Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fuad Ağasi oğlu Əliyevin 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülmüş Fuad Ağasi oğlu Əliyevin namizədliyi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 14 avqust 2013-cü il tarixli 13/81 saylı qərarı ilə təsdiq edilmişdir.

Namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər 2013-cü il sentyabrın 6-da partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 60.1-ci maddəsinə əsasən müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, namizədin qeydə alınmasından imtina edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.

Belə ki, işçi qrupu tərəfindən təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə 10 sentyabr 2013-cü il tarixli Protokoldan və həmin tarixli rəylərdən görünür ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda etibarlı seçici imzaları toplanılmalı olduğu halda, təqdim edilmiş imza vərəqələrində olan etibarlı imzaların sayı namizədin qeydə alınması üçün qanunda nəzərdə tutulmuş saydan az olmuşdur.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.6, 59.10 və 59.12-ci maddələrinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 54, 58, 59, 60 və 181-ci maddələrinə əsasən qərara alır:

1. 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülmüş Fuad Ağasi oğlu Əliyevin namizədliyinin qeydə alınmasından imtina edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr           Məzahir PƏNAHOV,

Katib           Arifə MUXTAROVA,

Katib               Mikayıl RƏHİMOV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında