“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 18, maddə 243; 1995, № 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 385, № 6, maddə 493; 1998, № 2, maddə 70; 2000, № 12, maddə 835; 2001, № 3, maddə 143, № 6, maddə 378, № 11, maddə 674; 2002, № 1, maddə 4, № 8, maddə 463; 2004, № 7, maddə 505; 2005, № 3, maddə 152, № 10, maddə 874; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 3, maddə 219, № 4, maddə 319, № 11, maddə 933, № 12, maddələr 1006, 1017, 1029; 2007, № 7, maddə 712, № 8, maddə 753, № 11, maddə 1053; 2008, № 3, maddə 158, № 8, maddələr 699, 701, № 10, maddə 886; 2009, № 7, maddə 519; 2010, № 3, maddə 166, № 4, maddə 276, № 11, maddə 935; 2011, № 4, maddə 270, № 6, maddə 474, № 7, maddə 580; 2012, № 7, maddə 647) 6-cı maddəsinin beşinci hissəsinə “Azərbaycan Respublikasının Prezidentinə,” sözlərindən sonra “Azərbaycan Respublikasının keçmiş Prezidentinə və onun arvadına (ərinə),” sözləri əlavə edilsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2013-cü il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında