Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Maddə 1. Büdcənin ümumi göstəriciləri
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsinin gəlirləri 3 056 285 700,0 manat, xərcləri 3 056 285 700,0 manat məbləğində təsdiq edilir.
Maddə 2. Gəlirlər
Müəyyən edilsin ki, 2015-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Gəlirlərin mənbələri Məbləğ (manatla)
1. Məcburi dövlət sosial sığorta haqları, cəmio cümlədən: 1 950 221 900,0
1.1. Büdcədən maliyyələşən təşkilatlar üzrə 604 062 800,0
1.2. Büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 82 372 200,0
1.3. Büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri üzrə daxilolmalar 12 500 200,0
1.4. Digər sığortaedənlər o cümlədən: 1 251 286 700,0
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 50 488 000,0
2. Sair gəlirlər, cəmi o cümlədən: 6 063 800,0
Sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmalar 1 653 800,0
3. Dövlət büdcəsindən ayırmalar (transfert) 1 100 000 000,0
Maddə 3. Xərclər
Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
Xərclərin istiqamətləri Məbləğ (manatla)
1. Əhaliyə ödənişlər, cəmi o cümlədən: 2 989 179 600,0
1.1. Əmək pensiyalarının ödənilməsinə, cəmi o cümlədən: 2 910 511 200,0
Əmək pensiyalarının baza hissəsinə 1 536 468 000,0
Əmək pensiyalarının sığorta hissəsinə 1 374 043 200,0
1.2. Məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə, cəmi ondan: 78 668 400,0
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 20 437 500,0
Hamiləliyə və doğuşa görə 24 153 300,0
Uşağın anadan olmasına görə 6 183 000,0
3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 8 500 000,0
Dəfn üçün 13 434 800,0
İşsizliyə görə 5 959 800,0
2. Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 20 015 100,0
3. Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər, cəmi o cümlədən: 19 100 000,0
3.1. Sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların alınmasına 14 876 800,0
3.2. Sığortaolunanların uşaqlarının sağlamlıq düşərgələrində istirahətinin təşkilinə 318 300,0
3.3. Sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibb xidməti və ştatların saxlanılmasına 196 700,0
3.4. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının idman cəmiyyətlərinə məxsus idman qurğularının qismən saxlanılmasına (işçilərin əməkhaqqının ödənilməsi) 2 457 400,0
3.5. Həmkarlar İttifaqlarının texniki və əməyin hüquqi müfəttişliyinin, etimadlı həkimlərin, sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların saxlanılmasına 1 250 800,0
4. Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri 26 220 000,0
5. Beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri, cəmi o cümlədən: 40 000,0
5.1. Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri 14 000,0
5.2. MDB dövlətlərinin Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri 26 000,0
6. “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclər 1 500 000,0
7. Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2004-cü il 23 sentyabr tarixdə imzalanmış və Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 11 noyabr tarixli 518 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “İnkişaf üçün Kredit Sazişi”nə əsasən “Pensiya və sosial təminat” layihəsi üzrə kreditin qaytarılması xərcləri 231 000,0
Maddə 4. Borcların ödənişi
Sığortaedənlərin keçmiş Dövlət Məşğulluq və Əlillərin Sosial Müdafiə fondlarına ayırmalar üzrə qalan borcları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına köçürülür.
Maddə 5. Qalıqlardan istifadə
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Maddə 6. Büdcə təşkilatları üzrə sosial sığorta haqları üzrə daxilolmaların tənzimlənməsi
Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına tam məbləğdə daxil olmadıqda, nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği azaldılır.
Maddə 7. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 noyabr 2014-cü il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.