"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №12, maddə 740; 2002-ci il, №12, maddə 706; 2003-cü il, №1, maddə 23, №8, maddə 428, №12 (I kitab), maddələr 676, 698; 2005-ci il, №1, maddə 1, №6, maddə 462, №8, maddə 684, №10, maddələr 873, 905, №12, maddə 1083; 2006-cı il, №3, maddələr 223, 225, №6, maddə 481, №12, maddələr 1015, 1029; 2007-ci il, №2, maddə 80, №12, maddə 1203; 2008-ci il, №3, maddə 158, №6, maddə 462, №7, maddə 602, №12, maddə 1047; 2009-cu il, №1, maddə 5, №2, maddə 56, №3, maddə 160, №7, maddə 519, №12, maddə 947; 2010-cu il, №6, maddə 485) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 2.0.2-ci maddədə "aparılması" sözündən sonra ", notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi və onun müddətinin uzadılması" sözləri əlavə edilsin;
2. 2.0.19-cu maddədə "dövlət qeydiyyatı" sözlərindən sonra "və gigiyenik sertifikatının verilməsi" sözləri əlavə edilsin;
3. aşağıdakı məzmunda 2.0.20-ci maddə əlavə edilsin:
"2.0.20 malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi.";
4. 10-cu maddənin adında "aparılmasına" sözündən sonra ", notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə və onun müddətinin uzadılmasına" sözləri əlavə edilsin;
5. aşağıdakı məzmunda 10.26-cı və 10.27-ci maddələr əlavə edilsin:
"10.26. Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə görə - 100 manat;
10.27. Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin müddətinin uzadılmasına görə - 50 manat.";
6. aşağıdakı məzmunda 18.68 -ci maddə əlavə edilsin:
" 18.68. Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi - 100 manat.";
7. aşağıdakı məzmunda 30.1.4-cü maddə əlavə edilsin:
" 30.1.4. Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının keyfiyyət sertifikatının verilməsi - 20 manat";
8. aşağıdakı məzmunda 30-1-ci maddə əlavə edilsin:
"Maddə 30-1. Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə tutulan dövlət rüsumunun dərəcəsi
malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi - 20 manat";
9. 33-cü maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 33. Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı və gigiyenik sertifikatın verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri:
33.1. Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı - 100 manat;
33.2. Gigiyenik sertifikatın verilməsi - 15 manat.".

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2010-cu il

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında