Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Xarici investisiyanın qorunması haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 4, maddə 81, № 7, maddə 171; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226; 2001-ci il, № 1, maddə 1, № 6, maddə 360, № 11, maddə 683, № 12, maddə 736; 2003-cü il, № 1, maddələr 1, 3; 2005-ci il, № 8, maddə 684; 2007-ci il, № 5, maddə 401, № 10, maddə 938, № 11, maddə 1053) 15-ci maddəsində və 33-cü maddəsinin üçüncü hissəsində "Milli Bankının" sözləri "Mərkəzi Bankının" sözləri ilə əvəz edilsin.
II. "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, №11, maddə 387, №12, maddə 454; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №3, maddə 226; 2001-ci il, №11, maddə 683; 2002-ci il, №8, maddə 463; 2004-cü il, №2, maddə 57, №5, maddə 321, №8, maddə 598; 2005-ci il, №4, maddə 278, №6, maddə 464; 2006-cı il, №3, maddə 225; 2007-ci il, №11, maddələr 1049, 1053) 8-ci maddəsinin üçüncü hissəsində "Milli Bankının" sözləri "Mərkəzi Bankının" sözləri ilə əvəz edilsin.
III. "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, №23, maddə 1013; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №1, maddə 6, №3, maddə 226, №4, maddə 280; 2000-ci il, №7, maddə 489; 2001-ci il, №11, maddə 686, №12, maddə 736; 2002-ci il, №5, maddələr 241, 248; 2003-cü il, №1, maddələr 1, 16, №12, maddə 673; 2006-cı il, №8, maddə 657; 2007-ci il, №8, maddə 745, №10, maddə 938; 2008-ci il, №2, maddə 49, №5, maddə 348) 9-cu maddəsinin 1-ci bəndinin dördüncü hissəsində "Milli Bankı" sözləri "Mərkəzi Bankı" sözləri ilə əvəz edilsin.
IV. Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli 516 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, №4, maddə 117; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №8, maddə 463; 2005-ci il, №2, maddə 61; 2006-cı il, №3, maddə 225) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə"nin 4-cü maddəsinin "q)" bəndində "Milli Bankının" sözləri "Mərkəzi Bankının" sözləri ilə əvəz edilsin.
V. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, №18, maddə 243; 1995-ci il, №14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №5, maddə 385, №6, maddə 493; 1998-ci il, №2, maddə 70; 2000-ci il, №12, maddə 835; 2001-ci il, №3, maddə 143, №6, maddə 378, №11, maddə 674; 2002-ci il, №1, maddə 4, №8, maddə 463; 2004-cü il, №7, maddə 505; 2005-ci il, №3, maddə 152, №10, maddə 874; 2006-cı il, №1, maddə 3, №2, maddə 64, №3, maddə 219, №4, maddə 319, №11, maddə 933, №12, maddələr 1006, 1017,1029; 2007-ci il, №7, maddə 712, №8, maddə 753, №11, maddə 1053; 2008-ci il, №3, maddə 158, №8, maddələr 699, 701, №10, maddə 886; 2009-cu il, №7, maddə 519) 5-ci maddəsində və 6-cı maddəsinin 1-ci bəndində "Milli Bankın" sözləri "Mərkəzi Bankın" sözləri ilə əvəz edilsin.
VI. "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, №3-4, maddə 60; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №1, maddə 1; 2004-cü il, №12, maddə 973) 5-ci maddəsinin birinci hissəsində "Milli Bankın" sözləri "Mərkəzi Bankın" sözləri ilə əvəz edilsin.
VII. "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, №7, maddə 116; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №12, maddə 737; 2003-cü il, №1, maddə 1; 2006-cı il, №3, maddə 225; 2007-ci il, №6, maddə 562, №12, maddə 1216; 2009-cu il, №7, maddə 517) mətnində ismin müvafiq hallarında "Milli Bank" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin.
VIII. "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №2, maddə 106; 2001-ci il, №12, maddə 731; 2002-ci il, №1, maddə 4; 2004-cü il, №8, maddə 606, №9, maddə 666; 2007-ci il, №3, maddə 206, №6, maddələr 560, 598, №11, maddə 1078; 2008-ci il, №8, maddə 699, №11, maddə 960; 2009-cu il, №6, maddə 395) 10-cu maddəsinin birinci hissəsində "Milli Bankının" sözləri "Mərkəzi Bankının" sözləri ilə əvəz edilsin.
IX. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №5, maddə 348; 1999-cu il, №11, maddə 609; 2000-ci il, №11, maddə 776; 2001-ci il, №9, maddə 576, №12, maddələr 733, 736; 2002-ci il, №12, maddə 706; 2004-cü il, №7, maddə 505, №12, maddə 976; 2005-ci il, №1, maddə 2, №12, maddə 1082; 2006-cı il, №11, maddə 923, №12, maddə 1018; 2007-ci il, №1, maddə 4, №12, maddə 1193; 2008-ci il, №2, maddə 49, №4, maddə 254, №6, maddə 462, №7, maddə 602) 14-cü maddəsinin səkkizinci hissəsinin beşinci abzasının birinci cümləsində "Milli Bankının" sözləri "Mərkəzi Bankının" sözləri ilə əvəz edilsin.
X. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №6, maddə 447; 1999-cu il, №10, maddə 570; 2000-ci il, №12, maddə 835; 2001-ci il, №11, maddələr 676, 686, 695, №12, maddə 736; 2002-ci il, №1, maddə 4, №8, maddə 463; 2003-cü il, №1, maddələr 3, 16, 23; 2004-cü il, №2, maddə 57, №3, maddə 133, №6, maddə 400, №7, maddə 505; 2005-ci il, №4, maddə 277, №10, maddə 876, №11, maddə 994; 2007-ci il, №5, maddə 442, №6, maddə 560, №10, maddə 938, №11, maddə 1053; 2008-ci il, №7, maddə 602; 2009-cu il, №2, maddə 48) mətnində ismin müvafiq hallarında "Milli Bank" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin.
XI. "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №6, maddə 460; 2001-ci il, №1, maddə 25, №6, maddə 362; 2002-ci il, №5, maddə 241; 2006-cı il, №3, maddə 225; 2007-ci il, №5, maddə 401; 2008-ci il, №5, maddə 348) 2-ci maddəsinin 2-ci bəndinin üçüncü abzasında "Milli Bankına" sözləri "Mərkəzi Bankına" sözləri ilə əvəz edilsin.
XII. "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №9, maddə 565; 2000-ci il, №12, maddə 833; 2005-ci il, №10, maddə 876; 2007-ci il, №5, maddə 437; 2009-cu il, №6, maddə 395) 10-cu maddəsinin ikinci hissəsinin dördüncü abzasında "Milli Bankı" sözləri "Mərkəzi Bankı" sözləri ilə əvəz edilsin.
XIII. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №7, maddə 405; 2001-ci il, №11, maddələr 689, 690, №12, maddə 736; 2002-ci il, №5, maddə 242; 2003-cü il, №1, maddələr 11, 16, №6, maddə 256; 2004-cü il, №1, maddə 10, №4, maddə 202, №5, maddə 314, №6, maddə 397; 2005-ci il, №2, maddə 62; 2006-cı il, №2, maddə 67, №11, maddə 923, №12, maddə 1005; 2007-ci il, №11, maddələr 1053, 1082; 2008-ci il, №5, maddə 354; 2009-cu il, №6, maddə 410) aşağıdakı məzmunda 52-2-ci maddə əlavə edilsin:
"Maddə 52-2. Bələdiyyələrin hesabatı
Bələdiyyələr aşağıdakı hallarda öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər:
1) Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə əsasən qanunvericilik hakimiyyəti tərəfindən bələdiyyəyə verilmiş əlavə səlahiyyətlərin həyata keçirilməsi barədə;
2) bu qanunla müəyyən edilmiş hallarda yerli büdcələrə Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitlərinin istifadəsi barədə.
Bələdiyyələr ilin yekununa görə aprel ayının 1-dək hesabat təqdim edirlər.".
XIV. "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №8, maddə 480; 2001-ci il, №11, maddə 676, №12, maddə 744; 2004-cü il, №4, maddə 202, №9, maddə 667; 2005-ci il, №2, maddə 62; 2007-ci il, №7, maddə 712; 2008-ci il, №5, maddə 339; 2009-cu il, №6, maddə 395) 2-ci maddəsinin birinci hissəsinin doqquzuncu abzasında "Milli Bankından" sözləri "Mərkəzi Bankından" sözləri ilə, 7-ci maddəsinin dördüncü hissəsində "Milli Bankının İdarə Heyətinin sədri" sözləri "Mərkəzi Bankının sədri" sözləri ilə əvəz edilsin.
XV. "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №12, maddə 687; 2004-cü il, №1, maddə 10; 2005-ci il, №2, maddə 62; 2006-cı il, №3, maddə 225) 8-ci maddəsinin birinci hissəsinin ikinci abzasında ismin müvafiq hallarında "Milli Bank" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin.
XVI. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №1, maddə 9; 2005-ci il, №4, maddə 292, №10, maddə 874; 2006-cı il, №11, maddə 928, №12, maddə 1005; 2007-ci il, №12, maddə 1214; 2008-ci il, №8, maddə 699; 2009-cu il, №6, maddə 395) 3.4-cü, 38.4-cü, 41.2-ci və 51.1-ci maddələrində "Milli Bankının" sözləri "Mərkəzi Bankının" sözləri ilə əvəz edilsin.
XVII. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №1, maddə 17, №5, maddə 323; 2002-ci il, №5, maddə 236; 2003-cü il, №1, maddələr 23, 24, №6, maddə 279; 2004-cü il, №7, maddə 505, №8, maddə 598, №10, maddə 761; 2005-ci il, №4, maddələr 277, 278; 2006-cı il, №2, maddə 64, №12, maddə 1006; 2007-ci il, №1, maddələr 3, 4, №2, maddə 68, №5, maddə 439, №6, maddə 560, №7, maddə 712, №8 maddə 756; 2008-ci il, №6, maddə 462, №7, maddə 602, №12, maddə 1046; 2009-cu il, №6, maddə 402) aşağıdakı məzmunda 8.3-cü maddə əlavə edilsin:
"8.3. Bu məcəllənin 8.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə işdə iştirak edən şəxslərə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.".
XVIII. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №4, I kitab, maddə 250, №5, maddə 323; 2002-ci il, №12, maddə 709; 2003-cü il, №8, maddə 420; 2004-cü il, №3, maddə 123, №5, maddə 318, №6, maddə 415, №10, maddə 761, №11, maddə 901; 2005-ci il, №2, maddə 61, №6, maddə 466, №8, maddələr 684, 692, 693, №11, maddə 996, №12, maddə 1085; 2006-cı il, №2, maddə 68, №3, maddə 225, №5, maddə 387, №6, maddə 478, №8, maddə 657, №12, maddə 1005; 2007-ci il, №2, maddə 80, №6, maddə 560, №8, maddə 745, №10, maddə 937, №11, maddə 1053, №12, maddələr 1215, 1219; 2008-ci il, №3, maddə 145, №6, maddə 456, №7, maddə 602, №12, maddə 1049; 2009-cu il, №2, maddə 47, №5, maddə 295, №6, maddə 404, №7, maddə 517) mətnində ismin müvafiq hallarında "Milli Bank" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin.
XIX. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №4, II kitab, maddə 251, №5, maddə 323, №12, maddə 835; 2001-ci il, №1, maddə 24, №7, maddə 455; 2002-ci il, №1, maddə 9, №5, maddələr 236, 248, 258, №6, maddə 326, №8, maddə 465; 2003-cü il, №6, maddələr 276, 279, №8, maddələr 424, 425, №12, I kitab, maddə 676; 2004-cü il, №1, maddə 10, №4, maddə 200, № 5, maddə 321, №8, maddə 598, №10, maddə 762, №11, maddə 900; 2005-ci il, №1, maddə 3, №6, maddə 462, №7, maddə 575, №10, maddə 904, №11, maddə 994; 2006-cı il, №2, maddələr 71, 72, 75, №5, maddə 390, №12, maddələr 1008, 1020, 1028; 2007-ci il, №2, maddə 68, №5, maddə 398, №6, maddələr 560, 562, 579, №8, maddə 757, №10, maddələr 937, 941, №11, maddələr 1049, 1080, 1090, №12, maddə 1221; 2008-ci il, №6, maddələr 454, 461, №7, maddə 602, №10, maddə 884, №12, maddələr 1047, 1049; 2009-cu il, №5, maddə 315, №7, maddə 517) 6-cı maddəsinin mətni 6.1-ci maddə hesab edilsin, aşağıdakı məzmunda 6.2-ci maddə əlavə edilsin:
"6.2. Bu məcəllənin 6.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə heç kəs cinayət məsuliyyətinə cəlb edilə və ya cəzalandırıla bilməz, yaxud cəzadan və ya cinayət məsuliyyətindən azad edilə bilməz.".
XX. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 584; №12, maddə 835; 2001-ci il, №1, maddə 24, №3, maddə 139, №7, maddə 455, №11, maddələr 680, 698, №12, maddə 731; 2002-ci il, №1, maddə 9, №4, I kitab, maddə 165, №5, maddələr 234, 237, 239, №6, maddə 326, №8, maddə 463, №12, maddə 692; 2003-cü il, №1, maddələr 3, 13, 23, №4, maddələr 177, 178, №5, maddə 228, №6, maddələr 257, 276, 279, №8, maddələr 407, 425, №12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, №1, maddələr 6, 7, 10, 13, №4, maddələr 200, 201, 204, №5, maddələr 313, 314, 317, 321, №6, maddə 397, №8, maddələr 596, 597, №10, maddələr 762, 779, №11, maddə 900, №12, maddə 973; 2005-ci il, №1, maddələr 5, 6, №2, maddə 61, №4, maddələr 272, 273, 275, 278, №6, maddələr 462, 466, №7, maddə 576, №8, maddələr 691, 692, №10, maddələr 875, 877, 904, №11, maddələr 993, 994, 995, №12, maddələr 1083, 1085; 2006-cı il, №2, maddələr 64, 68, №3, maddələr 219, 220, 223, 225, №5, maddə 385, №6, maddə 478, №11, maddələr 923, 924, 932, №12, maddələr 1005, 1020, 1024; 2007-ci il, №1, maddələr 3, 4, №2, maddələr 65, 68, №5, maddələr 397, 398, 401, 440, №6, maddələr 560, 561, 562, 579, №8, maddə 757, №10, maddələr 935, 936, 938, 940, №11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, №12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008-ci il, №2, maddə 47, №3, maddələr 146, 152, 159, №4, maddə 249, №5, maddə 340, №6, maddələr 454, 460, 461, 464, №7, maddələr 601, 602, 605, №8, maddələr 699, 701, №10, maddələr 884, 885, №11, maddələr 956, 957, №12, maddələr 1045, 1047, 1049; 2009-cu il, №2, maddələr 36, 45, 49, 52, 53, №5, maddələr 309, 315, №6, maddələr 404, 405, №7, maddələr 517, 518, 519; Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 842-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər və əlavə edilsin:
1. Mətnində ismin müvafiq hallarında "Milli Bank" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;
2. 7.1-ci maddədə "və inzibati məsuliyyətə cəlb olunurlar" sözləri çıxarılsın və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna, yaxud heç kəsə inzibati tənbeh tətbiq oluna və ya daha yüngül inzibati tənbeh tətbiq edilə bilməz.".
XXI. "Bələdiyyə üzvünün statusu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №10, maddə 706; 2004-cü il, №1, maddə 10; 2006-cı il, №2, maddə 67, №3, maddə 225; 2007-ci il, №11, maddə 1081) 13-cü maddəsində "Milli Bankı" sözləri "Mərkəzi Bankı" sözləri ilə, "Milli Bankının" sözləri "Mərkəzi Bankının" sözləri ilə əvəz edilsin.
XXII. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №1, maddə 1, №3, maddə 131; 2002-ci il, №12, maddə 693; 2003-cü il, №1, maddə 16; 2004-cü il, №1, maddə 10, №4, maddə 199, №5, maddə 321, №8, maddə 597, №11, maddə 884; 2005-ci il, №6, maddələr 463, 475, №10, maddə 874; 2006-cı il, №5, maddə 386, №6, maddə 479, №8, maddə 657, №11, maddə 927, №12, maddələr 1005, 1014; 2007-ci il, №2, maddə 83, №5, maddələr 434, 436, №7, maddə 711, №10, maddə 934, №11, maddələr 1049, 1074, 1078, №12, maddələr 1213, 1219; 2008-ci il, №3, maddə 153, №5, maddələr 326, 341, №6, maddələr 471, 481, №7, maddə 602, №8, maddə 699, №10, maddə 881; 2009-cu il, №2, maddə 54, №5, maddə 311, №6, maddə 403) 2.3-cü maddəsinin birinci hissəsində "Milli Bankında" sözləri, ikinci hissələrində "Milli Bankı" sözləri müvafiq olaraq "Mərkəzi Bankında" və "Mərkəzi Bankı" sözləri ilə əvəz edilsin.
XXIII. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №12, maddə 740; 2002-ci il, №12, maddə 706; 2003-cü il, №1, maddə 23, №8, maddə 428, №12, I kitab, maddələr 676, 698; 2005-ci il, №1, maddə 1, №6, maddə 462, №8, maddə 684, №10, maddələr 873, 905, №12, maddə 1083; 2006-cı il, №3, maddələr 223, 225, №6, maddə 481, №12, maddələr 1015, 1029; 2007-ci il, №2, maddə 80, №12, maddə 1203; 2008-ci il, №3, maddə 158, №6, maddə 462, №7, maddə 602; 2009-cu il, №1, maddə 5, №3, maddə 160, №7, maddə 519) 3.2-ci və 4.4-cü maddələrində ismin müvafiq hallarında "Milli Bank" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin.
XXIV. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №1, maddə 11, №12, maddə 706; 2005-ci il, №12, maddə 1083; 2006-cı il, №12, maddə 1005) 34.2-ci maddəsində "Milli Bankının" sözləri "Mərkəzi Bankının" sözləri ilə əvəz edilsin.
XXV. Azərbaycan Respublikasının 2002-ci il 5 mart tarixli 269-IIQ saylı Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №3, maddə 117; 2006-cı il, №2, maddə 67; 2007-ci il, №11, maddə 1081; 2008-ci il, №8, maddə 699; 2009-cu il, №6, maddə 395) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsi"nin 20.1-ci maddəsində "Milli Bankından" sözləri "Mərkəzi Bankından" sözləri ilə əvəz edilsin.
XXVI. Azərbaycan Respublikasının Seçki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №6, maddə 274, №12, I kitab, maddə 680; 2004-cü il, №6, maddə 416, №11, maddə 891; 2005-ci il, №2, maddə 62, №4, maddə 278, №7, maddələr 576, 584, №12, maddə 1091; 2007-ci il, №7, maddə 712; 2008-ci il, №6, maddə 457; 2009-cu il, №2, maddə 44) aşağıdakı dəyişikliklər edilsin:
1. Məcəllənin mətnində ismin müvafiq hallarında "Milli Bank" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;
2. 211.4-cü maddədə "yaxud ayrılmış" sözləri "ayrılmış, yaxud vaxtından əvvəl buraxılmış" sözləri ilə əvəz edilsin.
XXVII. "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №3, maddə 130; 2005-ci il, №4, maddə 276; 2007-ci il, №5, maddə 401, №6, maddə 562, №11, maddə 1070; 2008-ci il, №11, maddə 960; 2009-cu il, №6, maddə 404, №7, maddə 517) mətnində ismin müvafiq hallarında "Milli Bank" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin.
XXVIII. "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №7, maddə 515; 2005-ci il, №10, maddə 874) 2.1-ci maddəsində "Milli Bankının" sözləri "Mərkəzi Bankının" sözləri ilə, 3.1-ci maddəsində "Milli Bankı İdarə Heyəti sədrinin" sözləri "Mərkəzi Bankı sədrinin" sözləri ilə əvəz edilsin.
XXIX. "Poçt haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №8, maddə 604; 2007-ci il, №5, maddə 442; 2008-ci il, №11, maddə 958; 2009-cu il, №7, maddə 517) mətnində ismin müvafiq hallarında "Milli Bank" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin.
XXX. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №8, maddə 605; 2008-ci il, №12, maddə 1049) 4.4-cü maddəsində "Milli Bankı" sözləri "Mərkəzi Bankı" sözləri ilə əvəz edilsin.
XXXI. Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №8, maddə 690; 2006-cı il, №4, maddə 316; 2007-ci il, №10, maddə 934; 2008-ci il, №8, maddə 699) ilə təsdiq edilmiş "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları"nın 3.1-ci maddəsinin ikinci abzasında "İcra Aparatının" sözləri "Administrasiyasının" sözləri ilə, "Milli Bankının İdarə Heyətinin" sözləri "Mərkəzi Bankının" sözləri ilə əvəz edilsin.
XXXII. "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №10, maddə 870; 2007-ci il, №11, maddə 1088; 2008-ci il, №2, maddə 49, №4, maddə 249, №6, maddə 464, №7, maddə 517) 8.2-ci maddəsinin birinci cümləsində, 16.2-ci və 16.3-cü maddələrində ismin müvafiq hallarında "Milli Bank" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin.
XXXIII. "Dövlət borcu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №8, maddə 748, №11, maddə 1093) 3.4-cü, 11.1.7-ci və 17.2-ci maddələrində ismin müvafiq hallarında "Milli Bank" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin.
XXXIV. "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 599) 3.2.3-cü maddəsində "Milli Bankının" sözləri "Mərkəzi Bankının" sözləri ilə əvəz edilsin.
XXXV. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №2, maddə 58) 6.1.1-ci maddəsində "Milli Bankı" sözləri "Mərkəzi Bankı" sözləri ilə əvəz edilsin.
XXXVI. "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №4, maddə 209) 5.2-ci maddəsində "Milli Bankına" sözləri "Mərkəzi Bankına" sözləri ilə əvəz edilsin.{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2010-cu il
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.