2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 oktyabr 2010-cu il tarixli 19 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəz

28 saylı Sabunçu III seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fuad Əliyevin səlahiyyətli nümayəndəsi Elnur Həsənov 2010-cu il oktyabrın 3-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək bildirmişdir ki, 01 oktyabr 2010-cu il tarixdə dairə seçki komissiyasından deputatlığa namizədin imza vərəqələrinin götürülməsinə baxmayaraq həmin məlumat Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinə göndərilməyib. Ərizəçi bu halı namizədlərin bərabərlik hüququnun pozulması kimi qiymətləndirərək, müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 4 oktyabr 2010-cu ildə səlahiyyətli nümayəndənin tələb etdiyi məlumat "Seçkilər" İnformasiya Mərkəzinin internet saytına yerləşdirilmişdir və bu səbəbdən də mübahisə predmeti aradan qalxdığına görə müraciətin baxılmasına xitam verilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. Səlahiyyətli nümayəndə Elnur Həsənovun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 oktyabr 2010-cu il tarixli 19 saylı müraciətinin araşdırılması prosesində mübahisə predmeti aradan qalxdığına görə müraciətin baxılmasına xitam verilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Akif Qurbanov, Almas Qəhramanlı, Oktay Hümbətli{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında