103 saylı Gədəbəy seçki dairəsi dairə seçki komissiyasının üzvü Zakir Məhərrəm oğlu Orucovun səlahiyyətlərinə müvəqqəti olaraq xitam verilməsi barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 22.1-ci maddəsinə görə qeydə alınmış namizədlərin Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yaxın qohumları (həyat yoldaşı və həyat yoldaşının yaxın qohumları, uşaqlar, valideynlər, övladlığa götürülənlər, qardaşlar, bacılar, nəvələr, babalar, nənələr) seçki komissiyasının həlledici səs hüquqlu üzvü kimi fəaliyyət göstərə bilməzlər. Belə olduqda və bu hal seçki komissiyasının üzvünü təyin edən orqan tərəfindən təsdiq edildikdə, seçki komissiyası üzvünün səlahiyyətlərinə müvəqqəti xitam verilir və onu əvəzedici üzv əvəz edir.

Mərkəzi Seçki Komissiyasının 9 sentyabr 2013-cü il tarixli 24/137 saylı qərarı ilə 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizədlə yaxın qohumluq əlaqəsi olduğundan, 103 saylı Gədəbəy seçki dairəsi dairə seçki komissiyasının üzvü Zakir Məhərrəm oğlu Orucovun səlahiyyətlərinə 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri rəsmi elan olunanadək müvəqqəti xitam verilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

103 saylı Gədəbəy seçki dairəsi dairə seçki komissiyasının üzvü Zakir Məhərrəm oğlu Orucovun səlahiyyətlərinə 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri rəsmi elan olunanadək müvəqqəti xitam verilsin.

Sədr           Məzahir PƏNAHOV,

Katib           Arifə MUXTAROVA,

Katib               Mikayıl RƏHİMOV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında