Qərarlar

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 oktyabr 2010-cu il tarixli 34 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
210-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə qeydə alınmış "İslahat Bloku" siyasi partiyalar blokunun 25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizədi Şükürlü Elxan Nəriman oğlu 2010-cu il oktyabrın 5-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına ünvanladığı yazılı müraciətində bildirmişdir ki, həmin dairədən namizədliyi "AXCP-Müsavat" seçki bloku tərəfindən irəli sürülmüş Abbasov Rauf Arif oğlu qanunla müəyyən edilmiş qaydada seçkiqabağı təşviqat müddəti başlamamışdan dairə ərazisindəki seçicilərlə kütləvi görüş keçirmiş, təsisçisi olduğu qəzetin imkanlarından sui-istifadə edərək sentyabr ayı ərzində Nizami rayonunun 25 saylı seçki dairəsini əhatə edən ərazidə yaşayan əhali arasında aktiv seçki təbliğatı aparmış, özünün təşviqat materiallarını yaydırmış və digər namizədlər əleyhinə böhtan xarakterli antitəbliğat fəaliyyəti həyata keşirmişdir. Ona görə də "AXCP-Müsavat" seçki bloku tərəfindən 25 saylı Nizami ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Abbasov Rauf Arif oğlunun namizədliyinin ləğv edilməsi əsaslarının yaranmasını iddia edərək onun namizədliyinin qeydiyyatının ləğv olunmasını xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma nəticəsində müraciətin Seçki Məcəlləsinin və müvafiq təlimatın aidiyyata dair tələblərinin pozulması ilə daxil olması müəyyən edildiyindən o, araşdırılması üçün aidiyyatı üzrə səlahiyyətli dairə seçki komissiyasına göndərilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 32.2.4-cü maddəsinə əsasən seçki dairəsi üzrə təşviqat subyektləri üçün bərabər seçkiqabağı fəaliyyətin həyata keçirilməsinə müvafiq dairə seçki komissiyaları nəzarət edir.
Aərbaycan Respublikasının Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə və aidiyyat qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aiddiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə qeydə alınmış "İslahat Bloku" siyasi partiyalar blokunun 25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizədi Şükürlü Elxan Nəriman oğlunun Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına ünvanladığı 05 oktyabr 2010-cu il tarixli, 34 saylı müraciəti aidiyyatı üzrə baxılması üçün 25 saylı Nizami ikinci seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov,Ramiz İbrahimov,Validə Kazımova,Tofiq Həsənov,İlham Məmmədov,Nizami Nadirov,Azər Tağıyev,Tamam Cəfərova,Almas Qəhramanlı,Oktay Hümbətli

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2010-cu il tarixli 44 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak etmək məqsədilə yaradılmış və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında qeydə alınmış "AXCP-Müsavat" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Natiq Ədilov 2010-cu il oktyabrın 6-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 94 saylı Bərdə seçki dairəsindən deputatlığa namizəd Elnur Məcidlinin müdafiəsi üçün imzatoplama kampaniyasına yerli icra strukturları və polis əməkdaşları tərəfindən maneələr törəldildiyini, imza toplayan və imza verən şəxslərə qarşı psixoloji təzyiqlər göstərildiyini bildirib bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma nəticəsində müraciətin Seçki Məcəlləsinin və müvafiq təlimatın aidiyyata dair tələblərinin pozulması ilə daxil olması müəyyən edildiyindən o, araşdırılması üçün aidiyyatı üzrə səlahiyyətli dairə seçki komissiyasına göndərilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə və aidiyyat qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aiddiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-ə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə "AXCP-Müsavat" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Natiq Ədilovun Mərkəsi Seçki Komissiyasına daxil olmuş 06 oktyabr 2010-cu il tarixli 44 saylı müraciəti aidiyyatı üzrə baxılması üçün 94 saylı Bərdə kənd seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov,Ramiz İbrahimov,Validə Kazımova,Tofiq Həsənov,İlham Məmmədov,Nizami Nadirov,Azər Tağıyev,Tamam Cəfərova,Almas Qəhramanlı,Oktay Hümbətli

