“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

 

 

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 584; 2003, № 6, maddə 267; 2004, № 12, maddə 979; 2005, № 5, maddə 393, № 12, maddə 1083; 2006, № 2, maddə 67, № 3, maddə 225, № 12, maddə 1012; 2007, № 12, maddə 1202; 2008,    № 12, maddə 1049; 2009, № 7, maddə 505) aşağıdakı dəyişikliklər edilsin:

1. 32.2.2-ci maddəyə aşağıdakı məzmunda hissə əlavə edilsin:

“Yerli sosial müdafiə, ekoloji, həmçinin iqtisadi və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi ilə bağlı layihələrin həyata keçirilməsi, həmçinin qanunvericilik və icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrə həvalə edilən əlavə səlahiyyətlərin maliyyələşdirilməsi məqsədi ilə dövlət büdcəsindən yerli büdcələrə subvensiya ayrılması üçün müvafiq bələdiyyələrin və onların təmsil olunduqları milli assosiasiyaların cari il martın 15-dək verilən təklifləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 gün müddətində öyrənilir, onların qəbul edilib-edilməməsi barədə aidiyyəti bələdiyyələrə məlumat verilir. İcrası üçün vəsait ayrılmasına razılıq verilmiş layihələrlə bağlı müvafiq maliyyə-iqtisadi əsaslandırmalarla birlikdə ”Büdcə sistemi haqqında" Qanunun 11.14-cü maddəsi ilə müəyyən edilən sənədlər və məlumatlar mayın 1-dək bələdiyyələr tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Dövlət büdcəsindən ayrılmış subvensiyalar bələdiyyələr tərəfindən təqdim edilmiş layihələrə uyğun olaraq, hər il fevralın 15-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən bölünür.

Dövlət büdcəsində bələdiyyələrə subvensiyanın ayrılması ayrıca sətirlə müəyyən edilir.”.

2. 34.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“34.4. Dotasiyanın həddinin hesablanmasında bələdiyyənin ərazisində yaşayan əhalinin sayı, ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onların xüsusi çəkisi, bələdiyyənin gəlir və xərcləri, bələdiyyəyə daxil olan yaşayış məntəqələrinin cəbhə xəttində, sərhəd zonasında, yüksək dağlıq ərazidə yerləşməsi, yerli əhalinin yaşayış səviyyəsi, nəzərdə tutulan sosial-iqtisadi layihələr nəzərə alınmalıdır.”.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyun 2014-cü il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında