2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 oktyabr 2010-cu il tarixli 110 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə qeydə alınmış "AXCP-Müsavat" siyasi partiyalar bloku tərəfindən 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyi irəli sürülmüş Qasımlı Əli Salah oğlu 11 oktyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına ünvanladığı yazılı müraciətində onun xeyrinə imza verən vətəndaşlara qarşı yerli icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən təzyiqlərin olunduğunu qeyd etmiş və qanunun tələblərini pozan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlər görülməsi məqsədilə müvafiq dairə seçki komissiyasına müraciət etməsinə baxmayaraq həmin komissiyada qanunla müəyyən olunmuş hərəkətlərin edilmədiyinə görə qanunsuz hərəkətsizliyə yol verildiyini, deputatlığa namizədin imza vərəqələrinin müvafiq dairə seçki komissiyası tərəfindən yerli icra hakimiyyəti orqanlarına qanunsuz ötürüldüyünü bildirib, qanuna müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma nəticəsində habelə, əldə olunmuş sübutlarla 80 saylı İmişli-Beyləqan seçki dairəsinə deputatlığa namizəd tərəfindən heç bir şikayətin göndərilmədiyi, belə bir şikayətin yalnız 11 oktyabr 2010-cu il tarixdə müvafiq dairə seçki komissiyasına təqdim olunduğu və dərhal seçki komissiyası tərəfindən qeydə alındığı və orada göstərilən halların artıq araşdırılmağa başlanıldığı müəyyən olunmuşdur.
Bununla yanaşı müəyyən edilmişdir ki, deputatlığa namizəd Ə.S.Qasımlının imza vərəqələrinin dairə seçki komissiyasına təqdim edilməsindən sonra yoxlanıldığı müddət ərzində onlar dairə seçki komissiyasının binası hüdudlarında saxlanılmış və bu sənədlərlə tanış olmaq hüququ olmayan digər şəxslərə verilməmişdir. Beləliklə, 80 saylı Beyləqan seçki dairəsinin dairə seçki komissiyası sədrinin qanunsuz olaraq imza vərəqələrini yerli icra hakimiyyəti orqanlarına ötürməsi ilə bağlı iddia da öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən deputatlığa namizəd Qasımlı Əli Salah oğlunun müraciəti dairə seçki komissiyasının hərəkətsizliyinə və imza vərəqələrinin qanunsuz olaraq yerli icra hakimiyyəti orqanlarına verilməsinə nisbətdə əsassız hesab olunaraq təmin edilməməlidir.
Eyni zamanda imzatoplama kampaniyası zamanı imza verən şəxslərə qarşı icra nümayəndələri tərəfindən qanunsuz təzyiqlərin edilməsi ilə bağlı hissədə müraciət Seçki Məcəlləsinin və müvafiq təlimatın aidiyyətə dair tələblərinin pozulması ilə daxil olduğundan araşdırılması üçün aidiyyəti üzrə səlahiyyətli dairə seçki komissiyasına göndərilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 32.2.4-cü maddəsinə əsasən seçki dairəsi üzrə təşviqat subyektləri üçün bərabər seçkiqabağı fəaliyyətin həyata keçirilməsinə müvafiq dairə seçki komissiyaları nəzarət edir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə və aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-ə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə qeydə alınmış "AXCP-Müsavat" siyasi partiyalar bloku tərəfindən 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyi irəli sürülmüş Qasımlı Əli Salah oğlunun 11 oktyabr 2010-cu il tarixli, 110 saylı müraciəti dairə seçki komissiyasının qanunsuz hərəkətsizliyi və imza vərəqələrinin qanunsuz olaraq yerli icra hakimiyyəti orqanlarına verməsi ilə bağlı hissədə əsassız olduğundan təmin edilməsin.
2. Müraciət imzatoplama kampaniyasında iştirak edən vətəndaşlara qarşı qanunsuz təzyiqlərin göstərilməsi ilə bağlı hissədə aidiyyət qaydalarının pozulması ilə daxil olduğundan aidiyyəti üzrə baxılması üçün 80 saylı İmişli-Beyləqan seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı, Oktay Hümbətli, Arifə Muxtarova{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 oktyabr 2010-cu il tarixli 119 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyi "Demokratiya" siyasi partiyalar bloku tərəfindən 103 saylı Gədəbəy seçki dairəsindən irəli sürülmüş Həsənov Asəf Mərdəli oğlu 2010-cu il oktyabrın 11-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası sədrinin qanunsuz hərəkətlər etdiyini və onun namizədliyinin geri götürülməsi məqsədilə yaxın qohumlarına təzyiq olunduğunu bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, ərizəçinin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.
Təqdim edilmiş materiallar araşdırılma nəticəsində sübuta yetirilmədiyindən Həsənov Asəf Mərdəli oğlunun müraciətinin əsassız olduğu müəyyən edilmişdir.
Belə ki, dairə seçki komissiyası sədrinin namizədin qeydə alınmaması barədə əvvəlcədən fikir bildirməsi, habelə ərizəçinin yaxın qohumlarına təzyiqlər göstərilməsi halları öz təsdiqini tapmamışdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyi "Demokratiya" siyasi partiyalar bloku tərəfindən 103 saylı Gədəbəy seçki dairəsindən irəli sürülmüş Həsənov Asəf Mərdəli oğlunun 11 oktyabr 2010-cu il tarixli 119 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı, Oktay Hümbətli, Arifə Muxtarova
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 oktyabr 2010-cu il tarixli 106 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyi "AXCP-Müsavat" siyasi partiyalar bloku tərəfindən 92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə irəli sürülmüş Rüstəmli Bahar Şahalı qızı 2010-cu il oktyabrın 11-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, ərizəçinin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.
Təqdim edilmiş materialların yenidən araşdırılması nəticəsində müəyyən edilmişdir ki, dairə seçki komissiyası namizədliyin qeydə alınmaması barədə düzgün nəticəyə gəlmişdir.
Belə ki, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş rəy və protokoldan görünür ki, namizədin qeydə alınması üçün təqdim olunmuş 500 seçici imzasından 121-i etibarsız hesab edilmiş, qalan imzalar isə namizədin qeydə alınması üçün seçki qanunvericiliyi ilə tələb olunan etibarlı imzaların sayından az olduğundan onun qeydə alınması üçün kifayət etməmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. Deputatlığa namizədliyi "AXCP-Müsavat" siyasi partiyalar bloku tərəfindən 92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə irəli sürülmüş Rüstəmli Bahar Şahalı qızının 11 oktyabr 2010-cu il tarixli 106 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və dairə seçki komissiyasının müvafiq qərarı dəyişdirilmədən saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı, Oktay Hümbətli, Arifə Muxtarova
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 06 oktyabr 2010-cu il tarixli 39 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyi "AXCP-Müsavat" siyasi partiyalar bloku tərəfindən 26 saylı Sabunçu I seçki dairəsi üzrə irəli sürülmüş Tofiq Rəşid oğlu Yaqublu Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, ərizəçinin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.
Şikayətdə göstəyilən halların tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması, iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi üçün seçki qanunvericiliyinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə araşdırma müddəti uzadılmışdır.
Təqdim edilmiş materialların yenidən araşdırılması nəticəsində müəyyən edilmişdir ki, dairə seçki komissiyası namizədliyin qeydə alınmaması barədə düzgün nəticəyə gəlməmişdir.
Belə ki, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş rəy və protokoldan görünür ki, təqdim olunmuş 594 seçici imzasından 505-i etibarlı hesab edilmiş, bu isə seçki qanunvericiliyinə əsasən namizədin qeydə alınması üçün kifayət edir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
Eyni zamanda qeydiyyatından imtinaya əsas olmuş Qarabağ müharibəsi iştirakçısı olaraq namizədin aldığı müavinəti qəsdən gizlətməsi halını müəyyən edərkən dairə seçki komissiyası düzgün nəticəyə gəlməmişdir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. Deputatlığa namizədliyi "AXCP-Müsavat" siyasi partiyalar bloku tərəfindən 26 saylı Sabunçu I seçki dairəsi üzrə irəli sürülmüş Tofiq Rəşid oğlu Yaqublunun 06 oktyabr 2010-cu il tarixli 39 saylı müraciəti əsaslı olduğundan təmin edilsin və dairə seçki komissiyasının müvafiq qərarı ləğv edilməklə onun namizədliyi qeydə alınsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı, Oktay Hümbətli, Arifə Muxtarova
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 09 oktyabr 2010-cu il tarixli 74 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə deputatlığa namizədliyini irəli sürmüş Məmmədov İlqar Məlik oğlu 2010-cu il oktyabrın 9-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, ərizəçinin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.
Şikayətdə göstəyilən halların tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması, iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi üçün seçki qanunvericiliyinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə araşdırma müddəti uzadılmışdır.
Təqdim edilmiş materialların yenidən araşdırılması nəticəsində müəyyən edilmişdir ki, dairə seçki komissiyası namizədliyin qeydə alınmaması barədə düzgün nəticəyə gəlmişdir.
Belə ki, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş rəy və protokoldan görünür ki, namizədin qeydə alınması üçün təqdim olunmuş 503 seçici imzasından 157-i etibarsız hesab edilmiş, qalan imzalar isə namizədin qeydə alınması üçün seçki qanunvericiliyi ilə tələb olunan etibarlı imzaların sayından az olduğundan onun qeydə alınması üçün kifayət etməmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə deputatlığa namizədliyini irəli sürmüş Məmmədov İlqar Məlik oğlunun 9 oktyabr 2010-cu il tarixli 74 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və dairə seçki komissiyasının müvafiq qərarı dəyişdirilmədən saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı, Oktay Hümbətli, Arifə Muxtarova
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 oktyabr 2010-cu il tarixli 117 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyi öz təşəbbüsü ilə 110 saylı Zaqatala seçki dairəsindən irəli sürülmüş Vahabov Rizvan Əkbər oğlu 2010-cu il oktyabrın 11-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, ərizəçinin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.
Təqdim edilmiş materialların yenidən araşdırılması nəticəsində müəyyən edilmişdir ki, dairə seçki komissiyası namizədliyin qeydə alınmaması barədə düzgün nəticəyə gəlmişdir.
Belə ki, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş rəy və protokoldan görünür ki, namizədin qeydə alınması üçün təqdim olunmuş 500 seçici imzasından 130-u etibarsız hesab edilmiş, qalan imzalar isə namizədin qeydə alınması üçün seçki qanunvericiliyi ilə tələb olunan etibarlı imzaların sayından az olduğundan onun qeydə alınması üçün kifayət etməmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
Həmçinin işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün imza vərəqələri ilə birlikdə gəlirlərinin miqdarı və mənbəyi haqqında, əmlak barəsində məlumatlar və ilkin maliyyə hesabatının təqdim edilməməsi müəyyən edilmişdir. Ancaq daşınmaz əmlakın dövlət reyestrinin bazasında onun mülkiyyətində Bakı şəhərində mənzilin və Sahil qəsəbəsində torpaq sahəsinin qeydiyyata alınması müəyyən edilmişdir.
Araşdırma ilə müraciətin təmin edilməsi və dairə seçki komissiyasının müvafiq qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
qərara alır:
Deputatlığa namizədliyi öz təşəbbüsü ilə 110 saylı Zaqatala seçki dairəsindən irəli sürülmüş Vahabov Rizvan Əkbər oğlunun 11 oktyabr 2010-cu il tarixli 117 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və dairə seçki komissiyasının müvafiq qərarı dəyişdirilmədən saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı, Oktay Hümbətli, Arifə Muxtarova
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 oktyabr 2010-cu il tarixli 120 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə "İslahat" bloku tərəfindən 104 saylı Gədəbəy-Tovuz seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Qurbanov Elçin İbad oğlu 2010-cu il oktyabrın 11-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyasının sədrinin qanunsuz hərəkətlər etdiyini və onun namizədliyinin geri götürülməsi məqsədi ilə ona müxtəlif təzyiqlər olunduğunu bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, ərizəçinin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.
İddia edilən hallar araşdırılma nəticəsində sübuta yetirilmədiyindən Qurbanov Elçin İbad oğlunun müraciətinin əsassız olduğu müəyyən edilmişdir.
Belə ki, dairə seçki komissiyası sədrinin namizədin qeydə alınmaması barədə əvvəlcədən fikir bildirməsi, ona müxtəlif təzyiqlər göstərilməsi halları öz təsdiqini tapmamışdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. Deputatlığa namizədliyi "İslahat" bloku tərəfindən 104 saylı Gədəbəy-Tovuz seçki dairəsi üzrə irəli sürülmüş Qurbanov Elçin İbad oğlunun 11 oktyabr 2010-cu il tarixli 120 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı, Oktay Hümbətli, Arifə Muxtarova
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin "exit-poll" keçirmək üçün qeydə alınması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
"ELS" Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə "exit-poll" keçirmək niyyətində olduğunu bildirib, bu məqsədlə qeydə alınmasını xahiş etmişdir. Müraciət akkreditasiya üçün zəruri olan sənədlərlə birlikdə 5 oktyabr 2010-cu ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təşkilatın qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.2.23-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası "Azərbaycan Respublikasında seçkilərdə "exit-poll" keçirən təşkilatların akkreditasiyası Qaydaları" ilə "exit-poll" keçirmək niyyətində olan qurumların akkreditasiyalarına dair tələbləri müəyyən etmişdir. Həmin Qaydaların 1-ci və 3-cü bəndlərinə əsasən "exit-poll" keçirmək niyyətində olan təşkilatların yazılı müraciətlərinə 10 gün müddətində baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı və müvafiq təşkilatın akkreditasiyadan keçib-keçməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.23-cü, 28.2-ci, 28.4-cü maddələrinə və göstərilən Təlimatın 1-ci və 3-cü bəndlərinə əsasən qərara alır:
1. "ELS" Müstəqil Araşdırmalar Mərkəzi 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə "exit-poll" keçirmək üçün qeydə alınsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı, Oktay Hümbətli, Mikayıl Rəhimov, Arifə Muxtarova
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 08 oktyabr 2010-cu il tarixli 63 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyi Klassik Xalq Cəbhəsi Partiyası tərəfindən 57 saylı Kürdəmir seçki dairəsi üzrə irəli sürülmüş Məlikov Əliyusif Yusif oğlu Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, ərizəçinin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.
Şikayətdə göstəyilən halların tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması, iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi üçün seçki qanunvericiliyinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə araşdırma müddəti uzadılmışdır.
Təqdim edilmiş materialların yenidən araşdırılması nəticəsində müəyyən edilmişdir ki, dairə seçki komissiyası namizədliyin qeydə alınmaması barədə düzgün nəticəyə gəlməmişdir.
Belə ki, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş rəy və protokoldan görünür ki, təqdim olunmuş 600 seçici imzasından 541-i etibarlı hesab edilmiş, bu isə seçki qanunvericiliyinə əsasən namizədin qeydə alınması üçün kifayət edir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. Deputatlığa namizədliyi Klassik Xalq Cəbhəsi Partiyası tərəfindən 57 saylı Kürdəmir seçki dairəsi üzrə irəli sürülmüş Məlikov Əliyusif Yusif oğlunun 08 oktyabr 2010-cu il tarixli 63 saylı müraciəti əsaslı olduğundan təmin edilsin və dairə seçki komissiyasının müvafiq qərarı ləğv edilməklə onun namizədliyi qeydə alınsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı, Oktay Hümbətli, Mikayıl Rəhimov, Arifə Muxtarova
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 oktyabr 2010-cu il tarixli, 102 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə "İnsan naminə" siyasi partiyalar bloku tərəfindən deputatlığa namizədliyi 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə irəli sürülmüş Məhərrəmov Vahid Əyyub oğlu 2010-cu il oktyabrın 11-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, ərizəçinin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.
Şikayətdə göstərilən halların tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması, təqdim edilmiş materialların yenidən təhlil olunması nəticəsində müəyyən edilmişdir ki, dairə seçki komissiyası namizədliyin qeydə alınmaması barədə düzgün nəticəyə gəlməmişdir.
Belə ki, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş rəy və protokoldan görünür ki, təqdim olunmuş 549 seçici imzasından 479-u etibarlı hesab edilmiş, bu isə seçki qanunvericiliyinə əsasən namizədin qeydə alınması üçün kifayət edir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. "İnsan naminə" siyasi partiyalar bloku tərəfindən deputatlığa namizədliyi 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə irəli sürülmüş Məhərrəmov Vahid Əyyub oğlunun 11 oktyabr 2010-cu il tarixli, 102 saylı müraciəti əsaslı olduğundan təmin edilsin və dairə seçki komissiyasının müvafiq qərarı ləğv edilməklə onun namizədliyi qeydə alınsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı, Oktay Hümbətli, Mikayıl Rəhimov, Arifə Muxtarova
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 oktyabr 2010-cu il tarixli 105 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 25 saylı Nizami ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Quliyeva Xatirə Nəcəfqulu qızı 2010-cu il oktyabrın 11-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipini əsas götürülərək, ərizəçinin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.
Şikayətdə göstəyilən halların tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması, iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi nəticəsində müəyyən edilmişdir ki, dairə seçki komissiyası namizədliyin qeydə alınmaması barədə düzgün nəticəyə gəlmişdir.
Belə ki, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş rəy və protokoldan görünür ki, təqdim olunmuş 500 seçici imzasından 134-ü etibarsız hesab edilmiş, qalan imzalar isə namizədin qeydə alınması üçün seçki qanunvericiliyi ilə tələb olunan etibarlı imzaların sayından az olduğundan onun qeydə alınması üçün kifayət etməmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. Deputatlığa namizəd Quliyeva Xatirə Nəcəfqulu qızının 11 oktyabr 2010-cu il tarixli 105 saylı müraciəti əsassız olduğundundan təmin edilməsin və dairə seçki komissiyasının müvafiq qərarı dəyişdirilmədən saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı, Oktay Hümbətli, Mikayıl Rəhimov, Arifə Muxtarova
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 08 oktyabr 2010-cu il tarixli 60 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-ə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Carullayeva Dünyaxanım Cahan qızının deputatlığa namizədliyini 86 saylı İsmayıllı seçki dairəsindən irəli sürmüş "AXCP-Müsavat" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Məlikov Hüseyn Bahadur oğlu 2010-cu il oktyabrın 8-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən D.Carullayevanın namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, ərizəçinin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.
Şikayətdə göstəyilən halların tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması, iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi üçün seçki qanunvericiliyinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə araşdırma müddəti uzadılmışdır.
Təqdim edilmiş materialların yenidən araşdırılması nəticəsində müəyyən edilmişdir ki, dairə seçki komissiyası namizədliyin qeydə alınmaması barədə düzgün nəticəyə gəlmişdir.
Belə ki, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş rəy və protokoldan görünür ki, təqdim olunmuş 586 seçici imzasından 198-si etibarsız hesab edilmiş, qalan imzalar isə namizədin qeydə alınması üçün seçki qanunvericiliyi ilə tələb olunan etibarlı imzaların sayından az olduğundan onun qeydə alınması üçün kifayət etməmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-ə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Carullayeva Dünyaxanım Cahan qızının deputatlığa namizədliyini 86 saylı İsmayıllı seçki dairəsindən irəli sürmüş "AXCP-Müsavat" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Məlikov Hüseyn Bahadur oğlunun 08 oktyabr 2010-cu il tarixli 60 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və dairə seçki komissiyasının müvafiq qərarı dəyişdirilmədən saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı, Oktay Hümbətli, Mikayıl Rəhimov, Arifə Muxtarova
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 oktyabr 2010-cu il tarixli 142 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
AXCP-Müsavat siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Mahir Cəfərov 2010-cu il oktyabrın 12-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək həmin siyasi partiyalar bloku tərəfindən 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hüseynli Ziyafət Mirzağa oğlunun namizədliyinin təsdiq olunması üçün müvafiq dairə seçki komissiyasına təqdim olunan imza vərəqələrinin qanunsuz olaraq yerli icra hakimiyyəti orqanlarına ötürüldüyünü və bunun nəticəsində onun xeyrinə imza verən vətəndaşların imzalarından imtina etmələri üçün həmin orqanların nümayəndələri tərəfindən təzyiqlərin və hədə-qorxuların edildiyini bildirib, qanuna müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma nəticəsində və əldə olunmuş sübutlarla müəyyən olunmuşdur ki, deputatlığa namizəd Hüseynli Ziyafət Mirzağa oğlunun imza vərəqələri 8 oktyabr 2010-cu il tarixdə 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin dairə seçki komissiyasına təqdim edildikdən dərhal sonra yoxlanılması və müvafiq rəyin verilməsi üçün dairə seçki komissiyası nəzdində yaradılan işçi qrupuna verilmişdir. İmza vərəqələrinin yoxlanıldığı müddət ərzində onlar dairə seçki komissiyasının binası hüdudlarında saxlanılmış və bu sənədlərlə tanış olmaq hüququ olmayan digər şəxslərə verilməmişdir. Beləliklə, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin dairə seçki komissiyasının qanunsuz hərəkətləri ilə bağlı iddia öz təsdiqini tapmamışdır. Göstərilən səbəblərdən müraciət imza vərəqələrinin qanunsuz olaraq yerli icra hakimiyyəti orqanlarına verilməsinə nisbətdə əsassız hesab olunaraq təmin edilməməlidir.
Eyni zamanda imzatoplama kampaniyası zamanı namizədin xeyrinə imza verən şəxslərə qarşı icra nümayəndələri tərəfindən qanunsuz təzyiqlərin edilməsi ilə bağlı hissədə müraciət Seçki Məcəlləsinin və müvafiq Təlimatın aidiyyətə dair tələblərinin pozulması ilə daxil olduğundan araşdırılması üçün aidiyyəti üzrə səlahiyyətli dairə seçki komissiyasına göndərilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 32.2.4-cü maddəsinə əsasən seçki dairəsi üzrə təşviqat subyektləri üçün bərabər seçkiqabağı fəaliyyətin həyata keçirilməsinə müvafiq dairə seçki komissiyaları nəzarət edir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə və aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. AXCP-Müsavat siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Mahir Cəfərovun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 oktyabr 2010-cu il tarixli 142 saylı müraciəti dairə seçki komissiyasının imza vərəqələrini qanunsuz olaraq yerli icra hakimiyyəti orqanlarına verməsi ilə bağlı hissədə əsassız olduğundan təmin edilməsin.
2. Müraciət imzatoplama kampaniyasında iştirak edən vətəndaşlara qarşı qanunsuz təzyiqlərin göstərilməsi ilə bağlı hissədə aidiyyət qaydalarının pozulması ilə daxil olduğundan aidiyyəti üzrə baxılması üçün 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı, Oktay Hümbətli, Mikayıl Rəhimov, Arifə Muxtarova
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 05 oktyabr 2010-cu il tarixli 36 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyi 115 saylı Şəki kənd II seçki dairəsi üzrə irəli sürülmüş Musayev Ruslan Hidayət oğlu 2010-cu il oktyabrın 5-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, ərizəçinin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.
Şikayətdə göstəyilən halların tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması, iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi üçün seçki qanunvericiliyinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə araşdırma müddəti uzadılmışdır.
Təqdim edilmiş materialların yenidən araşdırılması nəticəsində müəyyən edilmişdir ki, dairə seçki komissiyası namizədliyin qeydə alınmaması barədə düzgün nəticəyə gəlmişdir.
Belə ki, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş rəy və protokoldan görünür ki, təqdim olunmuş 600 seçici imzasından 318-i etibarsız hesab edilmiş, qalan imzalar isə namizədin qeydə alınması üçün seçki qanunvericiliyi ilə tələb olunan etibarlı imzaların sayından az olduğundan onun qeydə alınması üçün kifayət etməmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. Deputatlığa namizədliyi 115 saylı Şəki kənd II seçki dairəsi üzrə irəli sürülmüş Musayev Ruslan Hidayət oğlunun 05 oktyabr 2010-cu il tarixli 36 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və dairə seçki komissiyasının müvafiq qərarı dəyişdirilmədən saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı, Oktay Hümbətli, Mikayıl Rəhimov, Arifə Muxtarova
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 101, 103, 104 və 111 saylı müraciətlərin araşdırılması müddətinin uzadılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə əlaqədar bəzi qanun pozuntularının baş verməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına 101, 103, 104 və 111 saylı müraciətlər daxil olmuşdur.
Müraciətlərin araşdırılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvlərinə həvalə edilmişdir.
Müraciətlərlə bağlı əlavə araşdırmanın tələb olunduğunu əsas gətirərək, ekspert qrupunun üzvləri tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.10-cu maddəsinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 7.8-ci bəndinə uyğun olaraq araşdırma müddətinin uzadılması barədə vəsatətlər qaldırılmışdır.
Vəsatətlər əsaslı olduğundan, təmin edilməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 9.6-cı bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 101, 103, 104 və 111 saylı müraciətlərin araşdırılması müddəti uzadılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı, Oktay Hümbətli, Mikayıl Rəhimov, Arifə Muxtarova
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 oktyabr 2010-cu il tarixli 148 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyi 70 saylı Masallı şəhər seçki dairəsi üzrə özü tərəfindən irəli sürülmüş Şirəlizadə Xalidə Hüseynəli qızı 2010-cu il oktyabrın 12-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına ünvanladığı yazılı müraciətində ona qarşı təzyiqlər göstərildiyini bildirir və adıçəkilən seçki dairəsində baş verən belə halların qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsini xahiş edir.
Müraci
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.