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 oktyabr 2010-cu il tarixli 32 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
82 saylı Ağcabədi seçki dairəsindən deputatlığa namizəd Nəcəfli Rəşid Mikayıl oğlu Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə həmin seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Tahir Rzayevin öz vəzifə səlahiyyətlərindən istifadə edərək, yerli orqanların köməyi ilə onun imza toplamaq kampaniyasına müdaxilə edilməsini, imza toplayan və imza verən şəxslərə təzyiqlər göstərildiyini iddia edərək, bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Müraciətin ilkin araşdırılması ilə müəyyən edilmişdir ki, müraciət Seçki Məcəlləsinin və təlimatın aidiyyat məsələlərinə dair tələblərinin pozulması ilə daxil olmuşdur və ona görə də araşdırılması üçün aidiyyatı üzrə DSK-na göndərilməlidir. Belə ki, Məcəllənin 31.1.2 və 32.2.4-cü maddəsinin tələbinə görə dairə seçki komissiyası seçki dairəsinin ərazisində bütün namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları üçün bu Məcəllə ilə müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə əməl olunmasını təmin edir.
Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda adı çəkilən Təlimatın 8.6-cı bəndinə əsasən əgər şikayət və ya müraciət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə və aidiyyat qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aiddiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-ə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə deputatlığa namizəd Nəcəfli Rəşid Mikayıl oğlunun 05 oktyabr 2010-cu il tarixli 32 saylı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciəti aidiyyəti üzrə baxılması üçün 82 saylı Ağcabədi dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov,Ramiz İbrahimov,Validə Kazımova,Tofiq Həsənov,İlham Məmmədov,Nizami Nadirov,Azər Tağıyev,Tamam Cəfərova,Akif Qurbanov,Almas Qəhramanlı,Oktay Hümbətli

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar daxil olmuş 5 oktyabr 2010-cu il tarixli 37 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə AXCP-Müsavat blokunun səlahiyyətli nümayəndəsi Natiq Ədilov 2010-cu il oktyabrın 5-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, AXCP-Müsavat seçki blokunun 67 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə deputatlığa namizədi Mirələmli Təzəxan Məhərrəm oğluna münasibətdə Seçki Məcəlləsinin tələblərinin pozulduğunu və seçkiqabağı təşviqatın başlanmasına xeyli vaxt qalmasına baxmayaraq həmin dairə üzrə deputatlığa namizədliyi YAP tərəfindən irəli sürülmüş Malik Həsənovun xeyrinə təşviqat aparıldığını, icra strukturunun əməkdaşları və bələdiyyə üzvləri tərəfindən namizədin müdafiəsi üçün imzaların toplanılmasına maneəçilik törədilməsini bildirib, müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır. Araşdırma tam, hərtərəfli, qərəzsiz, obyektiv aparılmış və müəyyən edilmişdir ki, müraciət Seçki Məcəlləsinin və təlimatın aidiyyat məsələlərinə dair tələblərinin pozulması ilə daxil olduğundan araşdırılması üçün aidiyyatı üzrə DSK-na göndərilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 32.2.4-cü maddəsinə əsasən seçki dairəsi üzrə təşviqat subyektləri üçün bərabər seçkiqabağı fəaliyyətin həyata keçirilməsinə müvafiq dairə seçki komissiyaları nəzarət edir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə və aidiyyat qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aiddiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-ə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə AXCP-Müsavat blokunun səlahiyyətli nümayəndəsi Natiq Ədilovun Mərkəsi Seçki Komissiyasına daxil olmuş 05 oktyabr 2010-cu il tarixli 37 saylı müraciəti aidiyyatı üzrə baxılması üçün 67 saylı Cəlilabad şəhər seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov,Ramiz İbrahimov,Validə Kazımova,Tofiq Həsənov,İlham Məmmədov,Nizami Nadirov,Azər Tağıyev,Tamam Cəfərova,Almas Qəhramanlı,Oktay Hümbətli

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2010-cu il tarixli 48 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
"AXCP-Müsavat" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Ədilov Natiq Güləhiməd oğlu Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 61 saylı Nefçala seçki dairəsindən həmin siyasi partiyalar blokundan irəli sürülmüş deputatlığa namizəd Əflatun Əhmədzadənin müdafiəsi üçün seçici imzalarının toplanmasına Neftçala rayonu Mayak kəndi inzibati ərazisi üzrə nümayəndəsi İmamnəzər Nağıyev tərəfindən qanunsuz müdaxilə edilməsini iddia edərək, bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Müraciətin ilkin araşdırılması ilə müəyyən edilmişdir ki, müraciət Seçki Məcəlləsinin və təlimatın aidiyyat məsələlərinə dair tələblərinin pozulması ilə daxil olmuşdur və ona görə də araşdırılması üçün aidiyyatı üzrə DSK-na göndərilməlidir. Belə ki, Məcəllənin 31.1.2 və 32.2.4-cü maddəsinin tələbinə görə dairə seçki komissiyası seçki dairəsinin ərazisində bütün namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları üçün bu Məcəllə ilə müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə əməl olunmasını təmin edir.
Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda adı çəkilən Təlimatın 8.6-cı bəndinə əsasən əgər şikayət və ya müraciət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə və aidiyyat qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aiddiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-ə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə "AXCP-Müsavat" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Ədilov Natiq Güləhməd oğlunun 06 oktyabr 2010-cu il tarixli 48 saylı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciəti aidiyyəti üzrə baxılması üçün 61 saylı Neftçala dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov,Ramiz İbrahimov,Validə Kazımova,Tofiq Həsənov,İlham Məmmədov,Nizami Nadirov,Azər Tağıyev,Tamam Cəfərova,Almas Qəhramanlı,Oktay Hümbətli

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 oktyabr 2010-cu il tarixli 31 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinin seçkiləri ilə əlaqədar AXCP-Müsavat siyasi partiyalar bloku tərəfindən 113 saylı Şəki şəhər seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Kərimov Sahib Fərman oğlu 2010-cu il oktyabrın 05-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, namizədliyi irəli sürüldüyü gündən başlayaraq icra orqanları və digər stukturlar tərəfindən onun maraqlarını pozmaqla seçki prosesinə müdaxilə etdiklərini bildirmiş və bununla əlaqədar müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma nəticəsində müraciətin Seçki Məcəlləsinin və müvafiq təlimatın aidiyyata dair tələblərinin pozulması ilə daxil olması müəyyən edildiyindən o, araşdırılması üçün aidiyyatı üzrə səlahiyyətli dairə seçki komissiyasına göndərilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 32.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq dairə seçki komissiyası Milli Məclis deputatlarının seçkilərinin hazırlanması və keçirilməsi zamanı bir sıra səlahiyyətləri həyata keçirməklə yanaşı birmandatlı seçki dairəsi üzrə namizədləri, onların səlahiyyətli nümayəndələrini, vəkil edilmiş şəxslərini qeydə alır, onlara Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirildiyi nümunədə vəsiqə verir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə və aidiyyat qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aiddiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-ə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinin seçkiləri ilə əlaqədar "AXCP-Müsavat" siyasi partiyalar bloku tərəfindən namizədliyi irəli sürülmüş Kərimov Sahib Fərman oğlunun Mərkəzi Seçki Komissiyasına 05 oktyabr 2010-cu il tarixində daxil olmuş 31 saylı müraciəti aidiyyatı üzrə baxılması üçün 113 saylı Şəki şəhər seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov,Ramiz İbrahimov,Validə Kazımova,Tofiq Həsənov,İlham Məmmədov,Nizami Nadirov,Azər Tağıyev,Tamam Cəfərova,Almas Qəhramanlı,Oktay Hümbətli

{nl}

Bəzi seçki dairələrinin dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:
1. Fuad Mayıl oğlu Zeynalov 58 saylı Hacıqabul - Kürdəmir, Əli Əliş oğlu Quliyev 119 saylı Ağdam kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
2. 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin yekunları müəyyən edilənə qədər Faiq Orduxan oğlu Orduxanov 45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsin.
3. Sevlan Bəxtiyar oğlu Səmədov 58 saylı Hacıqabul - Kürdəmir, Cavidan Atabəg oğlu Bayrəmov 72 saylı Yardımlı - Masallı, Fikrət Mütəllim oğlu İslamov 119 saylı Ağdam kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
4. 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin yekunları müəyyən edilənə qədər Ravil Zakir oğlu Cəbrayılov 45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsin.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov,Ramiz İbrahimov,Validə Kazımova,Tofiq Həsənov,İlham Məmmədov,Nizami Nadirov,Azər Tağıyev,Tamam Cəfərova,Akif Qurbanov,Almas Qəhramanlı,Oktay Hümbətli

{nl}

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2010-cu il tarixli 47 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-ə təyin edilmiş Milli Məclisinin seçkiləri ilə əlaqədar "AXCP-Müsavat" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Natiq Ədilov 2010-cu il oktyabrın 6-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, icra orqanları və digər stukturlar tərəfindən 64 saylı Sabirabad II seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Xaliq Hüseynovun imzatoplama kampaniyasına müdaxilə edilməsini bildirmiş və bununla əlaqədar müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma nəticəsində müraciətin Seçki Məcəlləsinin və müvafiq təlimatın aidiyyata dair tələblərinin pozulması ilə daxil olması müəyyən edildiyindən o, araşdırılması üçün aidiyyatı üzrə səlahiyyətli dairə seçki komissiyasına göndərilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 32.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq dairə seçki komissiyası Milli Məclis deputatlarının seçkilərinin hazırlanması və keçirilməsi zamanı bir sıra səlahiyyətləri həyata keçirməklə yanaşı birmandatlı seçki dairəsi üzrə namizədləri, onların səlahiyyətli nümayəndələrini, vəkil edilmiş şəxslərini qeydə alır, onlara Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirildiyi nümunədə vəsiqə verir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə və aidiyyat qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aiddiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-ə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinin seçkiləri ilə əlaqədar "AXCP-Müsavat" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Natiq Ədilovun Mərkəzi Seçki Komissiyasına 06 oktyabr 2010-cu il tarixində daxil olmuş 47 saylı müraciəti aidiyyatı üzrə baxılması üçün 64 saylı Sabirabad II seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov,Ramiz İbrahimov,Validə Kazımova,Tofiq Həsənov,İlham Məmmədov,Nizami Nadirov,Azər Tağıyev,Tamam Cəfərova,Almas Qəhramanlı,Oktay Hümbətli

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında