2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının 12 oktyabr 2013-cü il tarixli 16 saylı müraciətinə baxılm

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı 2013-cü il oktyabrın 12-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, səsvermə günü bir sıra seçki dairə və məntəqələrində müxtəlif qanun pozuntularının olmasını bildirib qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Bununla yanaşı müşahidə aparan şəxslər tərəfindən tərtib edilməsi və bu və ya digər pozuntunun baş verməsinin təsdiq edilməsi iddia edilən aktların kserosurətləri əlavə edilərək əsillərinin isə araşdırma prosesində təqdim ediləcəyi ərizədə qeyd edilmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1-ci maddəsinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq iddia edilən qanun pozuntularının müəyyən olunması üçün zəruri olan sübut əhəmiyyəti kəsb edən mümkün materialların toplanılması üçün lazımi tədbirlər görülmüş, müraciətin araşdırılmasına dair müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası hesab edir ki, araşdırma nəticəsində pozuntuların rəsmiləşdirildiyi iddia edilən aktların əsli deyil, heç bir sübut əhəmiyyəti daşımayan kserosurətləri müraciətə əlavə edildiyindən iddia edilən halların ən azı nədən ibarət olduğunu belə müəyyən etmək mümkün olmadığından və əlavə heç bir digər təsdiqedici sənəd və materiallar təqdim edilmədiyindən müraciət əsassız hesab edilərək təmin olunmamalıdır.

Belə ki, müraciətin araşdırılması prosesində ərizəçi Gülağa Aslanlı araşdırmaya dəvət olunmuş, müraciətə əlavə olunmuş kserosurətlər heç bir hüquqi nəticə doğurmadığından, ondan, mövcud olduğu təqdirdə, həmin aktların əsillərinin təqdim edilməsi xahiş edilmiş, habelə digər təsdiqedici sənəd və materiallar təqdim ediləcəyi halda onların da qəbul edilib araşdırılmasına Mərkəzi Seçki Komissiyasının hazır olduğu bildirilmişdir. Eyni zamanda ərizəçiyə o da izah edilmişdir ki, onun tərəfindən təqdim edilmiş ümumi xarakterli şikayət ərizəsində göstərilmiş və baş verməsi iddia edilən konkret hallar yalnız aktlarda əks olunduğundan və bu aktlar olmadan ümumiyyətlə pozuntunun nədən ibarət olmasını belə ərizədən müəyyən etmək mümkün olmadığından, yalnız həmin aktların əsilləri araşdırmaya təqdim edildikdən sonra araşdırma hüquqi cəhətdən mümkün ola bilər. Əks təqdirdə, araşdırmanın, ümumiyyətlə qeyri-mümkünlüyü onun diqqətinə çatdırılmışdır.

Ərizəçi isə öz növbəsində maraqlarını təmsil etdiyi qeydə alınmış namizəd Cəmil Həsənlinin buna dair münasibətini yenidən dəqiqləşdirdikdən sonra həmin materialların yalnız məhkəmə araşdırması zamanı təqdim edilməsinin mümkünlüyünü qəti şəkildə bildirib, Mərkəzi Seçki Komissiyasına hər hansı bir akt və ya digər təsdiqedici material təqdim etməkdən imtina etmiş, bunu adından çıxış etdiyi prezidentliyə qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin və özünün dəyişməz mövqeyi kimi təqdim etmişdir. Qeyd edilən hallar araşdırma prosesində Azərbaycan Respublikası Seçki Məcəlləsinə  və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq  rəsmiləşdirilmişdir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112.1-ci maddələrinə və qeyd edilən Təlimat"ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

1. 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının 12 oktyabr 2013-cü il tarixli 16 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr              Məzahir PƏNAHOV,

Katib              Arifə MUXTAROVA,

Katib                 Mikayıl RƏHİMOV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında