“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

Azərbaycan Respublikasının 2015-ci il
4 dekabr tarixli Qanunu ilə təsdiq edilmişdir

 


 

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)”  Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) bürüncdən tökülmüş, diametri 36 mm olan qızılı rəngli dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfi hamar səthlidir. Mərkəzdən yuxarıda relyefli şüaların fonunda, dəfnə yarpaqlarından hörülmüş çələngin üzərində, yaşıl fonda, müvafiq icra hakimiyyəti orqanının emblemindən ibarət kompozisiya təsvir edilmişdir.

2.2. Medalın yuxarı qövsü boyunca qızılı rəngdə “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağı qövsü boyunca həmin rəngdə “FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ” sözləri yazılmışdır. Medalın mərkəzindən aşağı hissədə Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun lentin üzərində ağ minalı “10 İL” sözləri, medalın sol tərəfində lentdən yuxarı hissədə alt-alta qızılı rəngdə “2005" və ”2015" rəqəmləri yazılmış, lentin üzərində sağa istiqamətlənən qızılı rəngdə palıd yarpaqlarının təsviri verilmişdir.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfinin mərkəzində “AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN 10 İLLİYİ” sözləri və “2005-2015" rəqəmləri milli ornamentlə tamamlanır. Sözlər, rəqəmlər və ornament relyefli və qızılı rəngdədir.

3.2. Medalın arxa tərəfində seriyası və nömrəsi göstərilmişdir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, üst hissəsi 40 mm x 4 mm, alt hissəsi 40 mm x 6,5 mm ölçüdə qızılı rəngli metal lövhədən, orta hissəsi 37 mm x 50 mm ölçüdə xara lentdən ibarət düzbucaqlı lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Alt hissədə olan qızılı rəngli metal lövhənin üzərində milli ornament vardır.

4.2. Xara lent, mərkəzdə eni 2 mm olan qırmızı, mərkəzdən kənarlara doğru isə ardıcıllıqla eni 3 mm olan ağ, 12,5 mm olan qırmızı, 2 mm olan göy rəngli şaquli zolaqlara bölünmüşdür.

4.3. Medalı lövhəyə birləşdirən üç ədəd qızılı rəngli metal halqaların diametri 5 mm-dir.

4.4. Medala paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında