2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2010-cu il tarixli 82 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin olunmuş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 90 saylı Ağdaş seçki dairəsindən Azəri Həmid İdris oğlunun namizədliyini irəli sürmüş "AXCP-Müsavat" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Natiq Ədilov 9 oktyabr 2010-cu il tarixdə Mərkəzi Seçki Komissiyasına müraciət edərək namizədin müdafiəsi üçün imza toplayan və imza verən şəxslərə icra orqanları tərəfindən təzyiq göstərildiyini bildirmiş, müraciətə əlavə etdiyi deputatlığa namizədin eyni məzmunlu 8 oktyabr 2010-cu il tarixli ərizəsində göstərilənlərin araşdırılmasını və müvafiq tədbirlər görülməsini xahiş etmişdir.
Belə ki, Azəri Həmid İdris oğlu ərizəsində göstərmişdir ki, Qədimov Bəxtiyar Şıxı oğlu və Məmmədov Telman Umar oğluna yerli icra hakimiyyəti orqanları tərəfindən topladıqları imzalardan imtina etmələri barədə təzyiqlər göstərilmiş, Şəmiyeva Kəmalə Abdyrahman qızı isə əri ilə birlikdə Ağdaş Rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsi tərəfindən dairə seçki komissiyasına aparılaraq ərinin işdən çıxarılacağı barədə hədələndikdən sonra topladığı imzalardan imtina etmək barədə yazılı izahat alınmışdır.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma zamanı əldə edilmiş sübutlarla müəyyən edilmişdir ki, Qədimov Bəxtiyar Şıxı oğlu və Məmmədov Telman Umar oğluna qarşı yerli icra orqanları tərəfindən təzyiqlər olmamışdır. Belə ki, deputatlığa namizədin və onun təmsil etdiyi siyasi partiyanın səlahiyyətli nümayəndəsinin eyni məzmunlu müraciətlərinə dairə seçki komissiyasında baxılmış və səlahiyyətləri daxilində müvafiq qərar qəbul edilmişdir.
Bundan əlavə, müəyyən edilmişdir ki, Şəmiyeva Kəmalə Abdurahman qızı 7 oktyabr 2010-cu il tarixdə dairə seçki komissiyasına müraciət edərək Azəri Həmid İdris oğlunun imza toplama kampaniyasında iştirak etmədiyini, imza vərəqələrində qeyd olunan imzanın isə ona məxsus olmadığını, onun və ərinin dairə seçki komissiyasına məcburi aparılmadığını, dairə seçki komissiyasına öz təşəbbüsü ilə müraciət etdiyini bildirmiş, özünə və ərinə qarşı yerli icra orqanları tərəfindən heç bir təzyiq göstərilməmişdir.
Ona görə də göstərilən xüsusatlar təsdiqini tapmadığından müraciət təmin olunmamalıdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 90 saylı Ağdaş seçki dairəsi üzrə Azəri Həmid İdris oğlunun namizədliyini irəli sürmüş "AXCP-Müsavat" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Natiq Ədilovun 9 oktyabr 2010-cu il tarixli 82 saylı müraciəti təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Oktay Hümbətli, Mikayıl Rəhimov, Arifə Muxtarova{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2010-cu il tarixli 83 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyi 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən irəli sürülmüş Əhmədov Akif Qədim oğlu 9 oktyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, imza vərəqələrinin 6 oktyabr 2010-cu il tarixdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsinin dairə seçki komissiyasına təhvil versə də komissiya tərəfindən ona bu barədə arayışın verilməməsini və namizədliyinin qeydə alınmasından imtina edilməsini bildirib qanunla müəyyən olunmuş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma nəticəsində və əldə edilmiş sübutlarla namizəd tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə imza vərəqələrinin və digər seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilmədiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən şikayətçinin müraciəti əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyi 104 saylı Gədəbəy-Tovuz seçki dairəsi üzrə irəli sürülmüş Əhmədov Akif Qədim oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2010-cu il tarixli 83 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Oktay Hümbətli, Mikayıl Rəhimov, Gülağa Aslanlı, Arifə Muxtarova
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2010-cu il tarixli 84 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə qeydə alınmış "AXCP-Müsavat" siyasi partiyalar bloku tərəfindən 113 saylı Şəki şəhər seçki dairəsindən namizədliyi irəli sürülmüş Kərimov Sahib Fərman oğlu 9 oktyabr 2010-cu ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, həmin DSK-ya bəzi imzaların etibarsızlığı ilə əlaqədar daxil olmuş ərizə əsasında onun xeyrinə toplanmış imzaların dairə seçki komissiyası tərəfindən qanunsuz hesab edildiyinə cəhdlər olunduğunu bildirib, qanuna müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma nəticəsində, habelə əldə olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin iddia etdiyi hallar namizədliyinin qeydə alınması məsələsinə dairə seçki komissiyasında baxılması ilə bağlıdır və onun qiymətləndirilməsi namizədin qeydə alınması məsələsinə baxılıb qurtardıqdan sonra mümkündür. Dairə seçki komissiyası tərəfindən namizədin qeydə alınması məsələsi ilə bağlı qanunla müəyyən olunmuş müddətdə araşdırma hələ başa çatmadığından və dairə seçki komissiyasının qəbul edəcəyi qərarından Mərkəzi Seçki Komissiyasına şikayət daxil olmadığından ərizəçinin bu tələblərinin təmin edilməsi mümkün deyil.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə qeydə alınmış "AXCP-Müsavat" siyasi partiyalar bloku tərəfindən 113 saylı Şəki şəhər seçki dairəsindən namizədliyi irəli sürülmüş Kərimov Sahib Fərman oğlunun 9 oktyabr 2010-cu il tarixli 84 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
{nl}
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Oktay Hümbətli, Mikayıl Rəhimov, Arifə Muxtarova
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2010-cu il tarixli 64 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Vətəndaş Muradəliyev Rəşad Fazil oğlu 2010-cu il oktyabrın 8-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 57 saylı Kürdəmir seçki dairəsinin dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydə alınması ilə əlaqədar imza vərəqələrini ala bilmədiyini bildirib, qanunla müəyyən edilmiş qaydada müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma nəticəsində və əldə olunmuş sübutlarla müvafiq dairə seçki komissiyasının iddia edilən qanunsuz hərəkətsizliyi öz təsdiqini tapmamışdır.
Belə ki, müəyyən olunmuşdur ki, vətəndaş Muradəliyev Rəşad Fazil oğlu namizədliyinin irəli sürülməsi üçün sənədlərini 7 oktyabr 2010-cu il tarixində saat 18.00-da 57 saylı Kürdəmir seçki dairəsinin dairə seçki komissiyasına təqdim etmişdir. Vaxtın məhdudluğunu nəzərə alaraq dairə seçki komissiyası vətəndaş R.Muradəliyevin öhdəlik ərizəsində olan məlumatları yoxlamaq üçün dərhal tədbirlər görmüş, o cümlədən Daxili İşlər Nazirliyinin İnformatika İdarəsinə faksla müraciət etmişdir. Lakin, vaxt azlığından məlumatların yoxlanması başa çatmadığı üçün R.Muradəliyevin namizədliyinin irəli sürülməsini qanunla müəyyən edilmiş vaxtda, yəni 2010-cu il oktyabrın 8-i saat 18.00-dək təsdiq etmək mümkün olmamışdır. Həmçinin, dairə seçki komissiyası tərəfindən vətəndaş R.Muradəliyevin nəzərinə çatdırılmışdır ki, Seçki Məcəlləsinin 56.1-ci maddəsinə əsasən öz təşəbbüsü ilə irəli sürülən namizədlərin müdafiəsi məqsədi ilə seçici imzalarının toplanması onun namizədliyinin irəli sürülməsini təsdiq edən qərarın qəbul edildiyi gündən başlanır və səsvermə gününə 30 gün qalmış, yəni 2010-cu il oktyabrın 8-i saat 18.00-da başa çatır. Göstərilən səbəblərdən müraciət əsassız hesab edilərək təmin olunmamalıdır.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 53.6-cı maddəsinə və " Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların öz təşəbbüsü ilə deputatlığa namizədliyinin irəli sürülməsi, seçicilərin təşəbbüs qruplarının yaradılması və onlar tərəfindən deputatlığa namizədin irəli sürülməsi qaydaları haqqında Təlimat"ın 2.6-cı bəndinə əsasən dairə seçki komissiyası daxil olmuş sənədlərə 5 gün müddətində baxır, namizədə və ya onun səlahiyyətli nümayəndəsinə namizədliyinin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə qərar təqdim edir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. Vətəndaş Muradəliyev Rəşad Fazil oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2010-cu il tarixli 64 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı, Oktay Hümbətli, Mikayıl Rəhimov, Gülağa Aslanlı, Arifə Muxtarova
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2010-cu il tarixli 73 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
"Demokratiya" siyasi partiyaların bloku tərəfindən 112 saylı Qax seçki dairəsindən namizədliyi irəli sürülən Qadaşlı Məhəmməd Allahyar oğlu Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, müvafiq seçki komissiyasına təqdim olunmuş 12 imza vərəqindən yalnız 10-unun müddəti gecikdirilməklə, yəni təhvil verildiyi 7 oktyabr 2010-cu ildə deyil, ertəsi günü qəbul edildiyini, namizədin xeyrinə imza vermiş Marsan kənd sakinləri Hafiz İmaməliyevə, Səbuhi və Elmir Harunovlara, habelə onların ailə üzvlərinə qarşı kənd ərazi icra nümayəndəsi Ə.Mirzəyev və Marsan kənd orta məktəbinin direktoru S.Nəcirov tərəfindən təzyiqlər göstərildiyini, səlahiyyətli nümayəndəyə qarşı dairə seçki komissiyası sədrinin kobudluq etdiyini bildirir və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş edir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma nəticəsində, habelə əldə olunmuş sübutlarla müvafiq seçki komissiyasına təqdim olunmuş imza vərəqlərinin tam və vaxtında qəbul edilməməsi, eləcə də 102 saylı Qax seçki dairəsi dairə seçki komissiyasının sədri A. Əliyev tərəfindən səlahiyyətli nümayəndə A.Qadaşova qarşı kobudluq edilməsi ilə bağlı iddia olunan hallar öz təsdiqini tapmamışdır.
Belə ki, deputatlığa namizədin səlahiyyətli nümayəndəsinə akt əsasında verilmiş 10 ədəd imza vərəqindən 2-si imzatoplma zamanı korlandığından dairə seçki komissiyasına edilən müraciət əsasında onlara əlavə olaraq 2 ədəd imza vərəqi verilmiş və seçki sənədləri müvafiq seçki komissiyasına təqdim olunarkən korlanmış vərəqlər onların arasında olmamışdır.
Bundan əlavə, deputatlığa namizəd M.Qadaşovun səlahiyyətli nümayəndəsi Allahyar Qadaşov da ona qarşı dairə seçki komissiyasının sədri tərəfindən ərizədə iddia olunan kobudluğu inkar etmişdir.
Beləliklə, 112 saylı Qax seçki dairəsi dairə seçki komissiyasının qanunsuz hərəkəti və hərəkətsizliyi ilə baglı ərizədə irəli sürülmüş iddialar öz təsdiqini tapmamışdır. Göstərilən səbəblərdən müraciət dairə seçki komissiyası sədrinin qanunsuz hərəkət və hərəkətsizliyi ilə bağlı hissədə əsassız olduğundan təmin edilməməli, həmçinin adları çəkilən vətəndaşlara qarşı qanunsuz təzyiqlərin göstərilməsi ilə bağlı hissəsində isə aidiyyət qaydalarının pozulması ilə daxil olduğundan aidiyyəti üzrə baxılması üçün 102 saylı Qax seçki dairəsinin dairə seçki komissiyasına göndərilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. "Demokratiya" siyasi partiyaların bloku tərəfindən 112 saylı Qax seçki dairəsindən namizədliyi irəli sürülən Qadaşlı Məhəmməd Allahyar oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2010-cu il tarixli 73 saylı müraciəti dairə seçki komissiyası sədrinin qanunsuz hərəkət və hərəkətsizliyi ilə bağlı hissədə əsassız olduğundan təmin edilməsin.
2. Müraciət təzyiqlərin göstərilməsi ilə bağlı hissədə aidiyyət qaydalarının pozulması ilə daxil olduğundan aidiyyəti üzrə baxılması üçün 102 saylı Qax seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
{nl}
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Oktay Hümbətli, Arifə Muxtarova
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2010-cu il tarixli 85 saylı şikayətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 11 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi Klassik Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Əbil Bəybala Əlibala oğlu Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edərək ona qanunsuz təşviqat materiallarının yayılması ilə əlaqədar xəbərdarlıq edilməsi barədə 11 saylı Qaradağ seçki dairəsinin dairə seçki komissiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Şikayətin araşdırılmasında və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmasında deputatlığa namizəd Əbil Bəybala Əlibala oğlunun iştirakı təmin edilmişdir.
Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyasının məsələ ilə bağlı hərəkətləri və qəbul etdiyi qərar seçki qanunvericiliyinin tələblərinə uyğun olmuş və mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsas yoxdur. Bu səbəbdən də şikayətçinin tələbi əsassız olduğundan təmin edilməməlidir.
Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 4 oktyabr 2010-cu ildə Qaradağ rayonu Qızıldaş qəsəbəsində deputatlığa namizəd Əbil Bəybala Əlibala oğlunun seçkiqabağı təşviqatla bağlı plakatlarının yayılması barədə bir qrup qəsəbə sakini tərəfindən dairə seçki komissiyasına edilmiş müraciətin araşdırılması ilə fakt öz təsdiqini tapmışdır və təşviqat plakatlarının deputatlığa namizəd B.Ə.Əbilə məxsus olduğu, onların vaxtından əvvəl yayılmasının isə Seçki Məcəlləsinin 75.2-ci maddəsinin tələblərinə zidd olduğu müəyyən edilmişdir. Bunu əsas götürən 11 saylı Qaradağ seçki dairəsinin dairə seçki komissiyası deputatlığa namizəd barəsində Azərbaycan Respublikası Seçki Məcəlləsinin 113.2.2-ci maddəsində nəzərdə tutulan sanksiyanı tətbiq etmiş və dairə seçki komissiyasının 4 oktyabr 2010-cu il tarixli 13/38 saylı qərarı ilə dairə ərazisində təşviqat dövründən əvvəl seçkiqabağı təşviqat materiallarının yayılması ilə əlaqədar ona xəbərdarlıq edilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 32.2.4-cü maddəsinin tələbinə görə dairə seçki komissiyası seçki dairəsinin ərazisində bütün namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları üçün bu məcəllə ilə müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə əməl olunmasını təmin edir.
Həmin məcəllənin 75.2-ci maddəsində göstərilir ki, seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat" ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə deputatlığa namizəd Əbil Bəybala Əlibala oğlunun 11 saylı Qaradağ seçki dairəsinin dairə seçki komissiyasının 4 oktyabr 2010-cu il tarixli 13/38 saylı qərarının ləğv edilməsinə dair Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2010-cu il tarixli 85 saylı şikayəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
{nl}
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Arifə Muxtarova
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2010-cu il tarixli 79 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hacızadə Cəmil Malik oğlu 2010-cu il oktyabrın 9-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək ona vaxtından əvvəl seçkiqabağı təşviqata başlaması ilə əlaqədar xəbərdarlıq edilməsi haqqında 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi dairə seçki komissiyasının 2 oktyabr 2010-cu il tarixli 16/56 saylı Qərarının qanunsuz və əsassız olduğunu bildirib, həmin qərarın ləğv olunmasını xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, deputatlığa namizəd C.M.Hacızadənin vaxtından əvvəl qanunsuz seçkiqabağı təşviqata başlaması haqqında müraciətlər daxil olduqdan sonra həmin dairə seçki komissiyasının ekspert qrupunun üzvü tərəfindən qanunla müəyyən olunmuş qaydada və müddətdə araşdırma aparılmış və nəticədə seçki dairəsi ərazisindəki bir sıra yaşayış məntəqələrində yayılan təşviqat plakatlarının deputatlığa namizəd C.Hacızadəyə məxsus olduğu, onların vaxtından əvvəl yayılmasının isə Seçki Məcəlləsinin 75.2-ci maddəsinin tələblərinə zidd olduğu müəyyən edilmişdir. Bunu əsas götürən 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin dairə seçki komissiyası deputatlığa namizəd barəsində Azərbaycan Respublikası Seçki Məcəlləsinin 113.2.2-ci maddəsində nəzərdə tutulan sanksiyanı tətbiq etmişdir. Bu səbəbdən müraciət əsassız hesab edilərək təmin olunmamalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. Vətəndaş Cəmil Məlik oğlu Hacızadənin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2010-cu il tarixli 79 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
{nl}
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Oktay Hümbətli, Arifə Muxtarova
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.