“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” haqqında əsasnamə

Azərbaycan Respublikasının 2014-cü il 16 may tarixli Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Təltif edilən şəxslər

1.1. “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında  xüsusi xidmətlərə görə sağlığında təltif edilirlər.

1.2. Bu Əsasnamənin 1.1-ci maddəsində göstərilən xidmətlərinə görə Azərbaycan Respublikasının digər orden və medalları ilə təltif edilmiş şəxslər eyni xidmətlərə görə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif edilə bilməzlər.

Maddə 2. Təltif edən orqan

“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq qurum təltif edir.

Maddə 3. Döşə taxılma qaydası

“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında