Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin 23 dekabr 2014-cü ilə təyin edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının

Q Ə R A R I

Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinin II və III bəndlərinə əsasən Azərbaycan Respublikasında bələdiyyələr qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq yaradılır və qanunvericiliklə müəyyən edilmiş qaydada seçkilər əsasında formalaşdırılır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 210.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilir. Həmin Məcəllənin 211.1-211.2-ci maddələrinə əsasən bələdiyyələrin səlahiyyət müddəti başlanğıcı səsvermənin keçirildiyi, başa çatması isə yeni seçilən bələdiyyələrin birinci iclas günü olmaqla 5 ildir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən bələdiyyə seçkiləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir.

Hazırda 23 dekabr 2009-cu ildə keçirilmiş seçkilər nəticəsində formalaşmış bələdiyyələrin səlahiyyət müddətinin başa çatmaqda olması səbəbindən həmin bələdiyyələrə növbəti seçkilərin, 30 noyabr 2011-ci ildə keçirilmiş təkrar seçkilər nəticəsində formalaşmış 9 bələdiyyənin (siyahı əlavə edilir) üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə müvafiq qərarlar qəbul edildiyindən həmin bələdiyyələr üzrə əlavə seçkilərin keçirilməsi zərurəti yaranmışdır.

Mərkəzi Seçki Komissiyası hesab edir ki, qeyd edilən xüsusatlar nəzərə alınmaqla ölkə üzrə bələdiyyələrin tam siyahısı dərc edilərək növbəti seçkilərin 23 dekabr 2014-cü ilə təyin edilməsi məqsədəmüvafiqdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Konstitusiyasının 142-ci və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 8-ci, 19.4-cü, 19.14-cü,  28.2-ci, 28.4-cü, 213-cü və 244-cü  maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 23 dekabr 2014-cü ilə təyin edilsin.

2. Ölkə üzrə bələdiyyələrin tam siyahısı dərc edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir PƏNAHOV

Katib                Arifə MUXTAROVA

Katib                   Mikayıl RƏHİMOV

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında