Bəzi normativ xarakterli aktların qəbul edilməsi, bəzilərinə isə əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

27 may 2003-cü il tarixdə Azərbaycan Respublikasının Seçki Məcəlləsi qəbul edildikdən sonra Azərbaycan Respublikasında seçki münasibətləri həmin qanunla tənzimlənməyə başlayaraq qüvvədə olduğu dövr ərzində ona Azərbaycan Respublikasının 2003-cü il 11 noyabr, 2004-cü il 8 iyun, 12 oktyabr və 30 dekabr, 2005-ci il 4 mart, 14 iyun, 28 iyun və 23 dekabr, 2007-ci il 16 iyun, 2008-ci il 2 iyun və 16 dekabr, habelə 2010-cu il 5 mart və 18 iyun tarixli qanunları ilə sürətlə inkişaf edən seçki münasibətlərinin nizamlanması zərurətindən irəli gələn bir sıra əlavə və dəyişikliklər edilməsinə ehtiyac yaranmışdır.
Qanunvericiliyə edilmiş bəzi əlavə və dəyişikliklər və bir sıra münasibətlərin tənzimlənməsi zərurəti ilə əlaqədar, habelə seçkilərin (referendumun) hazırlanıb həyata keçirilməsi üçün normativ xarakterli aktlar bazasının təkmilləşdirilməsi məqsədilə hazırda bəzi təlimatların qəbul edilməsinə, bəzilərində isə əlavə və dəyişikliklərin edilməsinə ehtiyac yaranmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.3-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. "Dairə seçki komissiyalarının formalaşdırılması qaydaları haqqında Təlimat"ın 1.1-ci bəndində "60" rəqəmi "50" rəqəmi ilə əvəz edilsin (Qərar N 15/58 - 1).
2. "Dairə seçki komissiyalarının nəzarət-təftiş xidməti haqqında Əsasnamə"nin 1.2-ci bəndinin sonunda "Birləşmiş Universal Səhmdar Bankı şöbələrinin" sözləri "müvafiq bank qurumlarının" sözləri ilə əvəz edilsin (Qərar N 15/58 - 2).
3. "Dairə və məntəqə seçki komissiyaları üzvlərinə əmək haqlarının ödənilməsi qaydaları haqqında Təlimat"ın 6-cı abzasında "60" rəqəmi "50" rəqəmi ilə əvəz edilsin (Qərar N 15/58 - 3).
4. "Mərkəzi Seçki Komissiyası yanında nəzarət-təftiş xidməti haqqında Əsasnamə"nin 1.2-ci bəndinin sonunda "Milli Bankının" sözləri "Mərkəzi Bankının" sözləri ilə əvəz edilsin (Qərar N 15/58 - 4).
5. "Seçki komissiyalarının seçici siyahıları ilə iş qaydaları haqqında Təlimat"ın 2.9-cu bəndinin birinci cümləsindəki "25" rəqəmi "20" rəqəmi ilə, ikinci cümləsindəki "25" rəqəmi isə "35" rəqəmi ilə əvəz edilsin (Qərar N 15/58 - 5).
6. "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 5.1-ci bəndindəki "75" rəqəmi "60" rəqəmi ilə əvəz edilsin (Qərar N 15/58 - 6).
7. "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) seçki bülletenlərinin (referendum üzrə səsvermə bülletenlərinin), dairə və məntəqə seçki komissiyalarının səsvermə protokollarının və səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin hazırlanması və müvafiq seçki komissiyalarına verilməsi qaydaları haqqında Təlimat"ın 5-ci bəndindəki "55" rəqəmi "45" rəqəmi ilə, 11-ci bəndindəki "50" rəqəmi "45" rəqəmi ilə əvəz edilsin (Qərar N 15/58 - 7).
8. "Seçki komissiyalarına təqdim edilən imza vərəqələrində və digər seçki sənədlərində olan məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə yaradılan işçi qrupu haqqında Əsasnamə"nin 3.1.4-cü bəndində "50" rəqəmi "40" rəqəmi ilə əvəz edilsin, "ən geci" sözləri isə çıxarılsın (Qərar N 15/58 - 8).
9."Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat"ın 2.1-ci bəndində "65" rəqəmi "50" rəqəmi ilə, "40" rəqəmi isə "30" rəqəmi ilə əvəz edilsin (Qərar N 15/58 - 9).
10. "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat"ın 2-ci bəndindəki "45" rəqəmi "35" rəqəmi ilə əvəz edilsin, 3-cü və 9-cu bəndlər çıxarılsın (Qərar N 15/58 - 10).
11. "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçki fondlarına vəsaitlərin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı haqqında Təlimat"ın 1.1.3-cü və 2.1.2-ci bəndləri çıxarılsın (Qərar N 15/58 - 11).
12. "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçki fondlarına daxil olmuş vəsaitlərin geri qaytarılması haqqında Təlimat" qüvvədən düşmüş hesab edilsin (Qərar N 15/58 - 12).
13. Aşağıda göstərilən normativ xarakterli aktlar qəbul edilsin:
"Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları" (Qərar N 15/58 - 13).
"Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat" (Qərar N 15/58 - 14).
14. Müvafiq seçkilərin (referendumun) hazırlanıb keçirilməsi üçün qəbul edilmiş və eyni münasibətləri tənzim edən normativ xarakterli aktlar qüvvədən düşmüş hesab edilsin (Qərar N 15/58 - 15).
15. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir.{nl}

Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Almas Qəhramanlı

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında