Qərarlar

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 2 oktyabr 2010-cu il tarixli 15 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyi 63 saylı Sabirabad birinci seçki dairəsi üzrə "Qarabağ" siyasi partiyaların bloku tərəfindən irəli sürülmüş Abasov Razi Umudəli oğlu 2010-cu il oktyabrın 2-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipini əsas götürülərək, ərizəçinin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.
Şikayətdə göstərilən halların tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması, iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi üçün seçki qanunvericiliyinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə araşdırma müddəti uzadılmışdır.
Təqdim edilmiş materialların yenidən araşdırılması nəticəsində müəyyən edilmişdir ki, dairə seçki komissiyası namizədliyin qeydə alınmaması barədə düzgün nəticəyə gəlmişdir.
Belə ki, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş rəy və protokoldan görünür ki, təqdim olunmuş 550 seçici imzasından 181-i etibarsız hesab edilmiş, qalan imzalar isə namizədin qeydə alınması üçün seçki qanunvericiliyi ilə tələb olunan etibarlı imzaların sayından az olduğundan onun qeydə alınması üçün kifayət etməmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. Deputatlığa namizədliyi 63 saylı Sabirabad birinci seçki dairəsi üzrə "Qarabağ" siyasi partiyaların bloku tərəfindən irəli sürülmüş Abasov Razi Umudəli oğlunun 2 oktyabr 2010-cu il tarixli 15 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və dairə seçki komissiyasının müvafiq qərarı dəyişdirilmədən saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Oktay Hümbətli, Mikayıl Rəhimov, Arifə Muxtarova{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 oktyabr 2010-cu il tarixli 58 və 98 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin olunmuş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən namizədliyini irəli sürmüş Hacıyev Arif Rəhim oğlu 11 oktyabr 2010-cu il tarixdə Mərkəzi Seçki Komissiyasına iki eyni məzmunlu ərizə ilə müraciət edərək imza vərəqələrini 08 oktyabr 2010-cu il tarixdə, saat 18 radələrində dairə seçki komissiyasına və onun sədri Mübahir Nəsirova təqdim etmək istədiyini, lakin sədrin sənədləri müxtəlif bəhanələrlə qəbul etmədiyini, 9 oktyabr 2010-cu il tarixdə yenidən dairə seçki komussiyasına gələrək imza vərəqələrini təqdim etdiyni bildirərək pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma zamanı müəyyən edilmişdir ki, deputatlığa namizəd Hacıyev Arif Rəhim oğlu imza vərəqələrini dairə seçki komissiyasına qanunla müəyyən edilmiş müddətdə, yəni 8 oktyabr 2010-cu il tarixdə saat 18 00-dək deyil, 18 15-də təqdim etmək istəmiş, lakin ona qanunla müəyyən olunmuş müddətin ötürülməsi ilə əlaqədar yaranan hüquqi nəticələr elan olunduqda o, sənədləri verməkdən imtina edərək özü ilə aparmış, yalnız sonrakı gün, yəni 9 oktyabr 2010-cu il tarixdə yenidən dairə seçki komissiyasına gələrək sənədlərini təqdim etmişdir. Qeyd olunan xüsusatlar aktlaşdırılmış və müvafiq qərarla onun qeydə alınmasından imtina edilmişdir.
Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma nəticəsində habelə, əldə olunmuş sübutlarla 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin sədrinin imza vərəqələrini qəbul etməməsi ilə bağlı qanunsuz hərəkətsizliyi təsdiqini tapmadığından Hacıyev Arif Rəhim oğlunun müraciətləri əsassız hesab edilərək təmin edilməməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən namizədliyini irəli sürmüş Hacıyev Arif Rəhim oğlunun 11 oktyabr 2010-cu il tarixli, 58 və 98 saylı müraciətləri əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı, Oktay Hümbətli, Mikayıl Rəhimov, Arifə Muxtarova

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 oktyabr 2010-cu il tarixli 25 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyi 119 saylı Ağdam kənd seçki dairəsi üzrə Demokratik Azərbaycan Dünyası Partiyası tərəfindən irəli sürülmüş Əliyev Elşad Ərşad oğlu 2010-cu il oktyabrın 5-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, ərizəçinin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.
Şikayətdə göstərilən halların tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması, iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi üçün seçki qanunvericiliyinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə araşdırma müddəti uzadılmışdır.
Təqdim edilmiş materialların yenidən araşdırılması nəticəsində müəyyən edilmişdir ki, dairə seçki komissiyası namizədliyin qeydə alınmaması barədə düzgün nəticəyə gəlmişdir.
Belə ki, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş rəy və protokoldan görünür ki, namizədin qeydə alınması üçün təqdim olunmuş 503 seçici imzasından 125-i etibarsız hesab edilmiş, qalan imzalar isə namizədin qeydə alınması üçün seçki qanunvericiliyi ilə tələb olunan etibarlı imzaların sayından az olduğundan onun qeydə alınması üçün kifayət etməmişdir.
Bundan əlavə, ərizəçinin təqdim etdiyi 119 saylı Ağdam kənd seçki dairəsinin onun dəstəklənməsi üçün imza vermiş seçiciləri adından yazılmış ərizələrdə olan imzalar yoxlanılarkən həmin şəxslərin göstərilən 125 nəfərdən 111-nin adlarının imza vərəqələrində olmaması müəyyən edilmiş, imzalarında uyğunluq təşkil edilən şəxslər isə ümumiyyətlə müəyyən edilməmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. Deputatlığa namizədliyi 119 saylı Ağdam kənd seçki dairəsi üzrə Demokratik Azərbaycan Dünyası Partiyası tərəfindən irəli sürülmüş Əliyev Elşad Ərşad oğlunun 5 oktyabr 2010-cu il tarixli 25 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və dairə seçki komissiyasının müvafiq qərarı dəyişdirilmədən saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Akif Qurbanov, Almas Qəhramanlı, Oktay Hümbətli, Mikayıl Rəhimov, Gülağa Aslanlı, Arifə Muxtarova

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 oktyabr 2010-cu il tarixli 27 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyi 42 saylı Sumqayıt II seçki dairəsi üzrə irəli sürülmüş Tarverdiyev Sabir Rəhim oğlu 2010-cu il oktyabrın 5-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, ərizəçinin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.
Şikayətdə göstərilən halların tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması, iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi üçün seçki qanunvericiliyinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə araşdırma müddəti uzadılmışdır.
Təqdim edilmiş materialların yenidən araşdırılması nəticəsində müəyyən edilmişdir ki, dairə seçki komissiyası namizədliyin qeydə alınmaması barədə düzgün nəticəyə gəlmişdir.
Belə ki, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş rəy və protokoldan görünür ki, namizədin qeydə alınması üçün təqdim olunmuş 500 seçici imzasından 124-ü etibarsız hesab edilmiş, qalan imzalar isə namizədin qeydə alınması üçün seçki qanunvericiliyi ilə tələb olunan etibarlı imzaların sayından az olduğundan onun qeydə alınması üçün kifayət etməmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
Eyni zamanda S.Tarverdiyev mülkiyyətində olan Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən birmərtəbəli qeyri-yaşayış binasını dairə seçki komissiyasına təqdim etdiyi mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumatda göstərməmişdir. Bu isə Seçki Məcəlləsinin 60.2.2-ci maddəsinə əsasən qeydiyyatdan imtina üçün əsas ola bilər.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, z 112-1-ci, 147-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. Deputatlığa namizədliyi 42 saylı Sumqayıt II seçki dairəsi üzrə irəli sürülmüş Tarverdiyev Sabir Rəhim oğlunun 5 oktyabr 2010-cu il tarixli 27 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və dairə seçki komissiyasının müvafiq qərarı dəyişdirilmədən saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı, Oktay Hümbətli, Mikayıl Rəhimov, Gülağa Aslanlı, Arifə Muxtarova

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 2 oktyabr 2010-cu il tarixli 13 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyi 122 saylı Xankəndi seçki dairəsi üzrə öz təşəbbüsü ilə irəli sürülmüş Əliyev Mübariz Əziz oğlu 2010-cu il oktyabrın 2-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, ərizəçinin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.
Şikayətdə göstərilən halların tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması, iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi üçün seçki qanunvericiliyinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə araşdırma müddəti uzadılmışdır.
Təqdim edilmiş materialların yenidən araşdırılması nəticəsində müəyyən edilmişdir ki, dairə seçki komissiyası namizədliyin qeydə alınmaması barədə düzgün nəticəyə gəlmişdir.
Belə ki, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş rəy və protokoldan görünür ki, təqdim olunmuş 547 seçici imzasından 170-i etibarsız hesab edilmiş, qalan imzalar isə namizədin qeydə alınması üçün seçki qanunvericiliyi ilə tələb olunan etibarlı imzaların sayından az olduğundan onun qeydə alınması üçün kifayət etməmişdir.
Eyni zamanda araşdırma prosesində namizədin sübut əhəmiyyəti kəsb edən material kimi ekspert qrupunun üzvünə təqdim etdiyi seçicilərin adından yazılıb-imzalanmış 227 ədəd seçici imzası olan ərizələrdəki imzalar imza vərəqələrində olan eyni adlı şəxslərin imzaları ilə müqayisəli şəkildə yoxlanarkən müəyyən olunmuşdur ki, həmin imzalardan yalnız 5-i uyğun, qalan 222-si isə tamamilə fərqlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. Deputatlığa namizədliyi 122 saylı Xankəndi seçki dairəsi üzrə öz təşəbbüsü ilə irəli sürülmüş Əliyev Mübariz Əziz oğlunun 2 oktyabr 2010-cu il tarixli 13 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və dairə seçki komissiyasının müvafiq qərarı dəyişdirilmədən saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Oktay Hümbətli, Arifə Muxtarova

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 oktyabr 2010-cu il tarixli 94 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini irəli sürmüş Paşa Elşad Əlhüseyn oğlu 10 oktyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına ünvanladığı yazılı müraciətində onun xeyrinə imzatoplama kampaniyasında iştirak edən vətəndaşlara qarşı yerli icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən təzyiqlərin olunduğunu, qanunun tələblərini pozan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq dairə seçki komissiyasına müraciət etməsinə baxmayaraq həmin komissiya sədrinin qanunla müəyyən olunmuş hərəkətləri etmədiyinə görə qanunsuz hərəkətsizliyə yol verdiyini, eyni zamanda deputatlığa namizədin imza vərəqələrinin müvafiq dairə seçki komissiyasına təqdim edildiyi zaman yerli icra hakimiyyəti orqanları nümayəndələrinin əsassız olaraq dairə seçki komissiyasının binasında olmasını və imza vərəqələrinin təqdim edilməsi prosesinə nəzarət etdiklərini bildirib, qanuna müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma nəticəsində habelə, əldə olunmuş sübutlarla müəyyən edilmişdir ki, 72 saylı Yardımlı-Masallı seçki dairəsinə deputatlığa namizəd tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin və yuxarıda göstərilən Təlimatın qaydalarına uyğun olaraq heç bir şikayət göndərilməmiş, elə bu səbəbdən də belə bir şikayətin dairə seçki komissiyasında qeydə alınaraq onunla bağlı qanunun tələb etdiyi formada araşdırmanın aparılması da mümkün olmamışdır. Bu da məlum olmuşdur ki, deputatlığa namizədin özü seçicilərə qanunsuz təzyiqlərin göstərilməsi ilə bağlı yerli icra hakimiyyəti orqanlarına müraciət edərək pozulması ehtimal olunan hüquqlarının bərpasına çalışmışdır. Digər tərəfdən, onun ərizəsində göstərdiyi yerli icra hakimiyyəti orqanı nümayəndələrinin 72 saylı Yardımlı-Masallı seçki dairəsi dairə seçki komissiyasının binasında olması halı da araşdırma nəticəsində müəyyən edilməmişdir. Göstərilənlərə əsasən deputatlığa namizəd Paşa Elşad Əlhüseyn oğlunun müraciəti dairə seçki komissiyasının qanunsuz hərəkətsizliyinə və yerli icra hakimiyyəti orqanı nümayəndələrinin dairə seçki komissiyası binasında olaraq, deputatlığa namizədin imza vərəqələrinin təqdim edilməsi prosesinə nəzarət etməsinə nisbətdə əsassız hesab olunaraq təmin edilməməlidir.
Eyni zamanda, namizədin xeyrinə imzatoplama kampaniyasında iştirak etmiş şəxslərə qarşı icra nümayəndələri tərəfindən qanunsuz təzyiqlərin edilməsi ilə bağlı hissədə müraciət Seçki Məcəlləsinin, müvafiq Təlimatın aidiyyətə dair tələblərinin pozulması ilə daxil olduğundan araşdırılması üçün aidiyyəti üzrə səlahiyyətli dairə seçki komissiyasına göndərilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 32.2.4-cü maddəsinə əsasən seçki dairəsi üzrə təşviqat subyektləri üçün bərabər seçkiqabağı fəaliyyətin həyata keçirilməsinə müvafiq dairə seçki komissiyaları nəzarət edir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə və aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-ə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini irəli sürmüş Paşa Elşən Əlhüseyn oğlunun 10 oktyabr 2010-cu il tarixli, 94 saylı müraciəti dairə seçki komissiyası sədrinin qanunsuz hərəkətsizliyi və hüququ olmayan şəxslərin qanunsuz olaraq dairə seçki komissiyasında olması ilə bağlı hissədə əsassız olduğundan təmin edilməsin.
2. Müraciət imzatoplama kampaniyasında iştirak edən vətəndaşlara qarşı qanunsuz təzyiqlərin göstərilməsi ilə bağlı hissədə aidiyyət qaydalarının pozulması ilə daxil olduğundan aidiyyəti üzrə baxılması üçün 72 saylı Yardımlı-Masallı seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı, Oktay Hümbətli, Mikayıl Rəhimov, Arifə Muxtarova

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 oktyabr 2010-cu il tarixli 23 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyi 81 saylı Beyləqan seçki dairəsi üzrə "Qarabağ" bloku tərəfindən irəli sürülmüş Cabbarov Möhübbət Nəriman oğlu 2010-cu il oktyabrın 5-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipini əsas götürülərək, ərizəçinin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.
Şikayətdə göstərilən halların tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması, iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi üçün seçki qanunvericiliyinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə araşdırma müddəti uzadılmışdır.
Təqdim edilmiş materialların yenidən araşdırılması nəticəsində müəyyən edilmişdir ki, dairə seçki komissiyası namizədliyin qeydə alınmaması barədə düzgün nəticəyə gəlmişdir.
Belə ki, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş rəy və protokoldan görünür ki, təqdim olunmuş 580 seçici imzasından 209-u etibarsız hesab edilmiş, qalan imzalar isə namizədin qeydə alınması üçün seçki qanunvericiliyi ilə tələb olunan etibarlı imzaların sayından az olduğundan onun qeydə alınması üçün kifayət etməmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. Deputatlığa namizədliyi 81 saylı saylı Beyləqan seçki dairəsi üzrə "Qarabağ" bloku tərəfindən irəli sürülmüş Cabbarov Möhübbət Nəriman 5 oktyabr 2010-cu il tarixli 23 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və dairə seçki komissiyasının müvafiq qərarı dəyişdirilmədən saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Oktay Hümbətli, Arifə Muxtarova

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 74, 75, 76, 77, 80 və 81 saylı müraciətlərin araşdırılması müddətinin uzadılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə əlaqədar bəzi qanun pozuntularının baş verməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına 74, 75, 76, 77, 80 və 81 saylı müraciətlər daxil olmuşdur.
Müraciətlərin araşdırılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvlərinə həvalə edilmişdir.
Müraciətlərlə bağlı əlavə araşdırmanın tələb olunduğunu əsas gətirərək, ekspert qrupunun üzvləri tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.10-cu maddəsinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 7.8-ci bəndinə uyğun olaraq araşdırma müddətinin uzadılması barədə vəsatətlər qaldırılmışdır.
Vəsatətlər əsaslı olduğundan, təmin edilməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 9.6-cı bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 74, 75, 76, 77, 80 və 81 saylı müraciətlərin araşdırılması müddəti uzadılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Akif Qurbanov, Almas Qəhramanlı, Oktay Hümbətli, Mikayıl Rəhimov, Gulağa Aslanlı,Arifə Muxtarova

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında