Bəzi seçki dairələrinin seçki məntəqələri üzrə seçicilərin sayının təmsilçilik normalarına uyğunlaşdırılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
Q Ə R A R I

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2015-ci il mayın 27-də Azərbaycan Respublikasında cari ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə qərar qəbul etmişdir.

Mərkəzi Seçki Komissiyası tərəfindən seçici siyahılarının dəqiqləşdirilməsi zamanı bəzi seçki dairələrinin ərazisində mövcud olan seçki məntəqələrində seçicilərin sayının təmsilçilik normalarına uyğunlaşdırılması zərurətinin yarandığı müəyyən edilmişdır.

Bununla əlaqədar olaraq 8 saylı Binəqədi birinci, 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 13 saylı Xəzər-Pirallahı, 14 saylı Xəzər, 46 saylı Şirvan, 55 saylı Xaçmaz şəhər, 58 saylı Hacıqabul-Kürdəmir, 60 saylı Salyan-Neftçala, 70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd, 75 saylı Lənkəran-Masallı, 84 saylı Füzuli, 86 saylı İsmayıllı, 91 saylı Ucar, 104 saylı Gədəbəy-Tovuz, 117 saylı Oğuz-Qəbələ, 121 saylı Laçın, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin dislokasiyaları daxilində mövcud seçki məntəqələrinin qanunvericiliyin tələblərinə (seçicilərin sayının mövcud normalara uyğunlaşdırılması, seçki hüquqlarının həyata keçirilməsi üçün daha rahat şəraitin yaradılması və s.) uyğunlaşdırılması məqsədilə əlavə seçki məntəqələrinin yaradılması müvafiq dairə seçki komissiyalarına həvalə edilməlidir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.2-ci və 35.3-cü maddələrinin tələblərinə əsasən, seçki məntəqələri müvafiq dairə seçki komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu ilə razılaşdırılmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır.

Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 17.6.19-cu, 19.4-cü, 28.4-cü və 35-ci maddələrinə uyğun olaraq qərara alır:

1. 8 saylı Binəqədi birinci, 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 13 saylı Xəzər-Pirallahı,  14 saylı Xəzər, 46 saylı Şirvan, 55 saylı Xaçmaz şəhər, 58 saylı Hacıqabul-Kürdəmir, 60 saylı Salyan-Neftçala, 70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd, 75 saylı Lənkəran-Masallı, 84 saylı Füzuli, 86 saylı  İsmayıllı, 91 saylı Ucar, 104 saylı Gədəbəy-Tovuz, 117 saylı Oğuz-Qəbələ, 121 saylı Laçın, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin dislokasıyaları daxilində qanunvericiliyin tələbləri nəzərə alınmaqla əlavə seçki məntəqələrinin yaradılması müvafiq dairə seçki komissiyalarına həvalə edilsin.

2. Yeni yaradılmalı olan seçki məntəqələrinin seçki komissiyalarının qısa müddət ərzində formalaşdırılması üçün müvafiq tədbirlər görülsün.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                            Məzahir Pənahov

Katib                           Arifə Muxtarova

Katib                           Mikayıl Rəhimov


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında