2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 01 oktyabr 2010-cu il tarixli 02 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyi 25 saylı Nizami ikinci seçki dairəsi üzrə AXCP-Müsavat siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş Abbasov Rauf Arif oğlu 01 oktyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, həmin seçki dairəsi üzrə deputatlığa namizədliyi YAP tərəfindən irəli sürülmüş Sədaqət Vəliyevanın adı çəkilən seçki dairəsinin ərazisində yaşayan bir qrup aztəminatlı vətəndaşlar üçün yemək mərasimi təşkil etməklə qanunsuz təşviqat apardığını bildirib, bununla bağlı müvafiq tədbir görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma nəticəsində müraciətin Seçki Məcəlləsinin və müvafiq təlimatın aidiyyata dair tələblərinin pozulması ilə daxil olması müəyyən edildiyindən o, araşdırılması üçün aidiyyatı üzrə səlahiyyətli dairə seçki komissiyasına göndərilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 32.2.4-cü maddəsinə əsasən seçki dairəsi üzrə təşviqat subyektləri üçün bərabər seçkiqabağı fəaliyyətin həyata keçirilməsinə müvafiq dairə seçki komissiyaları nəzarət edir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə və aidiyyat qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aiddiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-ə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizəd Abbasov Rauf Arif oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 01 oktyabr 2010-cu il tarixli 02 saylı müraciəti aidiyyatı üzrə baxılması üçün 25 saylı Nizami ikinci seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Almas Qəhramanlı, Oktay Hümbətli{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 01 oktyabr 2010-cu il tarixli 04 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar AXCP-Müsavat siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Nemət Kərimli 2010-cu il oktyabrın 01-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 95 saylı Tərtər seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Qabil Hüseynovun namizədliyinin qeydə alınması üçün imza verən şəxslərə icra orqanları tərəfindən təzyiqlər göstərilərək öz imzalarından imtina etmələrinin tələb olunduğunu bildirmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma nəticəsində müraciətin Seçki Məcəlləsinin və müvafiq təlimatın aidiyyata dair tələblərinin pozulması ilə daxil olması müəyyən edildiyindən o, araşdırılması üçün aidiyyatı üzrə səlahiyyətli dairə seçki komissiyasına göndərilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 32.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq dairə seçki komissiyası Milli Məclis deputatlarının seçkilərinin hazırlanması və keçirilməsi zamanı bir sıra səlahiyyətləri həyata keçirməklə yanaşı birmandatlı seçki dairəsi üzrə namizədləri, onların səlahiyyətli nümayəndələrini, vəkil edilmiş şəxslərini qeydə alır, onlara Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirildiyi nümunədə vəsiqə verir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə və aidiyyat qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aiddiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-ə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar AXCP-Müsavat siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Nemət Kərimlinin 01 oktyabr 2010-cu il tarixli 04 saylı müraciəti aidiyyatı üzrə baxılması üçün 95 saylı Tərtər seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Almas Qəhramanlı, Oktay Hümbətli
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 02 oktyabr 2010-cu il tarixli 16 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə qeydə alınmış "Qarabağ Bloku" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Süleyman Məmmədov 2010-cu il oktyabrın 2-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına ünvanladığı yazılı müraciətində "Unikal" qəzetinin 29 sentyabr 2010-cu il tarixli, 42-ci sayında "Qarabağ Bloku" siyasi partiyalar blokunun 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə vahid namizədi, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Məmmədov Sərdar Cəlal oğlunun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna zərbə vuran, onu nüfuzdan salmağa yönələn "Sərdar Cəlaloğlunun təzə siyasi gedişləri" sərlövhəli məqalə dərc edildiyini, göstərilənlərin heç bir həqiqətə söykənmədiyini, Məmmədov Sərdar Cəlal oğlunun seçkiqabağı nüfuzuna zərbə vurulması məqsədi güdüldüyünü, həmin məlumatın mətbuat haqqında qanunvericiliyin tələblərinə söykənmədən yayımlandığını bildirərək, qeyd olunan qəzetin məsuliyyətə cəlb olunması istiqamətində hüquqi tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma nəticəsində müraciətin Seçki Məcəlləsinin və müvafiq təlimatın aidiyyata dair tələblərinin pozulması ilə daxil olması müəyyən edildiyindən o, araşdırılması üçün aidiyyatı üzrə səlahiyyətli dairə seçki komissiyasına göndərilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 32.2.4-cü maddəsinə əsasən seçki dairəsi üzrə təşviqat subyektləri üçün bərabər seçkiqabağı fəaliyyətin həyata keçirilməsinə müvafiq dairə seçki komissiyaları nəzarət edir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə və aidiyyat qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aiddiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə qeydə alınmış "Qarabağ Bloku" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Süleyman Məmmədovun Mərkəsi Seçki Komissiyasına daxil olmuş 02 oktyabr 2010-cu il tarixli 16 saylı müraciəti aidiyyatı üzrə baxılması üçün 21 saylı Nəsimi I seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Almas Qəhramanlı, Oktay Hümbətli
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 2 oktyabr 2010-cu il tarixli 12 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının Qərarı
"AXCP - Müsavat" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Nemət Kərimli 2010-cu il oktyabrın 2-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, Bayramov Qubad İbad oğlunun namizədliyinin "AXCP-Müsavat" siyasi partiyalar bloku tərəfindən irəli sürülməsi haqqında sənədlərin qəbulu ilə bağlı 20 saylı Nərimanov II seçki dairəsi dairə seçki komissiyası sədrinin qanunla müəyyən olunmuş hərəkətləri etmədiyinə görə qanunsuz hərəkətsizliyə yol verdiyini, bununla əlaqədar qanunla nəzərdə tutulan tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Bayramov Qubad İbad oğlu 21 sentyabr 2010-cu il tarixdə öz təşəbbüsü ilə 20 saylı Nərimanov II seçki dairəsi üzrə namizədliyini irəli sürmüş və 24 sentyabr 2010-cu il tarixdə müvafiq dairə seçki komissiyasının 13/48 saylı qərarı ilə onun namizədliyinin irəli sürülməsi təsdiq olunmuşdur.
Sonralar onun həmin dairə üzrə namizədliyi "AXCP-Müsavat" siyasi partiyalar bloku tərəfindən də irəli sürülmüşdür. Bununla əlaqədar müvafiq siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Nemət Kərimli 1 oktyabr 2010-cu il tarixdə 20 saylı Nərimanov II seçki dairəsinin dairə seçki komissiyasına müraciət edərək, Q.İ.Bayramovun öz təşəbbüsü ilə komissiyaya təqdim etdiyi bildirişin və öhdəlik ərizəsinin "AXCP-Müsavat" siyasi partiyalar blokunun təqdim etdiyi müvafiq sənədlərlə dəyişdirilməsi yolu ilə onun namizədliyinin adı çəkilən siyasi partiyalar bloku tərəfindən irəli sürülməsinin təsdiq olunması kimi müəyyən olunmasını komissiyadan xahiş etmişdir. Lakin ona dairə seçki komissiyasında izah edilmişdir ki, namizədlərin siyasi partiyalar və ya siyasi partiya blokları tərəfindən irəli sürülməsi ilə bağlı seçki qanunvericiliyi ilə müəyyən olunmuş qaydalar mövcuddur. Həmin qaydalara görə namizədlərin irəli sürülməsi seçki komissiyalarına müvafiq sənədlərin təqdim edilməsi yolu ilə həyata keçirilir. Əvvəllər təqdim olunan sənədlərin dəyişdirilməsi yolu ilə namizədlərin irəli sürülməsinin təsdiqi qanunla yolverilməzdir. Bunu əsas gətirərək, dairə seçki komissiyası sənədlərin əvəz olunmasından imtina etmişdir. Göstərilən faktlar, 20 saylı Nərimanov II seçki dairəsinin dairə seçki komissiyası sədrinin, seçki komissiyası katiblərinin, həmçinin müvafiq dairə seçki komissiyası üzvünün, namizədlərin qeydiyyat sənədlərinin yoxlanılmasını həyata keçirən işçi qrupunun rəhbərinin izahatları ilə təsdiq olunmuşdur.
Namizədin siyasi partiya, siyasi partiyalar bloku tərəfindən irəli sürülməsi Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54-cü maddəsində göstərilən müvafiq sənədlərin dairə seçki komissiyasına təqdim olunması yolu ilə həyata keçirilməlidir.
Beləliklə də, 20 saylı Nərimanov II seçki dairəsi dairə seçki komissiyasının hərəkətsizliyi ilə bağlı irəli sürülmüş iddialar öz təsdiqini tapmamışdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. Vətəndaş Nemət Kərimlinin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 2 oktyabr 2010-cu il tarixli 12 saylı müraciəti əsaslı olmadığından təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
{nl}
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Almas Qəhramanlı, Oktay Hümbətli
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 oktyabr 2010-cu il tarixli 03 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən 28 saylı Sabunçu III seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Əliyev Fuad Ağası oğlu 2010-cu il oktyabrın 1-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, həmin seçki dairəsindən deputatlığa namizəd irəli sürülmüş Eldar Quliyevin qanunsuz seçkiqabağı təşviqatının aparıldığını, beləliklə də vaxtından əvvəl seçkiqabağı təşviqata başlanılmasını iddia edərək, bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması nəticəsində Seçki Məcəlləsinin və müvafiq təlimatın aidiyyətə dair tələblərinin pozulması ilə daxil olması müəyyən edildiyindən o, araşdırılması üçün aidiyyəti üzrə səlahiyyətli dairə seçki komissiyasına göndərilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 32.2.4-cü maddəsinə əsasən seçki dairəsi üzrə təşviqat subyektləri üçün bərabər seçkiqabağı fəaliyyətin həyata keçirilməsinə müvafiq dairə seçki komissiyaları nəzarət edir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə və aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aiddiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. Vətəndaş Əliyev Fuad Ağası oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 oktyabr 2010-cu il tarixli 03 saylı müraciəti aidiyyəti üzrə baxılması üçün 28 saylı Sabunçu III seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Akif Qurbanov, Almas Qəhramanlı, Oktay Hümbətli
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 01 oktyabr 2010-cu il tarixli 09 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Vətəndaş Namət Məhəmməd oğlu Qasımov 2010-cu il oktyabrın 1-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına 7 noyabr 2010-cu ildə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyini irəli sürdüyü 92 saylı Zərdab-Ucar seçki dairəsi dairə seçki komissiyasının sədri İsmayıl Əhmədovun onun sənədllərini qəbul etməməsi və imza vərəqələri verməməsi, bununla da qanunsuz hərəkətsizliyə yol verməsi barədə yazılı müraciət edərək, dairə seçki komissiyası tərəfindən həmin sənədlərin qəbul edilməsinə və təcili surətdə ona imza vərəqələrinin verilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma nəticəsində ərizəçinin namizədliyinin irəli sürülməsi ilə bağlı sənədlərinin qəbul edilməsi və ona imza vərəqələrinin verilməsi səbəbindən mübahisə predmeti aradan qalxdığına görə müraciətin baxılmasına xitam verilməlidir.
Belə ki, ilkin araşdırma zamanı məlum olmuşdur ki, N.Qasımov 01 oktyabr 2010-cu ildə dairə seçki komissiyasına namizədliyinin irəli sürülməsi ilə əlaqədar müraciət etmiş, müvafiq sənədlər komissiya tərəfindən dərhal qəbul edilərək ona imza vərəqələri verilmişdir.
Araşdırma zamanı N.Qasımov sənədlərin dairə seçki komissiyası tərəfindən qəbul edildiyini etiraf edərək, işini daha etibarlı tutmaq niyyəti ilə Mərkəzi Seçki Komissiyasına müraciət etdiyini bildirmişdir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. Vətəndaş Qasımov Namət Məhəmməd oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 oktyabr 2010-cu il tarixli 09 saylı müraciətinin araşdırılması prosesində mübahisə predmeti aradan qalxdığına görə müraciətin baxılmasına xitam verilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
{nl}
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Akif Qurbanov, Almas Qəhramanlı, Oktay Hümbətli
{nl}
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 oktyabr 2010-cu il tarixli 05, 06 və 08 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa qeydə alınmış namizədlər Bəxtiyar Əliyev, Anar Əmirov və vətəndaş Ələsgərov Sədrəddin Fərrux oğlu Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, Müsavat qəzetinin 29 sentyabr 2010-cu il tarixli sayında geniş yazı dərc edildiyini və orada 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə AXCP-Müsavat bloku tərəfindən deputatlığa namizədliyi 118 saylı Ağdam şəhər seçki dairəsi üzrə irəli sürülmüş namizəd Süleymanov Ələsgər Süleyman oğlunun seçkiqabağı təşviqatının aparıldığını, beləliklə də vaxtından əvvəl qanunsuz seçkiqabağı təşviqata başlanılmasını iddia edərək, bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişlər. Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır. Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma nəticəsində müəyyən olunmuşdur ki, eyni məzmunlu şikayətlər 118 saylı Ağdam şəhər seçki dairəsinin dairə seçki komissiyası tərəfindən araşdırılmış, həmin komissiyasının 30 sentyabr 2010-cu il tarixli 13/40 saylı qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizəd Süleymanov Ələsgər Süleyman oğluna xəbərdarlıq edilmişdir. Odur ki, həmin xüsusatlarla bağlı mübahisə predmeti aradan qalxdığına görə müraciətin baxılmasına xitam verilməlidir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa qeydə alınmış namizədlər Bəxtiyar Əliyev, Anar Əmirov və vətəndaş Ələsgərov Sədrəddin Fərrux oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 oktyabr 2010-cu il tarixli 05, 06 və 08 saylı müraciətlərinə aidiyyatı üzrə 118 saylı Ağdam şəhər seçki dairəsinin dairə seçki komissiyasında baxılıb zəruri tədbirlər görüldüyü və bununla da mübahisə predmeti aradan qalxdığı üçün müraciətlərin baxılmasına xitam verilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Akif Qurbanov, Almas Qəhramanlı, Oktay Hümbətli
{nl}
"İnsan naminə" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin qeydə alınması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
7 noyabr 2010-cu il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərində Azərbaycan Liberal Partiyası və Vətəndaş və İnkişaf Partiyası tərəfindən yaradılmış "İnsan naminə" siyasi partiyalar bloku səlahiyyətli nümayəndələr təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər "İnsan naminə" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:
Babayev Nurəddin Azər oğlu;
Məhərrəmov Əlabbas Kamran oğlu;
Əzimov Cavid Etibar oğlu;
Piriyev Eldəniz Əmir oğlu.
{nl}
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
{nl}
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Akif Qurbanov, Almas Qəhramanlı, Oktay Hümbətli
{nl}
Mərkəzi Seçki Komissiyasının 01 oktyabr 2010-cu il tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 01 oktyabr 2010-cu il tarixli iclasının protokolu təsdiq edilsin.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Akif Qurbanov, Almas Qəhramanlı, Oktay Hümbətli
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.