2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin “exit-poll” keçirmək üçün qeydə alınmasından imtina edilməsi barədə

 

Azərbaycan Respublikası

Mərkəzi Seçki Komissiyasının Qərarı

“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi 2013-cü il sentyabrın 16-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində “exit-poll” keçirmək niyyətində olduğunu bildirib, bu məqsədlə qeydə alınmasını xahiş etmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, müraciətin təmin edilməsi üçün əsasların olmamasını müəyyən etmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.2.23-cü maddəsinin tələbinə görə, “exit-poll” keçirən təşkilatların akkreditasiyasını Mərkəzi Seçki Komissiyası həyata keçirir və həmin təşkilatların akkreditasiyadan keçmə qaydalarını müəyyən edir.

Belə ki, “Azərbaycan Respublikasında keçirilən seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları"nın 1.3-cü və 2.2.2-ci bəndlərinə əsasən bu sahədə ixtisaslaşmış, müvafiq təcrübəyə malik və nüfuzlu hüquqi şəxslər “exit-poll” keçirən təşkilat kimi çıxış edə bilər. Qeyri-hökumət təşkilatları və xarici hüquqi şəxslər seçkilər keçirilərkən “exit-poll” ilə əlaqədar tədbirlərdə “Qeyri-hökumət təşkilatları” (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə, habelə Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq iştirak edə bilərlər. Həmin təşkilatların adından “exit-poll”un keçirilməsinə cəlb edilən şəxslər, əsasən, seçki hüququ və seçki sistemi üzrə mütəxəssis, yaxud bu sahədə müəyyən təcrübəsi olan şəxslər olmalıdırlar. Eyni zamanda, təşkilatın “exit-poll” keçirərkən tətbiq edəcəyi qaydalar, üsullar, resurslar haqqında məlumatlar həmin sənədlərdə öz əksini tapmalıdır. Təqdim edilən sənədlər həmin tələblərə tam cavab vermədiyindən müraciət təmin edilməməlidir.

“Azərbaycan Respublikasında keçirilən seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 1-ci və 2.3-cü bəndlərinə əsasən “exit-poll” keçirmək niyyətində olan təşkilatların yazılı müraciətlərinə 10 gün müddətində baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı və müvafiq təşkilatın akkreditasiyadan keçirilib-keçirilməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.23-cü, 28.2-ci və 28.4-cü maddələrinə əsasən qərara alır:

1. “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində “exit-poll” keçirmək üçün qeydə alınmasından imtina edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr     Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında