Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №4, II kitab, maddə 251, №5, maddə 323, №12, maddə 835; 2001, №1, maddə 24, №7, maddə 455; 2002, №1, maddə 9, №5, maddələr 236, 248, 258, №6, maddə 326, №8, maddə 465; 2003, №6, maddələr 276, 279, №8, maddələr 424, 425, №12, I kitab, maddə 676; 2004, №1, maddə 10, №4, maddə 200, №5, maddə 321, №8, maddə 598, №10, maddə 762, № 11, maddə 900; 2005, №1, maddə 3, №6, maddə 462, №7, maddə 575, №10, maddə 904, №11, maddə 994; 2006, №2, maddələr 71, 72, 75, №5, maddə 390, №12, maddələr 1008, 1020, 1028; 2007, №2, maddə 68, №5, maddə 398, №6, maddələr 560, 562, 579, №8, maddə 757, №10, maddələr 937, 941, №11, maddələr 1049, 1080, 1090, №12, maddə 1221; 2008, №6, maddələr 454, 461, №7, maddə 602, №10, maddə 884, №12, maddələr 1047, 1049; 2009, №5, maddə 315, №7, maddə 517, №12, maddə 953; 2010, №2, maddə 70, №3, maddələr 171, 178, №4, maddələr 275, 276, №7, maddə 591; 2011, №4, maddə 253, №6, maddə 472, №7, maddələr 587, 601, 621, №11, maddə 980, №12, maddə 1093; 2012, №2, maddə 45, №3, maddələr 193, 196, №7, maddələr 666, 669, 673, №11, maddə 1068, №12, maddə 1223; 2013, №1, maddə 14; Azərbaycan Respublikasının 2012-ci il 28 dekabr tarixli 541-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 141.2-ci maddənin sanksiyasında “yüz səksən saatdan iki yüz” sözləri “üç yüz altmış saatdan dörd yüz” sözləri ilə əvəz edilsin.
2. 147.1-ci, 148-ci, 156.1-ci, 157.1-ci və 316-1.1-ci maddələrin sanksiyalarında “iki yüz qırx” sözləri “iki yüz qırx saatdan dörd yüz səksən” sözləri ilə əvəz edilsin.
3. 158.1-ci, 177.1-ci, 178.1-ci, 179.1-ci, 184.1-ci, 187.1-ci, 200.1-ci, 299.1-ci, 303.1-ci və 322.1-ci maddələrin sanksiyalarında “yüz səksən saatdan iki yüz qırx” sözləri “üç yüz altmış saatdan dörd yüz səksən” sözləri ilə əvəz edilsin.
4. 159.1-ci, 160.1-ci və 286.2-ci maddələrin sanksiyalarında “yüz əlli saatdan iki yüz qırx” sözləri “üç yüz saatdan dörd yüz səksən” sözləri ilə əvəz edilsin.
5. 159.2-ci, 159.3-cü, 159-1.1-ci, 159-1.2-ci və 244.1-ci maddələrin sanksiyalarında “iki yüz saatdan iki yüz qırx” sözləri “dörd yüz saatdan dörd yüz səksən” sözləri ilə əvəz edilsin.
6. 165.1-ci, 165-1.1-ci, 165-2.1-ci, 165-3.1-ci, 166.1-ci, 167-ci, 175-ci, 243.1-ci və 306.1-ci maddələrin sanksiyalarında “yüz altmış saatdan iki yüz qırx” sözləri “üç yüz iyirmi saatdan dörd yüz səksən” sözləri ilə əvəz edilsin.
7. 188-ci və 310-cu maddələrin sanksiyalarında “iki yüz” sözləri “iki yüz qırx saatdan dörd yüz” sözləri ilə əvəz edilsin.
8. 189.1-ci maddənin sanksiyasında “yüz saatadək” sözləri “iki yüz qırx saatdan üç yüz saatadək” sözləri ilə əvəz edilsin.
9. 203.1-ci maddənin sanksiyasında “yüz əlli saatdan iki yüz” sözləri “üç yüz saatdan dörd yüz” sözləri ilə əvəz edilsin.
10. 221.1-ci, 228.4-cü, 229.4-cü, 289.1-ci, 296.1-ci və 297.1-ci maddələrin sanksiyalarında “yüz altmış saatdan iki yüz” sözləri “üç yüz iyirmi saatdan dörd yüz” sözləri ilə əvəz edilsin.
11. 256.1-ci və 258.1-ci maddələrin sanksiyalarında “yüz altmış” sözləri “iki yüz qırx saatdan üç yüz iyirmi” sözləri ilə əvəz edilsin.
12. 298-ci maddənin sanksiyasında “yüz iyirmi saatdan yüz səksən” sözləri “iki yüz qırx saatdan üç yüz altmış” sözləri ilə əvəz edilsin.
13. 314.1-ci maddənin sanksiyasında “iki yüz otuz” sözləri “iki yüz qırx saatdan dörd yüz altmış” sözləri ilə əvəz edilsin.
14. 320.2-ci maddənin sanksiyasında “səksən” sözü “iki yüz qırx saatdan üç yüz” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 aprel 2013-cü il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.