Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın yenidən formalaşdırılması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.6-cı maddəsinə əsasən seçki dairələrinin yaradılması sxemini və onun qrafik təsvirini, seçki dairələrinin hüdudlarına dair təklifləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılan və mütəxəssislərdən ibarət olan komissiya hazırlayır. Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə həmin komissiyanın işinə Mərkəzi Seçki Komissiyasının sədr müavini rəhbərlik edir və o, vəzifəsinə görə komissiyanın sədri hesab olunur. Müvafiq komissiya Mərkəzi Seçki Komissiyasının 1/03 saylı, 14 iyun 2003-cü il tarixli qərarı ilə yuxarıda göstərilən qaydada yaradılmışdır. Hazırda Mərkəzi Seçki Komissiyasının sədr müavininin əvəz olunması, habelə sözügedən komissiyanın bir sıra üzvlərinin fəaliyyət göstərmələrinin qeyri-mümkünlüyü səbəbindən, həmin komissiyanın yeni tərkibdə formalaşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 29.6-cı maddələrinə uyğun olaraq qərara alır:
1. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası sədrinin müavini Şaitdin Sərdar oğlu Əliyevin sədrliyi ilə, aşağıda göstərilən qurumlar tərəfindən ayrılmış mütəxəssislərdən ibarət tərkibdə Mərkəzi Seçki Komissiyasının 1/03 saylı 14 iyun 2003-cü il tarixli qərarı ilə yaradılmış seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya yenidən formalaşdırılsın:
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi;
Bakı Şəhər İcra Hakimiyyəti;
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi;
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin Təşkilat şöbəsi;
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası nəzdindəki "Seçkilər" İnformasiya Mərkəzi.
2. Qısa müddət ərzində komissiyanın tərkibinə daxil olacaq mütəxəsislərin ayrılmasının müvafiq qurumlarla razılaşdırılması təmin edilsin.
3. Qərarın 2-ci bəndinin icrası Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədr müavininə həvalə edilsin.
4. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər: Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Akif Qurbanov, Almas Qəhramanlı, Oktay Hümbətli{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında