Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq  qərara alır:

Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 107; 1999, № 5, maddə 284; 2000, № 6, maddə 380, № 12, maddələr 832, 834; 2003, № 2, maddə 77; 2004, № 5, maddə 314; 2006, № 1, maddə 3, № 5, maddə 396,   № 12, maddə 1005; 2007, № 8, maddə 755, № 11, maddələr 1049, 1081; 2009,    № 6, maddə 395; 2010, № 3, maddə 171; 2013, № 4, maddə 358) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci maddənin ikinci hissəsində “sədri” sözündən sonra “və onun müavinləri” sözləri əlavə edilsin.

2. 12-ci maddənin ikinci hissəsinə aşağıdakı məzmunda yeni ikinci cümlə əlavə edilsin:

“Milli Məclisin iclasına sədrlik edən zərurət yarandıqda Milli Məclisin deputatlarına və Milli Məclisin iclasında iştirak edən digər şəxslərə növbədənkənar söz verə bilər.”.

3. 31-ci maddənin birinci hissəsinin onuncu abzası çıxarılsın.

4. 32-ci maddə üzrə:

4.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

“Milli Məclis sədrinin müavinlərinin səlahiyyətləri”;

4.2. birinci hissə çıxarılsın.

5. 33-cü maddə üzrə:

5.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:

“Milli Məclisin sədri Milli Məclisin deputatları sırasından gizli (elektron sistemindən istifadə etməklə) səsvermə yolu ilə seçilir. Elektron sistemindən istifadə zamanı nasazlıq yarandıqda gizli səsvermə bülletenlər vasitəsilə keçirilir.”;

5.2. dördüncü hissənin birinci cümləsində “Səsvermə bülleteninə” sözləri “Səsverməyə” sözü ilə, “daxil edilir” sözləri “buraxılır” sözü ilə əvəz edilsin, üçüncü cümlədə “Səsvermə bülleteninə daxil edilən namizədlər” sözləri “Namizədlər” sözü ilə əvəz edilsin;

5.3. beşinci hissədə “Bülletenlər vasitəsilə gizli” sözləri “Gizli” sözü ilə əvəz edilsin.

6. 36-cı maddənin üçüncü hissəsinin üçüncü cümləsi dördüncü cümlə hesab edilsin və hissəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Bir deputat ən çoxu iki komitənin üzvü ola bilər.”.

7. 40-cı maddənin birinci hissəsinin ikinci cümləsindən “elektron sistemindən istifadə etmədən” sözləri çıxarılsın.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2015-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında