Mövcud seçki dairələrinin Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 29-cu maddəsinə uyğun yaradılmasına və aşağı seçki komissiyalarının müvafiq hesab edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.1-ci maddəsinə əsasən seçkilərin (referendumun) keçirilməsi üçün müvafiq ərazi vahidlərində daimi yaşayan və qeydə alınmış seçicilərin sayı haqqında müvafiq icra hakimiyyəti orqanlarının bələdiyyə qurumları ilə birgə Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri məlumatlar əsasında həmin ərazi vahidlərində Mərkəzi Seçki Komissiyası hər 5 ildən bir 125 seçki (referendum) dairəsi yaradır. Seçki dairələri bir qayda olaraq, seçicilərin orta təmsilçilik norması əsasında yaradılır. Həmin Məcəllənin 29.5-ci maddəsinə uyğun olaraq seçki dairələrinin sxemi və qrafik təsviri təsdiq edilir. Bu zaman Seçki Məcəlləsinin 29.3-29.7-ci maddələrinin tələbləri nəzərə alınmalıdır.
Azərbaycan Respublikasının inzibati ərazi vahidinin hüdudları daxilində vaxtilə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada 125 seçki dairəsi və seçki dairələrinin dairə seçki komissiyaları formalaşdırılmış, vaxtaşırı mövcud seçki dairələrinin dislokasyalarında zəruri dəyişikliklər aparılmış və seçki dairələrinin yenidən yaradılması ilə əlaqədar müvafiq tədbirlər görülmüşdür. Hazırda bəzi seçki dairələrinin adlarında, aid olduqları inzibati ərazi vahidlərində dəyişikliklər baş vermiş, seçicilərin sayının artması nəticəsində orta təmsilçilik normasında uyğunsuzluqlar yaranmış seçki dairələrində seçicilərin sayının qanunvericilikdə nəzərdə tutulmuş normalara mümkün qədər uyğunlaşdırılması prosesinin davam etdirilməsi zərurəti yaranmış, habelə seçki dairələrinin Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 29-cu maddəsinin tələbləri qaydasında yenidən yaradılması üçün əsaslar yaranmışdır.
Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya Mərkəzi Seçki Komissiyasına göstərilənlərlə əlaqədar öz təkliflərini təqdim etmişdir. Ona görə də, əvvəllər bu istiqamətdə aparılmış fəaliyyət nəzərə alınmalı, mövcud seçki dairələri həmin maddənin tələbləri qaydasında yenidən yaradılmalı, onların sxemi, qrafik təsviri və hüdudları sərhədlərin müəyyən olunması üzrə komissiyanın təkliflərinə müvafiq olaraq təsdiq olunmalı, Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilmiş məlumatlar eyniadlı yeni məlumatlarla əvəzləşdirilməklə ictimailəşdirilməlidir.
Göstərilənlərlə yanaşı, hazırda fəaliyyətdə olan aşağı seçki komissiyaları yeni müəyyən olunmuş seçki dairələrinə müvafiq hesab edilməli, bu qərarın icrası öz səlahiyyətləti daxilində Mərkəzi Seçki Komissiyası Katibliyinin müvafiq şöbələrinə, Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinə, aşağı seçki komissiyalarına həvalə edilməlidir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 29-cu maddələrinə uyğun olaraq qərara alır:
1. Azərbaycan Respublikasının inzibati ərazi vahidinin hüdudları daxilində mövcud olan 125 seçki dairəsi Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 29-cu maddəsinə uyğun olaraq yaradılsın (siyahı əlavə olunur).
2. Yaradılmış seçki dairələrinin sxemi, qrafik təsviri və hüdudları təsdiq edilsin (siyahı əlavə olunur).
3. Bu qərar qəbul edilənədək mövcud olmuş seçki dairələrinin ərazilərində fəaliyyətdə olmuş aşağı seçki komissiyaları qanunvericiliklə müəyyən olunmuş qaydada bu qərarın 1-ci bəndində göstərilmiş seçki dairələrinə müvafiq hesab edilsinlər.
4. Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilmiş seçki dairələrinin sxemi, onların qrafik təsviri və hüdudlarına dair məlumatlar bu qərarın 2-ci bəndi ilə təsdiq edilmiş eyniadlı yeni məlumatlarla əvəz edilsin.
5. Qərarın icrası öz səlahiyyətləri daxilində Mərkəzi Seçki Komissiyası Katibliyinin müvafiq şöbələrinə, Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinə və aşağı seçki komissiyalarına həvalə edilsin.
6. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Oktay Hümbətli{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında