Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbləri əsasında Azərbaycan Respublikasının ərazisində müvafiq seçki dairələri yaradaraq onların hüdudlarını və dislokasiyalarını müəyyən etmiş, sxem və qrafik təsvirlərini təsdiq etmişdir. Seçki dairələrinin Azərbaycan Respublikası seçki qanunvericiliyinin tələblərinə uyğun olmasını təmin etmək məqsədilə Mərkəzi Seçki Komissiyası tərəfindən mütəmadi olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə müvafiq tədbirlər görülür.
Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 7 mart 2012-ci il tarixli 310-IVQ saylı Qanunun icrası ilə əlaqədar olaraq 105 saylı Tovuz və 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairələrinin hüdudlarında, Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 6 may 2011-ci il tarixli 106-IVQ saylı Qanunun icrası ilə əlaqədar olaraq 109 saylı Balakən və 111 saylı Zaqatala-Balakən seçki dairələrinin hüdudlarında, Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 22 iyun 2010-cu il tarixli 1055-IIIQ saylı Qanunun icrası ilə əlaqədar olaraq 110 saylı Zaqatala və 111 saylı Zaqatala-Balakən seçki dairələrinin hüdudlarında, habelə cari ilin seçici siyahıları yenidən tərtib edildikdən sonra seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya tərəfindən seçki dairələrinin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.3-cü və 29.7-ci maddələrinə uyğunluğunu təmin etmək məqsədilə müəyyən edilmiş digər əsaslara görə müvafiq olaraq 8 saylı Binəqədi birinci seçki dairəsi, 9 saylı Binəqədi ikinci seçki dairəsi, 22 saylı Nəsimi ikinci seçki dairəsi, 23 saylı Nəsimi-Səbail seçki dairəsi, 24 saylı Nizami birinci seçki dairəsi, 25 saylı Nizami ikinci seçki dairəsi, 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi və 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin hüdudlarında, dislokasiyalarında və qrafik təsvirlərində dəyişikliklərin aparılması zərurəti yaranmışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.6-cı maddəsinə əsasən seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın iclasları hər il vahid seçici siyahıları dəqiqləşdirildikdən sonra iki aydan gec olmayaraq keçirilir. Göstərilən komissiyanın əsas məqsədi seçki dairələrinin bu Məcəllənin 29.3-cü və 29.7-ci maddələrinə cavab verməsinin təmin edilməsidir.
Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29-cu, 19.4-cü və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Aşağıda göstərilən seçki dairələrinin hüdudlarında, dislokasiyalarında və qrafik təsvirlərində qismən dəyişikliklər edilsin:
1.1. 9 saylı Binəqədi ikinci seçki dairəsinin dislokasiyasına aid olan 1238 seçici qeydə alınmış 30 saylı seçki məntəqəsinin ərazisi tam şəkildə 8 saylı Binəqədi birinci seçki dairəsinin hüdudlarına daxil edilsin;
1.2. 22 saylı Nəsimi ikinci seçki dairəsinin dislokasiyasına aid olan 2747 seçici qeydə alınmış 28 və 29 saylı seçki məntəqələrinin əraziləri tam şəkildə 23 saylı Nəsimi-Səbail seçki dairəsinin hüdudlarına daxil edilsin;
1.3. 24 saylı Nizami birinci seçki dairəsinin dislokasiyasına daxil olan 1494 seçici qeydə alınmış 11 saylı seçki məntəqəsinin ərazisi tam şəkildə 25 saylı Nizami ikinci seçki dairəsinin hüdudlarına daxil edilsin;
1.4. 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsinin dislokasiyasına aid olan 2488 seçici qeydə alınmış 25 və 26 saylı seçki məntəqələrinin əraziləri tam şəkildə 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin hüdudlarına daxil edilsin;
1.5. 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin dislokasiyasına aid olan 4418 seçici qeydə alınmış 5, 6 və 7 saylı seçki məntəqələrinin əraziləri tam şəkildə 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsinin hüdudlarına daxil edilsin;
1.6. 105 saylı Tovuz seçki dairəsinin dislokasiyasına aid olan 1148 seçici qeydə alınmış 3 saylı seçki məntəqəsinin əhatə etdiyi Abulbəyli kəndinin 276,19 ha olan ərazisi tam, 1 saylı seçki məntəqəsi ərazisinin 454 seçici qeydə alınmış bir hissəsi və 2 saylı seçki məntəqəsi ərazisinin 268 seçici qeydə alınmış bir hissəsi, 4 saylı seçki məntəqəsinin əhatə etdiyi Bozalqanlı kəndinin 329 seçici qeydə alınmış, sahəsi 36,73 ha olan bir hissəsi və 6 saylı seçki məntəqəsinin əhatə etdiyi Düz Cırdaxan kəndinin sahəsi 28,5 ha olan, 104 seçici qeydə alınmış bir hissəsi 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin hüdudlarına daxil edilsin;
1.7. 111 saylı Zaqatala-Balakən seçki dairəsinin dislokasiyasına aid olan 38 saylı seçki məntəqəsi ərazisinin əhatə etdiyi Hənifə kəndinin sahəsi 548,99 ha olan 317 seçici qeydə alınmış bir hissəsi, 36 saylı seçki məntəqəsi ərazisinin əhatə etdiyi Mahamalar kəndinin sahəsi 70,69 ha olan 95 seçici qeydə alınmış bir hissəsi və 37 saylı seçki məntəqəsi ərazisinin 358 seçici qeydə alınmış bir hissəsi 109 saylı Balakən seçki dairəsinin hüdudlarına daxil edilsin;
1.8. 110 saylı Zaqatala seçki dairəsinin dislokasiyasına aid olan 10 saylı seçki məntəqəsi ərazisini əhatə edən Aşağı Tala kəndinin sahəsi 40,49 ha olan 14 seçici qeydə alınmış bir hissəsi, 2 saylı seçki məntəqəsi ərazisinə aid olan Car kəndinin ümumi sahəsi 12,37 ha, Zilban kəndinin ümumi sahəsi 45,90 ha olan 107 seçici qeydə alınmış bir hissəsi, 1 saylı seçki məntəqəsi ərazisinin əhatə etdiyi Kebeloba kəndinin ümumi sahəsi 58,91 ha olan 75 seçici qeydə alınmış bir hissəsi, 13 saylı seçki məntəqəsinin ərazisini əhatə edən Yuxarı Tala kəndinin 147,31 ha olan 2 seçici qeydə alınmış bir hissəsi, 16 saylı seçki məntəqəsi ərazisinin 323 seçici qeydə alınmış bir hissəsi 111 saylı Zaqatala-Balakən seçki dairəsinin hüdudlarına daxil edilsin.
2. Qərarın icrası öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinə və müvafiq dairə seçki komissiyalarına həvalə edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr: Məzahir Pənahov
Katib: Arifə Muxtarova
Katib: Mikayıl Rəhimov
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.