Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə"yə əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 12; 2001-ci il, № 12, maddələr 731, 736; 2004-cü il, № 2, maddə 57; 2005-ci il, № 4, maddə 274, № 7, maddə 590; 2006-cı il, № 11, maddə 926; 2007-ci il, № 1, maddə 1, № 8, maddə 756, № 11, maddə 1078; 2008-ci il, № 3, maddə 155, № 8, maddələr 694, 696; 2009-cu il, № 6, maddələr 399, 406; 2010-cu il, № 2, maddə 75, № 3, maddə 171) ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə"yə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 2-ci maddəyə aşağıdakı məzmunda ikinci, üçüncü və dördüncü hissələr əlavə edilsin:
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları gömrük orqanlarına xidmətə qəbul edilən şəxslərə şamil edilir.
Əmək münasibətlərinə dair bu əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.
Gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun, dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) isə əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.";
2. 3-cü maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
"Gömrük orqanlarının vəzifəli şəxslərinin arasında xidmət münasibətlərinin tənzimlənməsi məqsədi ilə bu orqanlarda kiçik heyət, orta, baş və ali rəis heyəti vəzifələri və bu vəzifələrə müvafiq xüsusi rütbələr müəyyən edilir.";
3. 5-ci maddədə "müəyyən olunmuş nümunə əsasında" sözləri "Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, formada və etibarlıq müddətinə" sözləri ilə əvəz edilsin;
4. 7-ci maddənin 1-ci bəndində "gömrük xidməti giziri;" sözlərindən sonra "tibb xidməti giziri;" sözləri, 2-ci bəndində "gömrük xidməti baş giziri;" sözlərindən sonra "tibb xidməti baş giziri;" sözləri, 3-cü bəndində "gömrük xidməti kiçik leytenantı;" sözlərindən sonra "tibb xidməti kiçik leytenantı;" sözləri, 4-cü bəndində "gömrük xidməti leytenantı;" sözlərindən sonra "tibb xidməti leytenantı;" sözləri, 5-ci bəndində "gömrük xidməti baş leytenantı;" sözlərindən sonra "tibb xidməti baş leytenantı;" sözləri, 6-cı bəndində "gömrük xidməti kapitanı;" sözlərindən sonra "tibb xidməti kapitanı;" sözləri, 7-ci bəndində "gömrük xidməti mayoru;" sözlərindən sonra "tibb xidməti mayoru;" sözləri, 8-ci bəndində "gömrük xidməti polkovnik-leytenantı;" sözlərindən sonra "tibb xidməti polkovnik-leytenantı;" sözləri, 9-cu bəndində "gömrük xidməti polkovniki;" sözlərindən sonra "tibb xidməti polkovniki;" sözləri və 10-cu bəndində "gömrük xidməti general-mayoru;" sözlərindən sonra "tibb xidməti general-mayoru;" sözləri əlavə edilsin;
5. 8-ci maddənin birinci hissəsinin 1-ci bəndində "gömrük xidməti baş giziri" sözlərindən sonra "; tibb xidməti giziri, tibb xidməti baş giziri" sözləri, 2-ci bəndində "gömrük xidməti kapitanı" sözlərindən sonra "; tibb xidməti kiçik leytenantı, tibb xidməti leytenantı, tibb xidməti baş leytenantı, tibb xidməti kapitanı" sözləri, 3-cü bəndində "gömrük xidməti polkovniki" sözlərindən sonra "; tibb xidməti mayoru, tibb xidməti polkovnik-leytenantı, tibb xidməti polkovniki" sözləri və 4-cü bəndində "gömrük xidməti general-mayoru" sözlərindən sonra ", tibb xidməti general-mayoru" sözləri əlavə edilsin;
6. 11-ci maddədə "prinsipi" sözündən sonra ", müsabiqə və şəffaflıq" sözləri və həmin maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
"Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.";
7. 12-ci maddənin 7-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda 8-ci bənd əlavə edilsin:
"8) hərbi bilet və ya digər hərbi uçot sənədi.";
8. 15-ci maddədə:
8.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:
"İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə gömrük orqanlarında işləməyə qadir olmayan, gömrük, digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər gömrük orqanlarına xidmətə qəbul edilə bilməzlər.";
8.2. ikinci hissədən "müvafiq ali təhsilə malik olmayan, habelə (ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələrə xidmətə qəbul olunanlar istisna edilməklə)" sözləri çıxarılsın;
8.3. aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
"Gömrük orqanlarının kiçik heyət vəzifələrinə xidmətə ən azı tam orta və orta ixtisas təhsilli, orta, baş və ali rəis heyəti vəzifələrinə isə yalnız müvafiq ali təhsilə malik olan şəxslər qəbul edilirlər.".
9. 22-ci maddə aşağıdakı redaksiyada verilsin:
"22. Gömrük orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr fərdi şəkildə, ardıcıl qaydada (bu əsasnamənin 29-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), təhsilləri, olduqları xüsusi rütbədə xidmət müddəti və əmək stajı, tutduqları vəzifədə xüsusi rütbə hədləri, həmçinin bu əsasnamə ilə nəzərdə tutulan digər şərtlər nəzərə alınmaqla verilir.";
10. 23-cü maddənin birinci cümləsində "xidməti general-mayoru və ondan yuxarı" sözləri "orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan" sözləri ilə və ikinci cümləsində "xüsusi rütbələr" sözləri "və tibb xidməti polkovniki xüsusi rütbələri" sözləri ilə əvəz edilsin;
11. 26-cı maddənin birinci hissəsinin ikinci abzasında "gömrük xidməti giziri" sözlərindən sonra ", tibb xidməti giziri" sözləri, üçüncü abzasında "gömrük xidməti kiçik leytenantı" sözlərindən sonra ", tibb xidməti kiçik leytenantı" sözləri, dördüncü abzasında "gömrük xidməti leytenantı" sözlərindən sonra ", tibb xidməti leytenantı" sözləri, beşinci abzasında "gömrük xidməti baş leytenantı" sözlərindən sonra ", tibb xidməti baş leytenantı" sözləri, altıncı abzasında "gömrük xidməti kapitanı" sözlərindən sonra ", tibb xidməti kapitanı" sözləri, yeddinci abzasında "gömrük xidməti mayoru" sözlərindən sonra ", tibb xidməti mayoru" sözləri, səkkizinci abzasında "gömrük xidməti polkovnik-leytenantı" sözlərindən sonra ", tibb xidməti polkovnik-leytenantı" sözləri əlavə edilsin və ikinci hissəsində "gömrük xidməti polkovniki" sözləri "tibb xidməti baş giziri, gömrük xidməti polkovniki, tibb xidməti polkovniki" sözləri ilə əvəz edilsin;
12. 27-ci maddənin birinci hissəsinin ikinci abzasında "gömrük xidməti giziri, gömrük xidməti baş giziri, gömrük xidməti kiçik leytenantı, gömrük xidməti leytenantı, gömrük xidməti baş leytenantı, gömrük xidməti kapitanı" sözləri "gömrük xidməti giziri, tibb xidməti giziri, gömrük xidməti baş giziri, tibb xidməti baş giziri, gömrük xidməti kiçik leytenantı, tibb xidməti kiçik leytenantı, gömrük xidməti leytenantı, tibb xidməti leytenantı, gömrük xidməti baş leytenantı, tibb xidməti baş leytenantı, gömrük xidməti kapitanı, tibb xidməti kapitanı" sözləri ilə, üçüncü abzasında "gömrük xidməti mayoru, gömrük xidməti polkovnik-leytenantı" sözləri "gömrük xidməti mayoru, tibb xidməti mayoru, gömrük xidməti polkovnik-leytenantı, tibb xidməti polkovnik-leytenantı" sözləri ilə və dördüncü abzasında "gömrük xidməti polkovniki, gömrük xidməti general-mayoru" sözləri "gömrük xidməti polkovniki, tibb xidməti polkovniki, gömrük xidməti general-mayoru, tibb xidməti general-mayoru" sözləri ilə əvəz edilsin;
13. 29-cu maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
"Kiçik heyət vəzifələrində olan gömrük orqanlarının vəzifəli şəxsləri orta və baş rəis heyəti vəzifələrinə təyin olunduqda, onlara mövcud xüsusi rütbədə xidmət müddətindən asılı olmayaraq həmin rəis heyətinin ilk xüsusi rütbəsi verilir.";
14. 34-cü maddədə "gömrük xidməti polkovnik-leytenantı və gömrük xidməti mayoru, habelə gömrük xidməti kapitanı, gömrük xidməti baş leytenantı, gömrük xidməti leytenantı" sözləri "tibb xidməti polkovniki, gömrük xidməti polkovnik-leytenantı, tibb xidməti polkovnik-leytenantı, gömrük xidməti mayoru və tibb xidməti mayoru, habelə gömrük xidməti kapitanı, tibb xidməti kapitanı, gömrük xidməti baş leytenantı, tibb xidməti baş leytenantı, gömrük xidməti leytenantı, tibb xidməti leytenantı" sözləri ilə əvəz edilsin;
15. 38-ci maddə aşağıdakı redaksiyada verilsin:
"38. Xüsusi rütbə gömrük orqanlarının vəzifəli şəxsinə ömürlük verilir və o, yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi rütbədən məhrum oluna bilər.";
16. 41-ci maddədə "rütbələr üzrə maaşları" sözləri "rütbələrə görə əlavələri" sözləri ilə əvəz edilsin;
17. 51-ci maddənin birinci hissəsində "ilkin" sözü "ilk" sözü ilə əvəz edilsin;
18. 53-cü maddənin 3-cü bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda 4-cü bənd əlavə edilsin:
"4) aşağıdakı hallarda aşağı vəzifəyə keçirildikdə:a
səhhətinə görə (tibb komissiyasının rəyinə əsasən) və ya ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda;
attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə;
intizam tənbehi qaydasında.";
19. 69-cu maddənin 4-cü bəndindən "6 ay müddətinə" sözləri çıxarılsın, 7-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda 8-ci bənd əlavə edilsin:
"8) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə.";
20. 91-ci maddə aşağıdakı redaksiyada verilsin:
"91. Gömrük orqanının vəzifəli şəxsi müvafiq iş ilində (iş illərində) bu əsasnamənin 85-ci maddəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir.";
21. 93-cü maddədə "xüsusi rütbələr üzrə maaşlardan, 5 ildən artıq qüsursuz xidmətə görə, xarici dili bilməyə" sözləri "xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə" sözləri ilə əvəz edilsin;
22. 99-cu maddədə "orqanlarda" sözündən sonra "fasiləsiz" sözü əlavə edilsin və "və hesablanması qaydasına uyğun olaraq ödənilir" sözləri "bərabər müəyyən edilir" sözləri ilə əvəz edilsin;
23. 100-cü maddə aşağıdakı redaksiya verilsin:
"100. Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.";
24. 103-cü maddə aşağıdakı redaksiyada verilsin:
"103. Gömrük orqanlarının vəzifəli şəxslərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına "Məhkəmə və hüquq mühafizə orqanlarının işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi sığorta edilir.";
25. 120-ci maddədə:
25.1. birinci hissənin 11-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda 12-ci və 13-cü bəndlər əlavə edilsin:
"12) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edildikdə;
13) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qərarı olduğu halda.";
25.2. ikinci hissədə "4-11-ci" sözləri "4-13-cü" sözləri ilə əvəz edilsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun 2010-cu il

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında