2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 oktyabr 2010-cu il tarixli 59 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Məmmədova Südabə Bəhrəm qızının namizədliyini 59 saylı Salyan seçki dairəsindən irəli sürən Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Fərhad Əliyev 2010-cu il oktyabrın 7-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək müvafiq dairə seçki komissiyasının sədri, üzvləri və katibi tərəfindən namizədə qarşı təzyiqlərin edildiyini, onun adından təqdim olunan seçki sənədlərinin saxtalaşdırıldığını, dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydə alınmasından imtina edilməsi barəqə Qərarın ona şifahi elan olunduğunu bildirib, həmin Qərarın ləğv olunmasını xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma nəticəsində və əldə olunmuş sübutlarla 59 saylı Salyan seçki dairəsi dairə seçki komissiyasının sədri, üzvləri və katibi tərəfindən namizədə qarşı təzyiqlərin edilməsi, onun adından təqdim olunan seçki sənədlərinin saxtalaşdırılması ilə bağlı iddia olunan hallar öz təsdiqini tapmamışdır. Şikayətçinin müvafiq dairə seçki komissiyasının qərarı ilə bağlı tələbinə gəldikdə isə, deputatlığa namizəd Südabə Məmmədovanın 59 saylı Salyan seçki dairəsinə təqdim etdiyi imza vərəqələrinin dairə seçki komissiyasının işçi qrupu tərəfindən 05 oktyabr 2010-cu il tarixdən yoxlanıldığı, yoxlamanın hazırda da davam etməsi və dairə seçki komissiyasının bununla bağlı hələ də heç bir qərar qəbul etməməsi müəyyən olunmuşdur. Göstərilən səbəblərdən şikayətçinin müraciəti əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimat"ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Fərhad Əliyevin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 oktyabr 2010-cu il tarixli 59 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı, Oktay Hümbətli, Mikayıl Rəhimov, Arifə Muxtarova
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2010-cu il tarixli 69 saylı və 9 oktyabr 2010-cu il tarixli 87 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyi öz təşəbbüsü ilə irəli sürülərək qeydə alınmış Abbasov Mirəhməd İbrahim oğlu 2010-cu il oktyabrın 8-də və 9-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına eyni məzmunlu yazılı müraciət edərək, 15 saylı Yasamal birinci seçki dairəsi üzrə onun namizədliyi qeydə alındıqdan sonra ona qarşı qanunsuz təzyiqlər olunduğunu bildirmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, eyni məzmunlu müraciətlər olduğundan bir icraatda birləşdirilmiş, müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma nəticəsində müraciətlərin Seçki Məcəlləsinin və müvafiq təlimatın aidiyyətə dair tələblərinin pozulması ilə daxil olması müəyyən edildiyindən onlar, araşdırılması üçün aidiyyəti üzrə səlahiyyətli dairə seçki komissiyasına göndərilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 32.2.4-cü maddəsinin tələbinə görə dairə seçki komissiyası seçki dairəsinin ərazisində bütün namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları üçün bu məcəllə ilə müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə əməl olunmasını təmin edir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə və aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə qeydə alınmış namizəd Abbasov Mirəhməd İbrahim oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2010-cu il tarixli 69 saylı və 9 oktyabr 2010-cu il tarixli 87 saylı müraciətləri aidiyyəti üzrə baxılması üçün 15 saylı Yasamal birinci seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı, Oktay Hümbətli, Mikayıl Rəhimov, Gülağa Aslanlı, Arifə Muxtarova
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2010-cu il tarixli 67 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ağayev Ələsgər Xaliq oğlu 2010-cu il oktyabrın 7-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizədliyinin geri götürməsi ilə əlaqədar ona qarşı təzyiqlərin edilməsi, bu barədə müvafiq dairə seçki komissiyasına dəfələrlə müraciət etməsinə baxmayaraq onun qanuni tələbinin təmin edilmədiyini bildirib, qanuna müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma nəticəsində və əldə olunmuş sübutlarla müvafiq dairə seçki komissiyasının iddia edilən qanunsuz hərəkətsizliyi öz təsdiqini tapmamışdır. Əlavə olaraq o da müəyyən olunmuşdur ki, deputatlığa namizəd Ağayev Ələsgər Xaliq oğlunun imza vərəqələri hazırda 5 oktyabr 2010-cu il tarixdən müvafiq dairə seçki komissiyasının işçi qrupu tərəfindən yoxlanılmaqdadır. Göstərilən səbəblərdən müraciət əsassız hesab edilərək təmin olunmamalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. Vətəndaş Ağayev Ələsgər Xaliq oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2010-cu il tarixli 67 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Arifə Muxtarova
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2010-cu il tarixli 88 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Şamaxı rayon I Çaylı kənd sakini Nağıyev Cəfər Musa oğlu 9 oktyabr 2010-cu il tarixdə Mərkəzi Seçki Komissiyasına müraciət edərək 85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Vəfalı Fətullayevin namizədliyinin qeydə alınması üçün təqdim etdiyi sənədlərin saxta olduğunu iddia edib, həmin sənədlərin obyektiv yoxlanılmasını xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması nəticəsində Seçki Məcəlləsinin və müvafiq təlimatın aidiyyətə dair tələblərinin pozulması ilə daxil olması müəyyən edildiyindən o, araşdırılması üçün aidiyyəti üzrə səlahiyyətli dairə seçki komissiyasına göndərilməlidir. Belə ki, hazırda 85 saylı Şamaxı seçki dairəsində deputatlığa namizəd Vəfalı Fətullayevin namizədliyinin qeydə alınması məsələsinə baxılır və onun namizədliyinin qeydə alınıb - alınmaması barədə qərar qəbul edilməmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 32.2.1-ci və 32.2.4-cü maddəsinə əsasən seçki dairəsi üzrə təşviqat subyektləri üçün bərabər seçkiqabağı fəaliyyətin həyata keçirilməsinə müvafiq dairə seçki komissiyaları nəzarət edir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə və aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aiddiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. Vətəndaş Nağıyev Cəfər Musa oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2010-cu il tarixli 88 saylı müraciəti aidiyyəti üzrə baxılması üçün 85 saylı Şamaxı seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı, Oktay Hümbətli, Mikayıl Rəhimov, Gülağa Aslanlı, Arifə Muxtarova
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2010-cu il tarixli 72 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
"AXCP-Müsavat" blokundan 29 saylı Səbail seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Həsən Hüseyn oğlu Kərimov 8 oktyabr 2010-cu il tarixdə Mərkəzi Seçki Komissiyasına müraciət edərək Səbail rayon 19 saylı MİS-in və polis idarəsinin əməkdaşları tərəfindən onun xeyrinə imza vermiş şəxslərə təzyiqlər edildiyini bildirib, bununla bağlı qanunauyğun tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində məlum olmuşdur ki, eyni məzmunlu və xarakterli müraciətə 29 saylı Səbail dairə seçki komissiyasında baxılmış, müvafiq qərar qəbul edilmişdir.
Qeyd olunanlara əsasən həmin müraciətin baxılmasına xitam verilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. "AXCP-Müsavat" blokundan 29 saylı Səbail seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş H.Kərimovun eyni məzmunlu müraciəti üzrə dairə seçki komissiyası tərəfindən müvafiq qərar qəbul edildiyindən Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2010-cu il tarixli 72 saylı müraciətinin baxılmasına xitam verilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov,Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı, Oktay Hümbətli, Arifə Muxtarova
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2010-cu il tarixli 62 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Klassik Xalq Cəbhəsi Partiyasının maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi Ələkbərov Telman Zaman oğlu Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, həmin partiyanın 103 saylı Gədəbəy seçki dairəsi üzrə namizədi Musayev Kamal Gürzalı oğlunun imza vərəqələri və digər seçki sənədlərinin həmin seçki komissiyasının sədri X.Xudaverdiyev tərəfindən qeydiyyat sənədlərinin təqdim edilməsi üçün müəyyən olunmuş müddət ərzində qəbul edilmədiyini bildirmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma nəticəsində müəyyən olunmuşdur ki, seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq namizəd siyasi partiya və ya siyasi partiyalar bloku tərəfindən irəli sürülərkən imza vərəqələrini və qeydiyyat üçün zəruri olan digər sənədləri siyasi partiyaların, siyasi partiya bloklarının səlahiyyətli nümayəndələri təqdim etməli olduğu halda, KXCP-nin maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi Telman Zaman oğlu Ələkbərov buna hüququ olmadan namizədin qeydiyyatı sənədlərinin tam olmayan bir hissəsini dairə seçki komissiyasına təqdim etməyə cəhd göstərmişdir. Dairə seçki komissiyasında ona qanunun bu tələbi izah edilsə də ərizəçi bunu qəbul etməmişdir.
Eyni zamanda, T. Ələkbərovun dairə seçki komissiyasına təqdim etmək istədiyi sənədlərin tam olmadığı da müəyyən olunmuşdur. Belə ki, deputatlığa namizəd Musayev Kamal Gürzalı oğlu imzaların toplanmasını şəxsən özü həyata keçirmiş və Telman Ələkbərovun müvafiq dairə seçki komissiyasına müraciət etdiyi zaman hələ bu prosesi başa çatdırmamışdır. Ərizədə iddia edildiyi kimi dairə seçki komissiyasının təqsiri üzündən deyil, göstərilən səbəblərdən namizədin imza vərəqələrinin və digər sənədlərinin 103 saylı Gədəbəy seçki dairəsinin dairə seçki komissiyasına vaxtında təqdim edilməsi mümkün olmadığından dairə seçki komissiyasının qanunsuz hərəkətsizliyi ilə bağlı irəli sürülmüş iddialar öz təsdiqini tapmamışdır.
Göstərilən səbəblərdən şikayətçinin müraciəti əsassız hesab edilərək təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. Klassik Xalq Cəbhəsi Partiyasının maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi Ələkbərov Telman Zaman oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2010-cu il tarixli 62 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov,Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Oktay Hümbətli, Mikayıl Rəhimov, Gülağa Aslanlı, Arifə Muxtarova
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2010-cu il tarixli 78 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
14 saylı Xəzər ikinci seçki dairəsindən deputatlığa namizədliyi "AXCP-Müsavat" siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş Dadaşzadə Hacı Əmrulla Hacı Balahüseyn oğlu 2010-cu il oktyabrın 9-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizədliyinin təsdiq olunması üçün müvafiq dairə seçki komissiyasına təqdim etdiyi imza vərəqələrinin qanunsuz olaraq yerli icra hakimiyyəti orqanlarına ötürüldüyünü və bunun nəticəsində onun xeyrinə imza verən vətəndaşların imzalarından imtinaya məcbur etmək məqsədilə onlara həmin orqanların nümayəndələri tərəfindən təzyiqlərin və hədə-qorxuların edildiyini bildirib, qanuna müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma nəticəsində və əldə olunmuş sübutlarla müəyyən olunmuşdur ki, deputatlığa namizəd Hacı Əmrulla Dadaşzadənin imza vərəqələri 8 oktyabr 2010-cu il tarixdə 14 saylı Xəzər ikinci seçki dairəsinin dairə seçki komissiyasına təqdim edildikdən dərhal sonra yoxlanılması və müvafiq rəyin verilməsi üçün dairə seçki komissiyası nəzdində yaradılan işçi qrupuna verilmişdir. Hazırda da həmin sənədlər işçi qrupu tərəfindən yoxlanılmaqdadır. İmza vərəqələrinin yoxlanıldığı müddət ərzində onlar dairə seçki komissiyasının binası hüdudlarında saxlanılmış və bu sənədlərlə tanış olmaq hüququ olmayan digər şəxslərə verilməmişdir. Beləliklə, 14 saylı Xəzər ikinci seçki dairəsinin dairə seçki komissiyasının qanunsuz hərəkətləri ilə bağlı iddia öz təsdiqini tapmamışdır. Göstərilən səbəblərdən müraciət əsassız hesab edilərək təmin olunmamalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. AXCP-Müsavat siyasi partiyalar bloku tərəfindən deputatlığa namizədliyi 14 saylı Xəzər ikinci seçki dairəsi üzrə irəli sürülmüş Dadaşzadə Hacı Əmrulla Hacı Balahüseyn oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2010-cu il tarixli 78 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov,Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Oktay Hümbətli, Mikayıl Rəhimov, Arifə Muxtarova
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 60, 61, 63, 65, 66 və 70 saylı müraciətlərin araşdırılması müddətinin uzadılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə əlaqədar bəzi qanun pozuntularının baş verməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına 60, 61, 63, 65, 66 və 70 saylı müraciətlər daxil olmuşdur.
Müraciətlərin araşdırılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvlərinə həvalə edilmişdir.
Müraciətlərlə bağlı əlavə araşdırmanın tələb olunduğunu əsas gətirərək, ekspert qrupunun üzvləri tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.10-cu maddəsinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 7.8-ci bəndinə uyğun olaraq araşdırma müddətinin uzadılması barədə vəsatətlər qaldırılmışdır.
Vəsatətlər əsaslı olduğundan, təmin edilməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 9.6-cı bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 60, 61, 63, 65, 66 və 70 saylı müraciətlərin araşdırılması müddəti uzadılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov,Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Akif Qurbantov, Oktay Hümbətli, Mikayıl Rəhimov, Gülağa Aslanlı, Arifə Muxtarova
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2010-cu il tarixli 68 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Klassik Xalq Cəbhəsi Partiyasından namizədliyi 59 saylı Salyan seçki dairəsindən irəli sürülmüş Hacıyev Vaqif Razaq oğlu 2010-cu il oktyabrın 8-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək müvafiq dairə seçki komissiyasından etibarlı hesab ediləcək imzaların yetərli olmadığı barədə şifahi şəkildə məlumat aldığını və bunun əsasında namizədliyinin qeydə alınmasından imtina ediləcəyini yəqin edərək, bununla əlaqədar qanunla nəzərdə tutulan tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 59 saylı Salyan seçki dairəsinin dairə seçki komissiyası 8 oktyabr 2010-cu il tarixli 15/83-1 saylı Qərarı ilə deputatlığa namizədliyi Klassik Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Hacıyev Vaqif Razaq oğlunun namizədliyini qeydə almışdır. Buna əsasən müraciətdə göstərilən mübahisə predmeti aradan qalxdığına görə onun baxılmasına xitam verilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. Klassik Xalq Cəbhəsi Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Hacıyev Vaqif Razaq oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2010-cu il tarixli 68 saylı müraciətinin araşdırılması prosesində mübahisə predmeti aradan qalxdığına görə müraciətin baxılmasına xitam verilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov,Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Akif Qurbanov, Almas Qəhramanlı, Oktay Hümbətli, Mikayıl Rəhimov, Gülağa Aslanlı, Arifə Muxtarova
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.