2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyin irəli sürülməsinin təsdiq edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş 19 avqust 2013-cü il tarixli 1305 saylı müraciətə baxılma müddə

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan İlqar Eldar oğlu Məmmədovun namizədliyinin irəli sürülməsi barədə müraciət 2013-cü il avqustun 19-da Mərkəzi Seçki Komissiyasına daxil olmuşdur.

Qanunvericiliyin tələblərinə əməl edilmədən İ.E.Məmmədov tərəfindən göndərilməsi ehtimal edilən sənədlər düzgün rəsmiləşdirilmədiyindən və həmin sənədlərdə müəyyən səhv və pozuntular olduğundan namizədliyin irəli sürülməsinin namizədliyi irəli sürülmüş şəxsin iradəsinə uyğunluğunun yoxlanılması, habelə yol verilmiş qüsurların aradan qaldırılması məqsədilə müraciət daxil olan gün, yəni 19 avqust 2013-cü ildə təxirə salınmadan dərhal sürətli poçt xidməti vasitəsilə İ.E.Məmmədovun saxlanıldığı istintaq təcridxanasına göndərilmişdir.

Göndərilmiş sənədlərdə yol verilmiş qüsurlar qismən aradan qaldırıldıqdan sonra iddiaçı tərəfindən notarial qaydada təyin edilmiş səlahiyyətli nümayəndə tərəfindən 23 avqust 2013-cü il, saat 17.50-də Mərkəzi Seçki Komissiyasına təqdim olunmuşdur. Namizədliyin irəli sürülməsinin təsdiq edilməsinin mümkünlüyünün yoxlanılması məqsədilə Mərkəzi Seçki Komissiyası tərəfindən aparılmış araşdırma başa çatmadığından və hazırda buna dair təsdiqedici qərarın qəbul edilməsi qeyri-mümkün olduğundan, lakin bu hal digər namizədlərdən fərqli olaraq məhdud imkanlara malik olan istintaq təcridxanasında saxlanılan şəxsin maraqları ilə bağlı olduğundan Azərbaycan Respublikası Konstitusiyasının və seçki qanunvericiliyinin ruhuna uyğun olaraq Mərkəzi Seçki Komissiyası iddiaçının maraqlarının xeyrinə araşdırma başa çatanadək müddətin uzadılmasını məqsədəmüvafiq hesab etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 56 və 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 53-cü maddələrinə əsasən qərara alır:

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyin irəli sürülməsinin təsdiq edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş 19 avqust 2013-cü il tarixli 1305 saylı müraciətə baxılma müddəti uzadılsın.

2. Qərarın surəti maraqlı şəxslərə göndərilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr       Məzahir PƏNAHOV,

Katib       Arifə MUXTAROVA,

Katib           Mikayıl RƏHİMOV

 

 

 

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında