yüz yetmiş bir min iki yüz yetmiş dörd

 

3 671 274

 

 

 

 

               

   *      Protokoldakı “seçki komissiyaları” ifadəsi müvafiq olaraq “referendum komissiyaları” hesab edilir.

**   Seçicilərin fəallığı: 69.70%  [seçicilərin ümumi sayına, (1.), nisbətən faizlə]

 

4.

Ümumxalq səsverməsinə çıxarılmış Referendum Aktının layihəsinə

uyğun hər bir hissə üzrə səsvermənin nəticələri:

Sıra sayı

Hissələrin adları

 

Səslərin sayı

sözlə

rəqəmlə

faizlə***

1

9-cu maddənin I hissəsi aşağıdakı redaksiyada verilsin:

“I. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.”.

lehinə

Üç milyon bir yüz on üç min yeddi yüz əlli dörd

3 113 754

84.81

əleyhinə

Üç yüz on doqquz min səkkiz yüz səksən səkkiz

319 888

8.71

etibarsız

İki yüz otuz yeddi min

altı yüz otuz iki

237 632

6.48

2

24-cü maddədə:

2.1. I və II hissələr, müvafiq olaraq, II və III hissələr hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda I hissə əlavə edilsin:

“I. İnsan ləyaqəti qorunur və ona hörmət edilir.”;

2.2. III hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Hüquqlardan sui-istifadəyə yol verilmir.”.

lehinə

Üç milyon bir yüz on doqquz min iki yüz otuz beş

3 119 235

84.96

əleyhinə

Üç yüz on yeddi min

bir yüz iyirmi doqquz

317 129

8.64

etibarsız

İki yüz otuz dörd min doqquz yüz on

234 910

6.40

3

25-ci maddədə:

3.1. III hissənin birinci cümləsində “milliyyətindən” sözü “etnik mənsubiyyətindən” sözləri ilə, ikinci cümləsində “milli” sözü “etnik” sözü ilə əvəz edilsin;

3.2. aşağıdakı məzmunda VI hissə əlavə edilsin:

“VI. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.”.

lehinə

Üç milyon bir yüz iyirmi

iki min yetmiş iki

3 122 072

85.04

əleyhinə

Üç yüz on dörd min üç

314 003

8.55

etibarsız

İki yüz otuz beş min bir yüz doxsan doqquz

235 199

6.41

4

29-cu maddədə:

4.1. V hissə VII hissə hesab edilsin;

4.2. aşağıdakı məzmunda V və VI hissələr əlavə edilsin:

“V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.

VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.”.

lehinə

Üç milyon bir yüz otuz

iki min yeddi yüz səksən səkkiz

3 132 788

85.33

əleyhinə

Üç yüz on min üç yüz

əlli beş

310 355

8.45

etibarsız

İki yüz iyirmi səkkiz min bir yüz otuz bir

228 131

6.22

5

32-ci maddəyə aşağıdakı məzmunda VI, VII və VIII hissələr əlavə edilsin:

“VI. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.

VII. Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.

VIII. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.”.

lehinə

Üç milyon bir yüz otuz bir min dörd yüz altmış bir

3 131 461

85.30

əleyhinə

Üç yüz altı min iki yüz

qırx səkkiz

306 248

8.34

etibarsız

İki yüz otuz üç min

beş yüz altmış beş

233 565

6.36

6

36-cı maddədə:

6.1. II hissədən “və digər silahlı birləşmələrdə” sözləri çıxarılsın;

6.2. aşağıdakı məzmunda IV hissə əlavə edilsin:

“IV. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır.”.

lehinə

Üç milyon bir yüz otuz beş min altı yüz altmış doqquz

3 135 669

85.41

əleyhinə

Üç yüz doqquz min iki yüz səksən beş

309 285

8.42

etibarsız

İki yüz iyirmi altı min üç

yüz iyirmi

226 320

6.17

­­7

47-ci maddənin III hissəsində “sosial” sözündən sonra “və hər hansı digər meyara əsaslanan” sözləri əlavə edilsin.

lehinə

Üç milyon iki yüz iki min

bir yüz on iki

3 202 112

87.22

əleyhinə

İki yüz yetmiş bir min

bir yüz iyirmi səkkiz

271 128

7.39

etibarsız

Bir yüz doxsan səkkiz min otuz dörd

198 034

5.39

             

*** Səsvermə qutularında olan bülletenlərin sayına, (3.), nisbətən faizlə.

8

49-cu maddənin II hissəsində “etməklə” sözündən sonra “, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə,” sözləri əlavə edilsin.

lehinə

Üç milyon doxsan yeddi min dörd yüz

3 097 400

84.37

əleyhinə

Üç yüz iyirmi yeddi min

kkiz yüz yetmiş dörd

327 874

8.93

etibarsız

İki yüz qırx altı min

246 000

6.70

 

9

53-cü maddənin I hissəsində “heç bir halda” sözləri çıxarılsın və “vətəndaşlığından” sözündən sonra “(onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla)” sözləri əlavə edilsin.

lehinə

Üç milyon bir yüz doxsan yeddi min əlli

3 197 050

87.08

əleyhinə

İki yüz yetmiş iki min

doqquz yüz iyirmi bir

272 921

7.43

etibarsız

İki yüz bir min üç yüz üç

201 303

5.49

 

10

56-cı maddənin III hissəsində “seçkilərdə iştirak etmək” sözləri “seçilmək” sözü ilə əvəz edilsin.

lehinə

Üç milyon iki yüz dörd min yeddi yüz otuz doqquz

3 204 739

87.29

əleyhinə

İki yüz yetmiş bir min

rx səkkiz

271 048

7.38

etibarsız

Bir yüz doxsan beş min

rd yüz səksən yeddi

195 487

5.33

11

57-ci maddənin I hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər.”.

lehinə

Üç milyon iki yüz üç min üç yüz iyirmi doqquz

3 203 329

87.25

əleyhinə

İki yüz yetmiş min

üç yüz bir

270 301

7.36

etibarsız

Bir yüz doxsan yeddi min

altı yüz qırx dörd

197 644

5.39

12

58-ci maddənin IV hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır.”.

lehinə

Üç milyon iki yüz yeddi min dörd yüz altı

3 207 406

87.36

əleyhinə

İki yüz altmış doqquz min

beş yüz qırx bir

269 541

7.34

etibarsız

Bir yüz doxsan dörd min üç yüz iyirmi yeddi

194 327

5.30

13

59-cu maddədə:

13.1. maddənin mətni I hissə hesab edilsin və həmin hissədən “qanunla nəzərdə tutulmuş qaydada” sözləri çıxarılsın;

13.2. aşağıdakı məzmunda II hissə əlavə edilsin:

“II. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir.”.

lehinə

Üç milyon bir yüz altmış bir min altı yüz qırx dörd

3 161 644

86.12

əleyhinə

İki yüz səksən səkkiz min yeddi yüz otuz beş

288 735

7.86

etibarsız

İki yüz iyirmi min səkkiz

z doxsan beş

220 895

6.02

14

60-cı maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

I. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.

IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.”.

lehinə

Üç milyon altmış beş min səkkiz yüz qırx

3 065 840

83.51

əleyhinə

Üç yüz qırx beş min

altı yüz səkkiz

345 608

9.41

etibarsız

İki yüz əlli doqquz min səkkiz yüz iyirmi altı

259 826

7.08

15

68-ci maddədə:

15.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

“Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ”;

15.2. I və II hissələr, müvafiq olaraq, II və III hissələr hesab edilsin;

15.3. aşağıdakı məzmunda I və IV hissələr əlavə edilsin:

“I. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.”;

“IV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.”.

lehinə

Üç milyon əlli altı min

altı yüz on doqquz

3 056 619

83.26

əleyhinə

Üç yüz əlli min dörd yüz

iyirmi altı

350 426

9.55

etibarsız

İki yüz altmış dörd min

iki yüz iyirmi doqquz

264 229

7.19

16

71-ci maddənin II hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.”.

lehinə

Üç milyon iki yüz üç min səkkiz yüz əlli yeddi

3 203 857

87.27

əleyhinə

İki yüz altmış doqquz min

altı yüz otuz

269 630

7.34

etibarsız

Bir yüz doxsan yeddi min yeddi yüz səksən yeddi

197 787

5.39

17

85-ci maddənin I hissəsində “yaşı 25-dən aşağı olmayan” sözləri “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilsin.

lehinə

Üç milyon iki yüz otuz səkkiz min altı yüz doqquz

3 238 609

88.21

əleyhinə

İki yüz qırx səkkiz min

kkiz yüz altmış dörd

248 864

6.78

etibarsız

Bir yüz səksən üç min

kkiz yüz bir

183 801

5.01

18

89-cu maddənin I hissəsinin birinci bəndinin 5-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda 6-cı və 7-ci yarımbəndlər əlavə edilsin:

“6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissə­sinin tələbini pozduqda;

7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.”.

lehinə

Üç milyon iki yüz min

beş yüz səkkiz

3 200 508

87.18

əleyhinə

İki yüz altmış doqquz min yeddi yüz yetmiş yeddi

269 777

7.35

etibarsız

İki yüz min doqquz yüz səksən doqquz

200 989

5.47

19

Aşağıdakı məzmunda 981-ci maddə əlavə edilsin:

“Maddə 981. Azərbaycan Respublikası Milli Məclisinin buraxılması

I. Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır.

II. Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.”.

lehinə

Üç milyon iki yüz altı min yeddi yüz səksən iki

3 206 782

87.35

əleyhinə

İki yüz altmış səkkiz min

ksən altı

268 086

7.30

etibarsız

Bir yüz doxsan altı min

 dörd yüz altı

196 406

5.35

 

20

100-cü maddədən “Yaşı otuz beşdən aşağı olmayan,” sözləri çıxarılsın.

lehinə

Üç milyon üç yüz otuz doqquz min dörd yüz

qırx bir

3 339 441

90.96

əleyhinə

Bir yüz səksən iki min

üç yüz iyirmi dörd

182 324

4.97

etibarsız

Bir yüz qırx doqquz min

beş yüz doqquz

149 509

4.07

 

21

101-ci maddənin I hissəsində “5” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər.”.

lehinə

Üç milyon üç yüz qırx

altı min beş yüz on altı

3 346 516

91.15

əleyhinə

Bir yüz yetmiş yeddi min

altı yüz otuz səkkiz

177 638

4.84

etibarsız

Bir yüz qırx yeddi min

bir yüz iyirmi

147 120

4.01

22

Aşağıdakı məzmunda 1031-ci maddə əlavə edilsin:

“Maddə 1031. Azərbaycan Respublikasının vitse-prezidentləri

I. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

II. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.”.

lehinə

Üç milyon iki yüz yetmiş yeddi min doqquz yüz

əlli beş

3 277 955

89.29

əleyhinə

İki yüz on yeddi min

dörd yüz on doqquz

217 419

5.92

etibarsız

Bir yüz yetmiş beş min doqquz yüz

175 900

4.79

23

105-ci maddədə:

23.1. I hissənin birinci cümləsində “üç ay ərzində” sözləri “60 gün müddətində” sözləri ilə, ikinci cümləsində “Baş naziri” sözləri “Birinci vitse-prezidenti” sözləri ilə əvəz edilsin;

23.2. II hissədə “Baş naziri” sözləri “Birinci vitse-prezidenti” sözləri ilə, “səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri” sözləri “müəyyən etdiyi ardıcıllıqla Azərbaycan Respublikasının vitse-prezidenti Birinci vitse-prezident statusu almış olur və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini” sözləri ilə əvəz edilsin;

23.3. III hissə aşağıdakı redaksiyada verilsin:

“III. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir.”;

23.4. aşağıdakı məzmunda IV hissə əlavə edilsin:

“IV. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş nazirinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir. Həmin səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədrinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir.”.

lehinə

Üç milyon iki yüz iyirmi

bir min yetmiş yeddi

3 221 077

87.74

əleyhinə

İki yüz əlli beş min

kkiz yüz iyirmi dörd

255 824

6.97

etibarsız

Bir yüz doxsan dörd min

üç yüz yetmiş üç

194 373

5.29

24

Aşağıdakı məzmunda 1061-ci maddə əlavə edilsin:

“Maddə 1061. Azərbaycan Respublikası vitse-prezidentlərinin toxunulmazlığı

I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respub­likasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır.

II. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

III. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

IV. Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respub­likasının Prezidenti tərəfindən xitam verilə bilər.”.

lehinə

Üç milyon iki yüz iyirmi

bir min doqquz yüz

səkkiz

3 221 908

87.76

əleyhinə

İki yüz əlli altı min

bir yüz doxsan

256 190

6.98

etibarsız

Bir yüz doxsan üç min

bir yüz yetmiş altı

193 176

5.26

25

Aşağıdakı məzmunda 1081-ci maddə əlavə edilsin:

“Maddə 1081. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin təminatı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.”.

lehinə

Üç milyon iki yüz iyirmi

üç min iki yüz qırx dörd

3 223 244

87.82

əleyhinə

İki yüz əlli beş min

 səkkiz yüz altmış üç

255 863

6.97

etibarsız

Bir yüz doxsan bir min

iki yüz on səkkiz

191 218

5.21

26

Aşağıdakı məzmunda 1101-ci maddə əlavə edilsin:

“Maddə 1101. Dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnun verilməsi

Azərbaycan Respublikasının Prezidenti dövlət­lərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu vitse-prezidentə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər şəxslərə verə bilər.”.

lehinə

Üç milyon iki yüz iyirmi beş min səkkiz yüz iyirmi iki

3 225 822

87.89

əleyhinə

İki yüz əlli üç min

yeddi yüz iyirmi doqquz

253 729

6.91

etibarsız

Bir yüz doxsan min

yeddi yüz yetmiş dörd

190 774

5.20

27

121-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.”.

lehinə

Üç milyon iki yüz otuz

bir min əlli beş

3 231 055

88.03

əleyhinə

İki yüz qırx səkkiz min

yeddi yüz on yeddi

248 717

6.78

etibarsız

Bir yüz doxsan min

beş yüz əlli üç

190 553

5.19

28

126-cı maddənin I hissəsində “Yaşı 30-dan aşağı olmayan, seçkilərdə” sözləri “Seçkilərdə” sözü ilə əvəz edilsin.

lehinə

Üç milyon doxsan min

doqquz yüz on üç

3 090 913

84.21

əleyhinə

Üç yüz otuz üç min

kkiz yüz doxsan yeddi

333 897

9.10

etibarsız

İki yüz qırx beş min

beş yüz on beş

245 515

6.69

29

Aşağıdakı məzmunda 1461-ci maddə əlavə edilsin:

“Maddə 1461. Bələdiyyələrin məsuliyyəti

Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar.”.

lehinə

Üç milyon bir yüz bir min

bir yüz əlli yeddi

3 101 157

84.49

əleyhinə

Üç yüz iyirmi doqquz min

beş yüz otuz doqquz

329 539

8.98

etibarsız

İki yüz otuz doqquz min

altı yüz iyirmi doqquz

239 629

6.53

 

Daimi siyahıda olan seçicilərin 25%-dən çoxu (69.70%) səsvermədə iştirak etdiyindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən ümumxalq səsverməsi (referendum) baş tutmuşdur və Referendum Aktının layihəsində təqdim edilən 29 hissəsinin hər birinin lehinə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdiyindən həmin Məcəllənin 138.3-cü maddəsinin tələbinə uyğun olaraq Referendum Aktı qəbul edilir.  

Mərkəzi Seçki Komissiyasının

sədri 

Pənahov Məzahir Məhəmməd oğlu

 

Mərkəzi Seçki Komissiyası

sədrinin müavini 

Məmmədov Natiq Seyfulla oğlu

 

Mərkəzi Seçki Komissiyasının

katibi

Muxtarova Arifə Ağaverdi qızı

 

Mərkəzi Seçki Komissiyasının

katibi

Rəhİmov Mikayıl Rəhman oğlu

 

 

 

Mərkəzi Seçki Komissiyasının

üzvləri:

Cavadov Fuad Musa oğlu

 

 

ƏLİYEV Şaitdin Sərdar oğlu

 

 

İbrahİmov Ramiz Hilal oğlu

 

 

Kazımova Validə Faiq qızı

 

 

Paşayev Hüseyn Məmməd oğlu

 

 

Məmmədov İlham Sabir oğlu

 

 

Nadİrov Nizami Hüseyn oğlu

 

                          M.Y.

Orucov Qabil Əhməd oğlu

 

 

Tağıyev Azər Cabir oğlu

 

 

ƏSGƏROV Bəxşeyiş Məmməd oğlu

 

 

Həsənov Tofiq Eldar oğlu

 

 

QəhrAmanlı Almas Əlisultan qızı

 

 

QuLİYEV Etibar Cəfər oğlu

 

 

ŞAHBAZOV İlkin Zaur oğlu

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında