Qərarlar

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 oktyabr 2010-cu il tarixli 118 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə qeydə alınmış "AXCP-Müsavat" siyasi partiyalar bloku tərəfindən 82 saylı Ağcabədi seçki dairəsindən namizədliyi irəli sürülmüş Nəcəfli Rəşid Mikayıl oğlunun 11 oktyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına ünvanladığı yazılı müraciətində onun xeyrinə imza verən vətəndaşlara qarşı yerli icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən təzyiqlərin olunduğunu, Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində namizədliyini geri götürməsi barədə həqiqətə uyğun olmayan məlumatların qəsdən əks olunduğunu bildirib qanuna müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma nəticəsində müəyyən olunmuşdur ki, deputatlığa namizəd Rəşid Nəcəflinin namizədliyinin geri götürülməsi barədə məlumatlar nə Mərkəzi Seçki Komissiyasının rəsmi səhifəsində, nə də Mərkəzi Seçki Komissiyası nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin internet səhifəsində yerləşdirilməmişdir. Göstərilənə əsasən deputatlığa namizəd Rəşid Nəcəflinin müraciəti namizədliyinin geri götürülməsi barədə yanlış məlumatların bilərəkdən Mərkəzi Seçki Komissiyasının internet səhifələrində əks olunması məsələsinə nisbətdə əsassız hesab olunaraq təmin edilməməlidir.
Namizədin imzatoplama kampaniyası zamanı imza verən şəxslərə qarşı icra nümayəndələri tərəfindən qanunsuz təzyiqlərin edilməsi ilə bağlı müraciəti isə Azərbaycan Respublikası Seçki Məcəlləsinin və müvafiq Təlimatın aidiyyətə dair tələblərinin pozulması ilə daxil olduğundan araşdırılması üçün aidiyyəti üzrə səlahiyyətli dairə seçki komissiyasına göndərilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 32.2.4-cü maddəsinə əsasən seçki dairəsi üzrə təşviqat subyektləri üçün bərabər seçkiqabağı fəaliyyətin həyata keçirilməsinə müvafiq dairə seçki komissiyaları nəzarət edir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə və aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 82 saylı Ağcabədi seçki dairəsindən namizədliyini irəli sürmüş Nəcəfli Rəşid Mikayıl oğlunun 11 oktyabr 2010-cu il tarixli 118 saylı müraciəti Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifələrində namizədliyinin geri götürməsi haqqında yanlış məlumatların qəsdən əks olunması ilə bağlı hissədə əsassız olduğundan təmin edilməsin.
2. Müraciət imzatoplama kampaniyasında iştirak edən vətəndaşlara qarşı qanunsuz təzyiqlərin göstərilməsi ilə bağlı hissədə aidiyyət qaydalarının pozulması ilə daxil olduğundan aidiyyəti üzrə baxılması üçün 82 saylı Ağcabədi seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

{nl}

Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Akif Qurbanov, Almas Qəhramanlı, Oktay Hümbətli, Mikayıl Rəhimov, Gülağa Aslanlı, Arifə Muxtarova

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2010-cu il tarixli 41 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə "Qarabağ" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Ağazadə Ənvər Sərdar oğlu 2010-cu il oktyabrın 6-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 57 saylı Kürdəmir seçki dairəsində namizədliyi irəli sürülmüş Gülalıyev Vəzir Ataxan oğlunun namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipini əsas götürülərək, ərizəçinin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.
Şikayətdə göstərilən halların tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması, iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi üçün seçki qanunvericiliyinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə araşdırma müddəti uzadılmışdır.
Təqdim edilmiş materialların yenidən araşdırılması nəticəsində müəyyən edilmişdir ki, dairə seçki komissiyası namizədliyin qeydə alınmaması barədə düzgün nəticəyə gəlmişdir.
Belə ki, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş rəy və protokoldan görünür ki, təqdim olunmuş 600 seçici imzasından 204-ü etibarsız hesab edilmiş, qalan imzalar isə namizədin qeydə alınması üçün seçki qanunvericiliyi ilə tələb olunan etibarlı imzaların sayından az olduğundan onun qeydə alınması üçün kifayət etməmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. "Qarabağ" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Ağazadə Ənvər Sərdar oğlunun 6 oktyabr 2010-cu il tarixli 41 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və dairə seçki komissiyasının müvafiq qərarı dəyişdirilmədən saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

{nl}

Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Oktay Hümbətli, Mikayıl Rəhimov, Arifə Muxtarova

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 95, 96 və 97 saylı müraciətlərin araşdırılması müddətinin uzadılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə əlaqədar bəzi qanun pozuntularının baş verməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına 95, 96 və 97 saylı müraciətlər daxil olmuşdur.
Müraciətlərin araşdırılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvlərinə həvalə edilmişdir.
Müraciətlərlə bağlı əlavə araşdırmanın tələb olunduğunu əsas gətirərək, ekspert qrupunun üzvləri tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.10-cu maddəsinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 7.8-ci bəndinə uyğun olaraq araşdırma müddətinin uzadılması barədə vəsatətlər qaldırılmışdır.
Vəsatətlər əsaslı olduğundan, təmin edilməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 9.6-cı bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 95, 96 və 97 saylı müraciətlərin araşdırılması müddəti uzadılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Oktay Hümbətli, Mikayıl Rəhimov, Gülağa Aslanlı, Arifə Muxtarova

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2010-cu il tarixli 81 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə "İslahat" siyasi partiyalar blokunun 77 saylı Astara seçki dairəsində namizədi Əliyev Qaya İbad oğlu 2010-cu il oktyabrın 9-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyasında namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipini əsas götürülərək, ərizəçinin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.
Şikayətdə göstəyilən halların tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması, iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi üçün seçki qanunvericiliyinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə araşdırma müddəti uzadılmışdır.
Təqdim edilmiş materialların yenidən araşdırılması nəticəsində müəyyən edilmişdir ki, dairə seçki komissiyası namizədliyin qeydə alınmaması barədə düzgün nəticəyə gəlmişdir.
Belə ki, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş rəy və protokoldan görünür ki, təqdim olunmuş 550 seçici imzasından 213-ü etibarsız hesab edilmiş, qalan imzalar isə namizədin qeydə alınması üçün seçki qanunvericiliyi ilə tələb olunan etibarlı imzaların sayından az olduğundan onun qeydə alınması üçün kifayət etməmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. "İslahat" siyasi partiyalar blokunun 77 saylı Astara seçki dairəsində namizədi Əliyev Qaya İbad oğlunun 9 oktyabr 2010-cu il tarixli 81 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və dairə seçki komissiyasının müvafiq qərarı dəyişdirilmədən saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

{nl}

Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Arifə Muxtarova

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2010-cu il tarixli, 42 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyi 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə "Qarabağ Bloku" siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş Qasımov Habil Cankişi oğlu 2010-cu il oktyabrın 6-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, ərizəçinin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.
Şikayətdə göstərilən halların tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması, iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi üçün seçki qanunvericiliyinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə araşdırma müddəti uzadılmışdır.
Təqdim edilmiş materialların yenidən araşdırılması nəticəsində müəyyən edilmişdir ki, dairə seçki komissiyası namizədliyin qeydə alınmaması barədə düzgün nəticəyə gəlməmişdir.
Belə ki, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş rəy və protokoldan görünür ki, təqdim olunmuş 500 seçici imzasından 466-ı etibarlı hesab edilmiş, bu isə seçki qanunvericiliyinə əsasən namizədin qeydə alınması üçün kifayət edir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. Deputatlığa namizədliyi 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə "Qarabağ Bloku" siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş Qasımov Habil Cankişi oğlunun 6 oktyabr 2010-cu il tarixli, 42 saylı müraciəti əsaslı olduğundan təmin edilsin və dairə seçki komissiyasının müvafiq qərarı ləğv edilməklə namizədliyi qeydə alınsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

{nl}

Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova,Akif Qurbanov, Almas Qəhrəmanlı, Oktay Hümbətli, Mikayıl Rəhimov, Gülağa Aslanlı,Arifə Muxtarova

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2010-cu il tarixli 76 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyi 30 saylı Suraxanı I seçki dairəsi üzrə "İnsan naminə" siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş Kərimova Sevinc İbrahim qızı 2010-cu il oktyabrın 9-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, ərizəçinin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.
Şikayətdə göstərilən halların tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması, iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi üçün seçki qanunvericiliyinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə araşdırma müddəti uzadılmışdır.
Təqdim edilmiş materialların yenidən araşdırılması nəticəsində müəyyən edilmişdir ki, dairə seçki komissiyası namizədliyin qeydə alınmaması barədə düzgün nəticəyə gəlmişdir.
Belə ki, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş rəy və protokoldan görünür ki, təqdim olunmuş 528 seçici imzasından 154-ü etibarsız hesab edilmiş, qalan imzalar isə namizədin qeydə alınması üçün seçki qanunvericiliyi ilə tələb olunan etibarlı imzaların sayından az olduğundan onun qeydə alınması üçün kifayət etməmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. Deputatlığa namizədliyi 30 saylı Suraxanı I seçki dairəsi üzrə irəli sürülmüş Kərimova Sevinc İbrahim qızının 9 oktyabr 2010-cu il tarixli 76 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və dairə seçki komissiyasının müvafiq qərarı dəyişdirilmədən saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

{nl}

Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Oktay Hümbətli, Mikayıl Rəhimov, Arifə Muxtarova

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2010-cu il tarixli 61 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyi öz təşəbbüsü ilə 15 saylı Yasamal I seçki dairəsindən irəli sürülmüş Əhmədov Əmirbəy Səyyaf oğlu 2010-cu il oktyabrın 8-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, həmin dairə üzrə deputatlığa namizəd Abbasov Mirəhməd İbrahim oğlunun namizədliyinin qeydə alınmasına dair dairə seçki komissiyasının 29 sentyabr 2010-cu il tarixli qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, ərizəçinin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.
Şikayətdə göstərilən halların tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması, iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi üçün seçki qanunvericiliyinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə araşdırma müddəti uzadılmışdır.
Təqdim edilmiş materialların yenidən araşdırılması nəticəsində müəyyən edilmişdir ki, dairə seçki komissiyası Abbasov Mirəhməd İbrahim oğlunun namizədliyinin qeydə alınması barədə düzgün nəticəyə gəlməmişdir.
Belə ki, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən Abbasov Mirəhməd İbrahim oğlunun namizədliyinin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş rəy və protokoldan görünür ki, namizədin qeydə alınması üçün təqdim olunmuş 599 seçici imzasından 227-si etibarsız hesab edilmiş, qalan imzalar isə namizədin qeydə alınması üçün seçki qanunvericiliyi ilə tələb olunan etibarlı imzaların sayından az olduğundan onun qeydə alınması üçün kifayət etməmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
Araşdırma ilə müraciətdə göstərilən hallar öz təsdiqini tapdığından müraciət əsaslı hesab edilərək təmin edilməli, namizədliyin qeydə alınması üçün əsaslar müəyyən edilmədiyindən dairə seçki komissiyasının müvafiq qərarı ləğv edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 15 saylı Yasamal I seçki dairəsindən deputatlığa namizəd Əhmədov Əmirbəy Səyyaf oğlunun 08 oktyabr 2010-cu il tarixli 61 saylı müraciəti əsaslı olduğundan təmin edilsin, həmin dairədən Abbasov Mirəhməd İbrahim oğlunun namizədliyinin qeydə alınması barədə dairə seçki komissiyasının müvafiq qərarı ləğv edilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Akif Qurbanov, Almas Qəhrəmanlı, Oktay Hümbətli, Mikayıl Rəhimov, Arifə Muxtarova

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2010-cu il tarixli 52 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyi 30 saylı Suraxanı I seçki dairəsi üzrə irəli sürülmüş Sadıqov Bəhruz Fərrux oğlu 2010-cu il oktyabrın 6-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, ərizəçinin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.
Şikayətdə göstərilən halların tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması, iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi üçün seçki qanunvericiliyinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə araşdırma müddəti uzadılmışdır.
Təqdim edilmiş materialların yenidən araşdırılması nəticəsində müəyyən edilmişdir ki, dairə seçki komissiyası namizədliyin qeydə alınmaması barədə düzgün nəticəyə gəlmişdir.
Belə ki, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş rəy və protokoldan görünür ki, təqdim olunmuş 645 seçici imzasından 382-si etibarsız hesab edilmiş, qalan imzalar isə namizədin qeydə alınması üçün seçki qanunvericiliyi ilə tələb olunan etibarlı imzaların sayından az olduğundan onun qeydə alınması üçün kifayət etməmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. Deputatlığa namizədliyi 30 saylı Suraxanı I seçki dairəsi üzrə irəli sürülmüş Sadıqov Bəhruz Fərrux oğlunun 6 oktyabr 2010-cu il tarixli 52 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və dairə seçki komissiyasının müvafiq qərarı dəyişdirilmədən saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

{nl}

Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Oktay Hümbətli, Gülağa Aslanlı, Arifə Muxtarova

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2010-cu il tarixli 45 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyi öz təşəbbüsü ilə 95 saylı Tərtər seçki dairəsindən irəli sürülmüş Məmmədov Zakir Məcid oğlu 2010-cu il oktyabrın 6-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, ərizəçinin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.
Şikayətdə göstərilən halların tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması, iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi üçün seçki qanunvericiliyinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə araşdırma müddəti uzadılmışdır.
Təqdim edilmiş materialların yenidən araşdırılması nəticəsində müəyyən edilmişdir ki, dairə seçki komissiyası namizədliyin qeydə alınmaması barədə düzgün nəticəyə gəlmişdir.
Belə ki, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş rəy və protokoldan görünür ki, namizədin qeydə alınması üçün təqdim olunmuş 500 seçici imzasından 128-i etibarsız hesab edilmiş, qalan imzalar isə namizədin qeydə alınması üçün seçki qanunvericiliyi ilə tələb olunan etibarlı imzaların sayından az olduğundan onun qeydə alınması üçün kifayət etməmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. Deputatlığa namizədliyi öz təşəbbüsü ilə 95 saylı Tərtər seçki dairəsindən irəli sürülmüş Məmmədov Zakir Məcid oğlunun 6 oktyabr 2010-cu il tarixli 45 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və dairə seçki komissiyasının müvafiq qərarı dəyişdirilmədən saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Oktay Hümbətli, Mikayıl Rəhimov, Arifə Muxtarova

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında