"Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli Azərbaycan Respublikası medalının təsviri

Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir{nl}

"Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı milli ornamentli, ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir.
Medalın ön tərəfi hamar səthlidir. Medalın mərkəzində ikinci bir dairəvi lövhə yerləşdirilib. Bu lövhənin fonu qeyri-hamar səthlidir. Lövhənin ortasında relyefli şüaların fonunda, dəfnə yarpaqlarından hörülmüş çələngin üzərində Fövqəladə Hallar Nazirliyinin emblemi təsvir edilmişdir.
Mərkəzdəki lövhə ilə medalın daxili çərçivələri arasında yuxarıda qövs boyunca milli ornament, aşağı hissədə lentin üzərində "XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ" sözləri yazılmışdır. Fövqəladə Hallar Nazirliyinin emblemi, dəfnə yarpaqları, lent, relyefli şüalar, milli ornament və medalın mərkəzindəki ikinci lövhənin fonu qızılı, medalın əsas dairəvi lövhənin fonu gümüşü, sözlər isə qara rəngdədir.
Medalın arxa tərəfi hamar səthlidir, ortasında Fövqəladə Hallar Nazirliyinin emblemi həkk olunmuşdur. Emblemdən yuxarıda qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağıda isə "FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ" sözləri yazılmışdır. Sözlərin arasında iki ədəd səkkizguşəli ulduz yerləşdirilmişdir. Emblem, lövhənin fonu gümüşü, sözlər relyefli və qızılı rəngdədir.
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsi ilə birləşdirilir. Xara lentdə kənarlarından mərkəzə doğru ardıcıl olaraq ölçüsü 3 mm enində yaşıl, 1 mm enində ağ, 5,5 mm enində narıncı və mərkəzdə 8 mm enində yaşıl rəngli şaquli zolaqlar təsvir edilmişdir. Mərkəzdə yerləşən yaşıl rəngli zolağın üzərində dərəcəni bildirən ölçüsü 1,5 mm olan 2 sarı rəngli şaquli zolaq təsvir olunmuşdur.
Paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə edilir.

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında