Qərarlar

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 oktyabr 2010-cu il tarixli 57 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsində "AXCP-Müsavat" siyasi partiyalar blokundan deputatlığa namizəd Məmməd Zeynalov Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, namizəd olduğu seçki dairəsinin ərazisində onun xəbəri olmadan şəkli həkk olunmuş təşviqat materialları yayıldığını bildirmiş və bu cinayət xarakterli materialların prokurorluq orqanlarına göndərilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Müraciətin ilkin araşdırılması ilə müəyyən edilmişdir ki, müraciət Seçki Məcəlləsinin və təlimatın aidiyyət məsələlərinə dair tələblərinin pozulması ilə daxil olmuşdur və ona görə də araşdırılması üçün aidiyyəti üzrə müvafiq dairə seçki komissiyasına göndərilməlidir. Belə ki, Məcəllənin 32.2.4-cü maddəsinin tələbinə görə dairə seçki komissiyası seçki dairəsinin ərazisində bütün namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları üçün bu məcəllə ilə müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə əməl olunmasını təmin edir.
Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda adı çəkilən Təlimatın 8.6-cı bəndinə əsasən əgər şikayət və ya müraciət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə və aidiyyat qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizəd Məmməd Zeynalovun Mərkəsi Seçki Komissiyasına daxil olmuş 7 oktyabr 2010-cu il tarixli 57 saylı müraciəti aidiyyəti üzrə baxılması üçün 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı, Oktay Hümbətli, Mikayıl Rəhimov, Gülağa Aslanlı, Arifə Muxtarova

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2010-cu il tarixli 49 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
"AXCP-Müsavat" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Natiq Ədilov Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə "AXCP-Müsavat" siyasi partiyalar bloku tərəfindən 49 saylı Yevlax-Migəçevir seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Asif Məmmədova verilmiş 10 ədəd imza vərəqindən 3-nün texniki səbəblərdən korlandığını, əlavə imza vərəqəsi almaq üçün müvafiq dairə seçki komissiyasına müraciət etsə də, onun xahişinin təmin olunmadığını bildirib, bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Müraciətin ilkin araşdırılması ilə müəyyən edilmişdir ki, 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizəd Asif Məmmədova onun namizədliyi təsdiq edildikdən sonra 24 sentyabr 2010-cu ildə 49 saylı Yevlax-Mingəçevir seçki dairəsinin dairə seçki komissiyası tərəfindən qarşılıqlı razılıq əsasında 10 ədəd imza vərəqi verilmişdir. İmzatoplama prosesində həmin vərəqlərdən 3-ü korlandığı üçün A. Məmmədov 49 saylı Yevlax-Mingəçevir seçki dairəsinin dairə seçki komissiyasına telefon vasitəsilə bu barədə məlumat vermiş, əlavə olaraq ona imza vərəqi verilməsini xahiş etmiş, lakin sonradan həmin vərəqləri götürməkdən yayınmışdır.
Dairə seçki komissiyasından "AXCP-Müsavat" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Natiq Ədilovla telefon əlaqəsi saxlanılaraq, deputatlığa namizəd A. Məmmədov üçün ayrılmış əlavə imza vərəqlərinin götürülməsi təklif olunsa da, o, uzaqda olduğundan gəlmək imkanının olmadığını bildirmişdir. Belə olduqda, dairə seçki komissiyası namizədlə əlaqə yaratmağa çalışmış, lakin buna cəhdlər bir neçə dəfə mümkün olmamış, yalnız 8 oktyabr 2010-cu il saat 14.40 radələrində deputatlığa namizədlə telefon danışığı baş tutmuşdur. Dairə seçki komissiyasından ona müraciətində göstərilən sayda imza vərəqi ayrılması barədə məlumat verilmiş, lakin o, həmin vərəqləri götürməkdən imtina etmişdir.
Araşdırma zamanı həmçinin müəyyən olunmuşdur ki, A. Məmmədov imza vərəqələrini və digər seçki sənədlərini hələ də müvafiq dairə seçki komissiyasına təqdim etməmişdir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-ə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə "AXCP-Müsavat" siyasi partiyalar blokunun 49 saylı Yevlax-Mingəçevir seçki dairəsində namizədi Asif Məmmədovun Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına 6 oktyabr 2010-cu il tarixli 49 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı, Oktay Hümbətli, Mikayıl Rəhimov, Arifə Muxtarova

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2010-cu il tarixli 51 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
11 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Xanaliyev Tahir Məhəmməd oğlu 2010-cu il oktyabrın 6-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək ona vaxtından əvvəl seçkiqabağı təşviqata başlaması ilə əlaqədar xəbərdarlıq edilməsi haqqında 11 saylı Qaradağ seçki dairəsi dairə seçki komissiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının qanunsuz və əsassız olduğunu bildirib, həmin qərarın ləğv olunmasını xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, deputatlığa namizəd T.M.Xanaliyevin vaxtından əvvəl qanunsuz seçkiqabağı təşviqata başlaması haqqında müraciətlər daxil olduqdan sonra həmin dairə seçki komissiyasının ekspert qrupunun üzvü tərəfindən qanunla müəyyən olunmuş qaydada və müddətdə araşdırma aparılmış və nəticədə seçki dairəsi ərazisindəki bir sıra yaşayış məntəqələrində yayılan təşviqat plakatlarının deputatlığa namizəd T. Xanaliyevə məxsus olduğu, onların vaxtından əvvəl yayılmasının isə Seçki Məcəlləsinin 75.2-ci maddəsinin tələblərinə zidd olduğu müəyyən edilmişdir. Bunu əsas götürən 11 saylı Qaradağ seçki dairəsinin dairə seçki komissiyası deputatlığa namizəd barəsində Azərbaycan Respublikası Seçki Məcəlləsinin 113.2.2-ci maddəsində nəzərdə tutulan sanksiyanı tətbiq etmişdir. Bu səbəbdən müraciət əsassız hesab edilərək təmin olunmamalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. Vətəndaş Xanaliyev Tahir Məhəmməd oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2010-cu il tarixli 51 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Oktay Hümbətli, Mikayıl Rəhimov, Arifə Muxtarova

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 39, 40, 41, 42, 43, 45 və 52 saylı müraciətlərin araşdırılması müddətinin uzadılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə əlaqədar bəzi qanun pozuntularının baş verməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına 39, 40, 41, 42, 43, 45 və 52 saylı müraciətlər daxil olmuşdur.
Müraciətlərin araşdırılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvlərinə həvalə edilmişdir.
Müraciətlərlə bağlı əlavə araşdırmanın tələb olunduğunu əsas gətirərək, ekspert qrupunun üzvləri tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.10-cu maddəsinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 7.8-ci bəndinə uyğun olaraq araşdırma müddətinin uzadılması barədə vəsatətlər qaldırılmışdır.
Vəsatətlər əsaslı olduğundan, təmin edilməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 9.6-cı bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 39, 40, 41, 42, 43, 45 və 52 saylı müraciətlərin araşdırılması müddəti uzadılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Akif Qurbanov, Almas Qəhramanlı, Oktay Hümbətli, Mikayıl Rəhimov, Gülağa Aslanlı, Arifə Muxtarova

{nl}

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 07 oktyabr 2010-cu il tarixli 55 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinin seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülərək 81 saylı Beyləqan seçki dairəsinin dairə seçki komissiyasında qeydə alınmış Ayaz Orucov 2010-cu il oktyabrın 07-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, həmin dairə üzrə namizəd Abbas Tapdığın "Paralel" qəzetində 2010-cu il oktyabrın 5-də onun haqqında böhtan xarakterli məlumatlar yazdığını bildirmiş, bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma nəticəsində müraciətin Seçki Məcəlləsinin və müvafiq təlimatın aidiyyata dair tələblərinin pozulması ilə daxil olması müəyyən edildiyindən o, araşdırılması üçün aidiyyəti üzrə səlahiyyətli dairə seçki komissiyasına göndərilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 32.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq dairə seçki komissiyası Milli Məclis deputatlarının seçkilərinin hazırlanması və keçirilməsi zamanı bir sıra səlahiyyətləri həyata keçirməklə yanaşı birmandatlı seçki dairəsi üzrə namizədləri, onların səlahiyyətli nümayəndələrini, vəkil edilmiş şəxslərini qeydə alır, onlara Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirildiyi nümunədə vəsiqə verir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə və aidiyyat qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aiddiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-ə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinin seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Ayaz Orucovun Mərkəzi Seçki Komissiyasına 07 oktyabr 2010-cu il tarixində daxil olmuş 55 saylı müraciəti aidiyyəti üzrə baxılması üçün 81 saylı Beyləqan seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı, Oktay Hümbətli, Mikayıl Rəhimov, Gülağa Aslanlı, Arifə Muxtarova{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 07 oktyabr 2010-cu il tarixli 56 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
17 saylı Yasamal III seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Bəhramova Güllər Xubyar qızı 2010-cu il oktyabrın 7-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizədliyinin qeydə alınmayacağından narahatçılığını ifadə edərək bununla bağlı müvafiq tədbir görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, namizəd Güllər Bəhramova namizədliyinin qeydə alınmasından ötrü imza vərəqələrini və digər sənədləri 06 oktyabr 2010-cu il tarixdə dairə seçki komissiyasına təhvil vermişdir. G.Bəhramovanın namizədliyinin qeydə alınması məsələsinə hazırda Seçki Məcəlləsinin tələblərinə uyğun qaydada və müddətdə baxılmaqdadır.
Müraciətdə göstərilən mübahisə predmeti aşkar olmadığına görə onun baxılmasına xitam verilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. Namizəd Bəhramova Güllər Xubyar qızının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 07 oktyabr 2010-cu il tarixli 56 saylı müraciətinin araşdırılması zamanı mübahisə predmeti aşkar olmadığına görə müraciətin baxılmasına xitam verilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı, Oktay Hümbətli, Mikayıl Rəhimov, Gülağa Aslanlı, Arifə Muxtarova

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında