Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin gəlirləri 12 061 000,0 min manat, xərcləri 12 748 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 11 613 958,2 min manat, yerli gəlirləri 447 041,8 min manat və mərkəzləşdirilmiş xərcləri 11 439 980,0 min manat, yerli xərcləri 1 308 020,0 min manat) məbləğində təsdiq edilsin.
Maddə 2. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:
(min manatla)
Gəlirlərin mənbələri Dövlət büdcəsinin gəlirləri
2.1. Fiziki şəxslərin gəlir vergisi 690 000,0
2.2. Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 1 210 000,0
2.3. Əlavə dəyər vergisi 2 121 600,0
2.3.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi 818 000,0
2.4. Aksiz 495 000,0
2.4.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksiz 79 000,0
2.5. Hüquqi şəxslərin əmlak vergisi 102 000,0
2.6. Hüquqi şəxslərin torpaq vergisi 35 000,0
2.7. Yol vergisi 36 000,0
2.7.1. Xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi 8 000,0
2.8. Mədən vergisi 129 000,0
2.9. Sadələşdirilmiş vergi 95 000,0
2.10. Gömrük rüsumları 215 000,0
2.11. Dövlət rüsumu 85 000,0
2.12. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar 4 000,0
2.13. Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar 5 000,0
2.14. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən daxilolmalar 296 400,0
2.15. Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar 813,2
2.16. "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu"na bərpa edilməsi üzrə daxilolmalar 3 918,5
2.17. Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər 1380,0
2.18. Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar 2 827,8
2.19. Dövlət Neft Fondundan daxilolmalar 6 480 000,0
2.20. Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar 23 560,5
2.21. Aksiz markaların satışından daxilolmalar 3 500 ,0
2.22. Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar 26 000,0
Maddə 3. Müəyyən edilsin ki, "Avtomobil Yolları" Məqsədli Büdcə Fondu və "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu" dövlət büdcəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:
3.1. "Avtomobil Yolları" Məqsədli Büdcə Fondu 170 000,0
3.1.1. Yol vergisi 36 000,0
3.1.2. Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi 10 000,0
3.1.3. İdxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər 53 000,0
3.1.4. İdxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu 51 000,0
3.1.5. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu 10 400,0
3.1.6. Nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların illik texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu 9 600,0
3.2. "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu" 100 000,0
3.2.1. Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar 2 827,8
3.2.2. "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu"na bərpa edilməsi üzrə daxilolmalar 3 918,5
3.2.3 "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun 2.16-cı, 2.18-ci və 3.1.1.-3.1.6-cı maddələrində nəzərdə tutulan daxilolmalar istisna olmaqla, dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən ayrılan vəsait 93 253,7
Maddə 4. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə vergi daxilolmaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergi dərəcələrinə uyğun olaraq hesablanır.
Maddə 5. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulsun.
Maddə 6. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələrdən göstərilən normativlər üzrə ayırmalar hesabına formalaşır:
6.1. Bakı şəhəri üzrə gəlirlərdən ("Avtomobil Yolları" Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa) 97,0 faiz
6.2. Aşağıdakı mənbələr üzrə daxilolmalardan:
Gömrük rüsumları, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi və aksiz (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa), dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar, xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər, Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar, Dövlət Neft Fondundan daxilolmalar, aksiz markalarının satışından daxilolmalar, dövlət büdcəsindən verilmiş kreditlər üzrə daxilolmalar, "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu"na bərpa edilməsi üzrə daxilolmalar, "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun gəlirləri 100,0 faiz
Maddə 7. Şəhər və rayonların yerli gəlirlərinə aşağıdakılar verilir:
7.1. Bakı şəhəri üzrə ("Avtomobil Yolları" Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa) - Bakı şəhəri üzrə gəlirlərin 3,0 faizi;
7.2. Digər şəhər və rayonlar üzrə ("Avtomobil Yolları" Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa) - müvafiq şəhər və rayonlar üzrə gəlirlərin 100 faizi.
Maddə 8. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir.
Xərclərin istiqamətləri Məbləğ
(manatla)
8.1. Ümumi dövlət xidmətləri 1.142.632.845,0
8.1.1. Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri 321.338.275,0
8.1.2. Beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara
Üzvlük haqqı xərcləri 93.979.318,0
8.1.3. Elm xərcləri 108.720.757,0
8.1.4. Başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri 15.695.808,0
8.1.5. Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 346.698.687,0
8.1.6. Yerli (bələdiyyə) büdcələrə verilən dotasiya 3.500.000,0
8.1.7. Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya 252.700.000,0
8.2. Müdafiə 1.325.061.150,0
8.2.1. Müdafiə qüvvələri 1.233.122.486,0
8.2.2. Milli təhlükəsizlik 86.955.665,0
8.2.3. Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar 2.326.428,0
8.2.4. Digər kateqoriyalara aid edilməyən xərclər 2.656.571,0
8.3. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq 712.886.919,0
8.3.1. Məhkəmə hakimiyyəti 43.020.732,0
8.3.2. Hüquq-mühafizə 621.438.000,0
8.3.3. Prokurorluq 48.082.703,0
8.3.4. Digər kateqoriyalara aid edilməyən xərclər 345.484,0
8.4. Təhsil 1.338.536.523,0
8.4.1. Məktəbəqədər və ibtidai təhsil 95.345.539,0
8.4.2. Natamam və orta təhsil 758.322.758,0
8.4.3. İnternat və xüsusi məktəblər 49.630.249,0
8.4.4. Texniki-peşə məktəbləri və liseylər 72.776.933,0
8.4.5. Ali təhsil 125.292.329,0
8.4.6. Təhsil sahəsində tətbiqi tədqiqatlar 5.021.267,0
8.4.7. Təhsil sahəsində digər xidmətlər 232.147.448,0
8.5. Səhiyyə 546.118.884,0
8.5.1. Poliklinikalar və ambulatoriyalar 88.840.959,0
8.5.2. xəstəxanalar 272.989.435,0
8.5.3. Səhiyyə sahəsində digər xidmətlər 4.863.761,0
8.5.4. Səhiyyə sahəsində tətbiqi tədqiqatlar 3.418.894,0
8.5.5. Səhiyyə sahəsinə aid edilən digər xidmətlər 176.005.835,0
8.6. Sosial müdafiə və sosial təminat 1.324.085.745,0
8.6.1. Sosial müdafiə xərcləri 1.305.857.147,0
8.6.1.1. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən ayırmalar (transfert) 691.000.000,0
8.6.2. Sosial təminat xərcləri 18.228.598,0
8.7. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət 202.350.881,0
8.7.1. Mədəniyyət və incəsənət sahəsində fəaliyyət 119.204.499,0
8.7.2. Radio, televiziya və nəşriyyat 51.491.582,0
8.7.3. Bədən tərbiyəsi, gənclər siyasəti və turizm 26.064.693,0
8.7.4. Digər kateqoriyalara aid edilməyən fəaliyyət 5.590.107,0
8.8. Mənzil və kommunal təsərrüfatı 227.683.253,0
8.8.1. Mənzil təsərrüfatı 18.577.370,0
8.8.2. Kommunal təsərrüfatı 204.264.936,0
8.8.3. Su təsərrüfatı 4.377.388,0
8.8.4. Mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər 463.559,0
8.9. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi 448.033.596,0
8.9.1. Kənd təsərrüfatı 426.026.946,0
8.9.2. Meşə təsərrüfatı 9.651.188,0
8.9.3. Balıqçılıq və ovçuluq 2.027.492,0
8.9.4. Ətraf mühitin mühafizəsi 3.585.506,0
8.9.5. Hidrometeorologiya tədbirləri 6.742.464,0
8.10. Sənaye, tikinti və faydalı qazıntılar 3.396.469.329,0
8.10.1. Tikinti 3.383.000.000,0
8.10.1.1. Dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 3.380.000.000,0
8.10.2. Faydalı qazıntılar 13.469.329,0
8.11. Nəqliyyat və rabitə 64.602.544,0
8.11.1. Nəqliyyat 60.552.880,0
8.11.2. rabitə 4.049.664,0
8.12. İqtisadi fəaliyyət 112.890.200,0
8.12.1. İqtisadi və kommersiya fəaliyyəti 35.000.000,0
8.12.2. İqtisadi fəaliyyətin digər sahələri 14.000.000,0
8.12.3. Çoxsahəli inkişaf layihələri 62.934.150,0
8.12.4. İqtisadi fəaliyyət sahələri üzrə təcrübə və tətbiqi tədqiqatlar 956.050,0
8.13. Əsas bölmələrə aid edilməyən xidmətlər 1.906.648.131,0
8.13.1. Məqsədli büdcə fondları 270.000.000,0
8.13.1.1. "Avtomobil Yolları" Məqsədli Büdcə Fondu 170.000.000,0
8.13.1.2. "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu" 100.000.000,0
8.13.2. Ehtiyat fondları 260.000.000,0
8.13.2.1. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu 160.000.000,0
8.13.2.2. Dövlət büdcəsinin Ehtiyat Fondu 100.000.000,0
8.13.3. Əsas bölmələrə aid edilməyən sair xərclər 1.376.648.131,0
8.13.3.1. Xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 1.087.000.000,0
8.13.3.2. Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 152.000.000,0
8.13.3.3. Digər xidmətlər üzrə xərclər 137.648.131,0
Maddə 9. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin xərcləri funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində bu Qanunun əlavəsində verilmiş məbləğlərdə təsdiq edilsin.
Maddə 10. Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 4.420.000.000,0 manat, o cümlədən şəhər və rayonların yerli gəlirlərinə aid olan məbləğ 447.041.782,0 manat, "Avtomobil Yolları" Məqsədli Büdcə Fonduna aid olan məbləğ 58.000.000,0 manat, yerli xərcləri 1.305.875.000,0 manat olmaqla, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 858.833.218,0 manat təsdiq edilsin.
Həmin şəhər və rayonların yerli xərclərindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 2.145.000,0 manat təsdiq edilsin.
(manatla)
№ Şəhər və rayonların adı Gəlirlər Xərclər Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləş-dirilmiş xərclərdən ayrılan vəsait
Cəmi O cümlədən
Cəmi Şəhər və rayonların yerli gəlirlərinə aid olan məbləğ "Avtomobil Yolları" Məqsədli Büdcə Fonduna aid olan məbləğ
Şəhərlər:
1. Bakı 4 064 777 400 121 081 182 28 738 000 121 081 182
2. Gəncə 22 008 000 21 106 000 902 000 54 128 369 33 022 369
3. Sumqayıt 46 108 000 44 536 000 1 572 000 60 608 375 16 072 375
4. Lənkəran 12 792 000 12 272 000 520 000 30 066 153 17 794 153
5. Şəki 10 900 000 10 114 000 786 000 31 263 546 21 149 546
6. Yevlax 7 576 000 6 774 000 802 000 20 508 610 13 734 610
7. Mingəçevir 7 124 000 6 836 000 288 000 27 278 125 20 442 125
8. Şirvan 8 408 000 7 980 000 428 000 15 015 271 7 035 271
9. Naftalan 829 000 791 000 38 000 2 886 389 2 095 389
10. Xankəndi
Rayonlar:
11. Abşeron 24 600 000 18 078 000 6 522 000 24 027 209 5 949 209
12. Ağcabədi 4 576 000 4 364 000 212 000 21 477 029 17 113 029
13. Ağdam 4 586 000 4 428 000 158 000 33 965 630 29 537 630
14. Ağdaş 3 700 000 3 570 000 130 000 17 341 965 13 771 965
15. Ağstafa 3 456 000 3 276 000 180 000 15 148 137 11 872 137
16. Ağsu 2 640 000 2 502 000 138 000 12 501 892 9 999 892
17. Astara 7 425 000 2 639 000 4 786 000 16 567 825 13 928 825
18. Balakən 3 868 000 3 212 000 656 000 13 856 926 10 644 926
19. Beyləqan 3 217 000 3 103 000 114 000 14 780 820 11 677 820
20. Bərdə 7 232 000 7 014 000 218 000 27 247 868 20 233 868
21. Biləsuvar 4 072 000 3 272 000 800 000 14 049 779 10 777 779
22. Cəbrayıl 922 000 848 000 74 000 11 948 128 11 100 128
23. Cəlilabad 6 166 000 5 920 000 246 000 29 187 159 23 267 159
24. Daşkəsən 1 648 000 1 608 000 40 000 10 775 106 9 167 106
25. Füzuli 4 462 000 4 396 000 66 000 25 655 815 21 259 815
26. Gədəbəy 2 926 000 2 810 000 116 000 23 939 305 21 129 305
27. Goranboy 3 549 000 3 375 000 174 000 23 112 559 19 737 559
28. Göyçay 5 820 000 5 652 000 168 000 19 686 088 14 034 088
29. Göygöl 3 480 000 3 350 000 130 000 13 023 082 9 673 082
30. Hacıqabul 3 222 000 3 082 000 140 000 9 993 726 6 911 726
31. Xaçmaz 10 845 000 10 093 000 752 000 26 670 154 16 577 154
32. Xızı 1 275 000 1 266 000 9 000 5 394 294 4 128 294
33. Xocalı 235 000 223 000 12 000 3 054 435 2 831 435
34. Xocavənd 472 600 454 600 18 000 4 545 507 4 090 907
35. İmişli 5 650 000 5 430 000 220 000 17 909 418 12 479 418
36. İsmayıllı 3 300 000 3 114 000 186 000 18 451 857 15 337 857
37. Kəlbəcər 976 000 947 000 29 000 17 425 948 16 478 948
38. Kürdəmir 4 086 000 3 916 000 170 000 16 357 812 12 441 812
39. Qax 2 918 000 2 814 000 104 000 15 299 162 12 485 162
40. Qazax 4 052 000 3 878 000 174 000 17 547 682 13 669 682
41. Qəbələ 5 856 000 5 672 000 184 000 16 905 594 11 233 594
42. Qobustan 2 151 000 2 063 000 88 000 7 511 393 5 448 393
43. Quba 9 670 000 9 374 000 296 000 26 140 711 16 766 711
44. Qubadlı 2 125 000 2 045 000 80 000 9 738 967 7 693 967
45. Qusar 4 406 000 4 230 000 176 000 17 184 411 12 954 411
46. Laçın 1 740 000 1 680 000 60 000 19 261 338 17 581 338
47. Lerik 1 592 000 1 524 000 68 000 15 702 377 14 178 377
48. Masallı 7 090 000 6 796 000 294 000 23 610 524 16 814 524
49. Neftçala 3 756 000 3 624 000 132 000 14 768 632 11 144 632
50. Oğuz 1 724 000 1 630 000 94 000 10 029 458 8 399 458
51. Saatlı 5 102 000 5 002 000 100 000 16 270 042 11 268 042
52. Sabirabad 6 210 000 6 080 000 130 000 23 033 858 16 953 858
53. Salyan 6 126 000 5 920 000 206 000 22 024 509 16 104 509
54. Samux 2 180 000 2 096 000 84 000 11 124 587 9 028 587
55. Siyəzən 2 668 000 2 626 000 42 000 7 250 617 4 624 617
56. Şabran 3 456 000 3 370 000 86 000 10 405 319 7 035 319
57. Şamaxı 6 270 000 6 130 000 140 000 20 239 314 14 109 314
58. Şəmkir 6 108 000 5 756 000 352 000 33 035 851 27 279 851
59. Şuşa 1 035 000 1 021 000 14 000 6 335 055 5 314 055
60. Tərtər 2 834 000 2 748 000 86 000 12 859 883 10 111 883
61. Tovuz 7 958 000 3 978 000 3 980 000 30 311 298 26 333 298
62. Ucar 2 964 000 2 874 000 90 000 14 125 286 11 251 286
63. Yardımlı 1 516 000 1 478 000 38 000 12 031 205 10 553 205
64. Zaqatala 6 340 000 6 060 000 280 000 22 369 170 16 309 170
65. Zəngilan 850 000 824 000 26 000 7 603 045 6 779 045
66. Zərdab 2 374 000 2 316 000 58 000 12 224 219 9 908 219
Cəmi: 4 420 000 000 447 041 782 58 000 000 1 305 875 000 858 833 218
Maddə 11. Bu Qanunun 10-cu maddəsi ilə Bakı şəhəri üzrə nəzərdə tutulmuş xərclərin tənzimlənməsi müvafiq icra hakimiyəti orqanı tərəfindən bu Qanunun 6.1-ci və 7.1-ci maddələri ilə müəyyən edilmiş Bakı şəhəri üzrə gəlirlərdən dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə və Bakı şəhəri üzrə yerli gəlirlərə ayırma normativlərinin müvafiq olaraq 2 faiz-bənddən çox olmamaqla artırılması və azaldılması yolu ilə həyata keçirilir.
Maddə 12. Azərbaycan Respublikasının 2011-ci ildə dövlət daxili və xarici borcları üzrə ödəniş məbləğləri aşağıdakı kimi təsdiq edilsin:
(manatla)
12.1. Daxili dövlət borcu üzrə 120 406 246,0
12.1.1. Faiz ödənişləri 30 316 246,0
12.1.2. Əsas borc üzrə ödənişlər 90 090 000,0
12.2. Xarici dövlət borcu üzrə 226 292 441,0
12.2.1. Faiz ödənişləri 141 865 813,0
12.2.2. Əsas borc üzrə ödənişlər 84 426 628,0
Maddə 13. Azərbaycan Respublikasının 2011-ci ildə daxili dövlət borcunun yuxarı həddi (limiti) 1 200 000,0 min manat, xarici dövlət borcunun yuxarı həddi (limiti) 2 300 000,0 min manat təsdiq edilsin.
Maddə 14. Dövlət büdcəsinin icrası prosesində "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq müdafiə olunan xərc maddələri ilk növbədə, digər xərc maddələri isə dövlət büdcəsinin gəlirləri və kəsirinin maliyyələşmə mənbələri üzrə daxilolmaların vəziyyətindən asılı olaraq maliyyələşdirilir.
Maddə 15. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 687 000,0 min manat məbləğində təsdiq edilsin. Onun maliyyələşdirilməsi özəlləşdirmədən və daxili və xarici borclanmadan, o cümlədən xaricdə qiymətli kağızların yerləşdirilməsindən, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar və 2011-ci il 01 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilsin.
Maddə 16. Azərbaycan Respublikasının 2011-ci il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 15 121 062,3 min manat müəyyən edilsin.
Maddə 17. Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2011-ci il icmal büdcəsinin kəsiri 8 704 661,1 min manat məbləğində müəyyən edilsin.
Maddə 18. Bu Qanun 2011-ci il yanvarın 1-dən qüvvəyə minir.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2010-cu il

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında