"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Kredit İttifaqları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №7, maddə 485; 2001-ci il, №12, maddə 736) 4-cü maddəsinin 1.3-cü bəndindən ", digər Kredit İttifaqlarına" sözləri çıxarılsın.
II. "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №3, maddə 130; 2005-ci il, №4, maddə 276; 2007-ci il, №5, maddə 401, №6, maddə 562, №11, maddə 1070; 2008-ci il, №11, maddə 960; 2009-cu il, №6, maddə 404, №7, maddə 517) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 1-ci maddənin səkkizinci abzası aşağıdakı redaksiyada verilsin:
"Bank olmayan kredit təşkilatı - qanunla bank olmayan kredit təşkilatı statusuna malik olan hüquqi şəxs.";
2. 2.3-cü maddədə "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" sözlərindən sonra "Bank olmayan kredit təşkilatları haqqında" sözləri əlavə edilsin;
3. 3.3-cü maddədə "3.4-cü və 42-ci maddələri" sözləri "3.1-ci, 3.4-cü maddələri, 35.4-cü maddənin üçüncü abzası və 42-ci maddəsi" sözləri ilə, "Kredit İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri "Bank olmayan kredit təşkilatları haqqında" və "Kredit İttifaqları haqqında" Azərbaycan Respublikasının qanunlarına" sözləri ilə əvəz edilsin;
4. 3.4-cü maddənin ikinci cümləsi çıxarılsın;
5. 35.4-cü maddənin üçüncü hissəsinin birinci cümləsində "banklara" sözündən sonra " ,"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bank olmayan kredit təşkilatlarına" sözləri əlavə edilsin.
III. "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №12, maddə 984; 2007-ci il, №6, maddə 562, №10, maddə 938, №12, maddə 1196; 2009-cu il, №6, maddə 404, №7, maddələr 507, 517) 46.1-ci maddəsində "Poçt haqqında" sözlərindən sonra " ,"Bank olmayan kredit təşkilatları haqqında" sözləri əlavə edilsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2010-cu il

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında