"İslahat bloku" siyasi partiyalar blokunun qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə birgə iştirak etmək məqsədilə Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyası, Böyük Quruluş Partiyası, Ədalət Partiyası və Azərbaycan Təkamül Partiyası öz müvafiq orqanlarının qərarları ilə siyasi partiyalar bloku yaradaraq, (tam və qısa adı) "İslahat bloku" adlandıraraq, blokun emblemini müəyyən edərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydə alınması üçün müvafiq sənədləri blokun təmsilçisi vasitəsi ilə 10 sentyabr 2010-cu ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişlər.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin siyasi partiyalar blokunun qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 50-ci maddəsinə əsasən azi iki siyasi partiya siyasi partiyalar bloku yarada bilər. Həmin Məcəllənin 50.4-cü maddəsində göstərilən əsaslar olmadıqda siyasi partiyalar bloku onun qeydə alınması üçün Seçki Məcəlləsinin 50.2-ci maddəsində və "Siyasi partiyalar blokunun qeydə alınması qaydaları haqqında Təlimat"ın 1.1-ci bəndində sadalanan sənədləri səlahiyyətli nümayəndə vasitəsilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etdikdən ən geci 5 gün müddətində qeydə alınmalıdır.
Həmin Məcəllənin 51-ci maddəsinə əsasən siyasi partiyalar bloku Mərkəzi Seçki Komissiyasına özünün tam və qısa adı barədə məlumat təqdim edir. Təsdiq edilməsi üçün siyasi partiyalar bloku öz emblemini də Mərkəzi Seçki Komissiyasına təqdim edə bilər.
Göstərilən əsaslara görə "İslahat bloku" siyasi partiyalar bloku qeydə alınmalı, təqdim edilmiş emblem həmin siyasi partiyalar blokunun emblemi kimi təsdiq edilməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 50-52-ci maddələrinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə birgə iştirak etmək məqsədilə Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyası, Böyük Quruluş Partiyası, Ədalət Partiyası və Azərbaycan Təkamül Partiyası tərəfindən yaradılmış "İslahat bloku" (tam və qısa adı) siyasi partiyalar bloku qeydə alınsın.
2. "İslahat bloku" siyasi partiyalar blokunun emblemi təsdiq edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Akif Qurbanov, Almas Qəhramanlı, Oktay Hümbəttli{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında