"Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 960) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 1. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsinin gəlirləri 1 768 548 118,0 manat, xərcləri 1 786 000 000,0 manat məbləğində təsdiq edilir.".
2. 2-ci maddədəki cədvəlin 1-ci bəndində "1 221 011 400,0" rəqəmi "1 232 343 318,0" rəqəmi ilə, 1.1-ci bəndində "438 250 000,0" rəqəmi "464 833 800,0" rəqəmi ilə, 1.2-ci bəndində "59 761 400,0" rəqəmi "61 961 400,0" rəqəmi ilə, 1.4-cü bəndində "696 000 000,0" rəqəmi " 678 548 118,0" rəqəmi ilə əvəz edilsin.
3. 3-cü maddədəki cədvəlin 1-ci bəndində "1 688 270 000,0" rəqəmi "1 716 933 800,0" rəqəmi ilə, 1.1.-ci bəndində "1 633 900 000,0" rəqəmi "1 662 563 800,0" rəqəmi ilə və "1 138 900 000,0" rəqəmi "1 167 563 800,0" rəqəmi ilə əvəz edilsin, həmin maddəyə aşağıdakı məzmunda 13-cü bənd əlavə edilsin:{nl}

13. Pensiya islahatları üzrə qrant layihələrində Azərbaycan Respublikası tərəfinin payının maliyyələşdirilməsi ilə bağlı vergi öhdəliklərinin yerinə yetirilməsi xərcləri 120 000,0

{nl}

4. 5-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2010-cu ilin büdcəsinin gəlirləri və xərcləri arasındakı 17 451 882,0 manat məbləğində fərq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və yerli orqanlarının hesablarında 2010-cu il 01 yanvar tarixinə qalan vəsait hesabına maliyyələşdirilir.".

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2010-cu il

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında