Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 16, maddə 697; 1994-cü il, № 15, maddə 176; 1995-ci il, № 17-18, maddə 285; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 81, № 4, maddə 305, № 5, maddələr 356, 378, № 6, maddə 452; 1998-ci il, № 1, maddə 16; 1999-cu il, № 4, maddə 217, № 7, maddə 395; 2001-ci il, № 3, maddə 145, № 12, maddələr 731, 736; 2002-ci il, № 5, maddələr 244, 246, № 12, maddə 706; 2004-cü il, № 4, maddə 202, № 7, maddə 507, № 8, maddə 596; 2005-ci il, № 8, maddə 684; 2007-ci il, № 5, maddə 401; 2008-ci il, № 7, maddə 602; 2010-cu il, № 3, maddə 171, № 4, maddə 275) aşağıdakı dəyişikliklər edilsin:
1. 5-ci maddədə "məcburi dövlət sosial sığorta haqları və" sözləri çıxarılsın;
2. 10-cu maddədə "dövlət və yerli büdcələrdən, Dövlət Sosial Müdafiə Fondu" sözləri "dövlət büdcəsinin" sözləri ilə əvəz edilsin;
3. 25-ci maddənin dördüncü hissəsində "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna" sözləri "dövlət büdcəsinə" sözləri ilə əvəz edilsin;
4. 26-cı maddənin ikinci hissəsində və 49-cu maddədə "Dövlət Sosial Müdafiə Fonduna" sözləri "dövlət büdcəsinə" sözləri ilə əvəz edilsin;
5. 37-ci maddənin birinci hissəsində "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun hesabına" sözləri "dövlət büdcəsinə" sözləri ilə əvəz edilsin.
II. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 348; 1999-cu il, № 11, maddə 609; 2000-ci il, № 11, maddə 776; 2001-ci il, № 9, maddə 576, № 12, maddələr 733, 736; 2002-ci il, № 12, maddə 706; 2004-cü il, № 7, maddə 505, № 12, maddə 976; 2005-ci il, № 1, maddə 2, № 12, maddə 1082; 2006-cı il, № 11, maddə 923, № 12, maddə 1018; 2007-ci il, № 1, maddə 4, № 12, maddə 1193; 2008-ci il, № 2, maddə 49, № 4, maddə 254, № 6, maddə 462, № 7, maddə 602; 2009-cu il, № 12, maddə 970; 2010-cu il, № 4, maddə 276) 6-cı maddəsinin dördüncü hissəsi aşağıdakı redaksiyada verilsin:
"Müvafiq Dövlət Proqramına uyğun olaraq işsizlik müavinətləri məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilir.".
III. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005-ci il, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006-cı il, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008-ci il, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr 699, 701, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009-cu il, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 11, maddə 878, № 12, maddə 953, 954, 966, 971; 2010-cu il, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483) 53-2-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. maddənin adı aşağıdakı redaksiyada verilsin:
"Kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməmə";
2. maddənin mətnində "Dövlət Sosial Müdafiə Fonduna" sözləri "dövlət büdcəsinə" sözləri ilə əvəz edilsin.
IV. "Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 8, maddə 522, № 12, maddə 731; 2003-cü il, № 1, maddə 16; 2007-ci il, № 10, maddə 938; 2008-ci il, № 5, maddə 341, № 7, maddə 602) aşağıdakı dəyişikliklər və əlavə edilsin:
1. 17.8-ci maddədə "Dövlət Sosial Müdafiə Fonduna" sözləri "dövlət büdcəsinə" sözləri ilə əvəz edilsin;
2. 18.1-ci maddədə "tədbirlər" sözündən sonra "dövlət büdcəsinin vəsaitləri və" sözləri əlavə edilsin;
3. 20.4-cü maddədə "Dövlət Sosial Müdafiə Fondunun" sözləri "dövlət büdcəsinin" sözləri ilə əvəz edilsin.
V. Bu Qanun 2011-ci il yanvarın 1-dən qüvvəyə minir.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2010-cu il
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.