Şəmmədov Əlitehran Tərlan oğlunun "İnsan naminə" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi qismində qeydiyyatının ləğv olunması və bununla əlaqədar ona verilmiş müvafiq lövhəciyin etibarsız hesab edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi

7 noyabr 2010-cu il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Liberal Partiyası və Vətəndaş və İnkişaf Partiyası tərəfindən yaradılmış "İnsan naminə" siyasi partiyalar bloku tərəfindən Şəmmədov Əlitehran Tərlan oğlu səlahiyyətli nümayəndə qismində təyin edilmiş, müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən sonra o, 16 sentyabr 2010-cu il tarixli 22/92 saylı Qərarla səlahiyyətli nümayəndə qismində qeydə alınmışdır.
Həmin siyasi partiyalar bloku sonradan özünün 23 sentyabr 2010-cu il tarixli, 91 saylı qərarı ilə Ə.T.Şəmmədovun səlahiyyətlərinə xitam verərək, müvafiq sənədləri onun qeydiyyatının ləğv olunması üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq araşdırma aparılaraq, həmin şəxsin səlahiyyətli nümayəndə qismində qeydiyyatına xitam verilməsi və ona verilmiş müvafiq lövhəciyin etibarsız hesab edilməsi üçün əsasların olması müəyyən olunmuşdur.
Seçki Məcəlləsinin 52.5-ci maddəsinin və "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) namizədin, siyasi partiyaların, siyasi partiyalar bloklarının və referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin statusu haqqında" Təlimatın 3.3-cü bəndinə əsasən siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli orqanının qərarı ilə yazılı formada xəbərdar etməklə nümayəndənin səlahiyyətlərinə xitam verilə bilər. Belə xəbərdarlıq olduqda, müvafiq seçki komissiyası geri çağırılan səlahiyyətli nümayəndənin lövhəciyini etibarsız sayır.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 52-ci maddələrinə və sözügedən Təlimatın 3.3-cü bəndinə əsasən qərara alır:
1. Şəmmədov Əlitehran Tərlan oğlunun "İnsan naminə" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi qismində qeydiyyatı ləğv olunaraq Mərkəzi Seçki Komissiyası tərəfindən ona verilmiş müvafiq lövhəcik etibarsız hesab edilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.{nl}

Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Akif Qurbanov, Almas Qəhramanlı, Oktay Hümbətli

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında