Şriftin ölçüsü:
17.07.2010 07:01 | Oxunma sayı: 883
{nl}
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 9, № 8, maddə 598, № 9, maddə 668; 2007-ci il, № 4, maddə 320, № 5, maddə 446, № 7, maddə 712, № 11, maddə 1078; 2008-ci il, № 6, maddə 470, № 7, maddə 608) aşağıdakı əlavələr edilsin:
1. 3-cü maddədə "Azərbaycan Respublikası Konstitusiyasının" sözlərindən sonra "84-cü maddəsinin I hissəsi," sözləri, "88-ci maddəsinin I hissəsi," sözlərindən sonra "101-ci maddəsinin V hissəsi," sözləri əlavə edilsin.
2. 7.3-cü və 42.1-ci maddələrdə "Azərbaycan Respublikası Konstitusiyasının" sözlərindən sonra "84-cü maddəsinin I hissəsində," sözləri, "88-ci maddəsinin I hissəsində," sözlərindən sonra "101-ci maddəsinin V hissəsində," sözləri əlavə edilsin.
3. 31.0.2-ci maddədə "Azərbaycan Respublikası Konstitusiyasının" sözlərindən sonra "84-cü maddəsinin I hissəsində," sözləri, "88-ci maddəsinin I hissəsində," sözlərindən sonra "101-ci maddəsinin V hissəsində," sözləri əlavə edilsin.
4. 40.3.1-40.3.2-ci maddələr müvafiq olaraq 40.3.2-40.3.3-cü maddələr hesab edilsin və aşağıdakı məzmunda 40.3.1-ci maddə əlavə edilsin:
"40.3.1. müharibə şəraitində Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin uzadılması ilə əlaqədar işlərin icraatı;".
5. 40.3.3-40.3.8-ci maddələr müvafiq olaraq 40.3.5-40.3.10-cu maddələr hesab edilsin və aşağıdakı məzmunda 40.3.4-cü maddə əlavə edilsin:
"40.3.4. müharibə şəraitində Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin uzadılması ilə əlaqədar işlərin icraatı;".
6. Aşağıdakı məzmunda 53-1-ci və 55-1-ci maddələr əlavə edilsin:
"Maddə 53-1. Müharibə şəraitində Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin uzadılması haqqında məsələyə baxılmasının xüsusiyyətləri
53-1.1. Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin I hissəsinə görə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müharibə şəraitində hərbi əməliyyatların aparılması zamanı Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini qeyri-mümkün hesab etdikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması haqqında təkliflə Konstitusiya Məhkəməsinə müraciət edir.
53-1.2. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təklifinə dair qərar qəbul etməkdən imtina edə bilməz.
53-1.3. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təklifinə Konstitusiya Məhkəməsinin Plenumunda baxılması bu təklifin Konstitusiya Məhkəməsinə daxil olduğu gündən ən geci 7 gün keçənədək başlanmalıdır.
53-1.4. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təklifinə əsasən müharibə şəraitində hərbi əməliyyatların aparılmasının Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsinin mümkünlüyünə təsirini araşdıraraq, Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması və ya Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin uzadılmaması barədə əsaslandırılmış qərar qəbul edir.
53-1.5. Bu qanunun 53-1.4-cü maddəsində nəzərdə tutulmuş qərar Konstitusiya Məhkəməsi Plenumunun iclasında hakimlərin 6 səs çoxluğu ilə qəbul edilir.
53-1.6. Bu qanunun 53-1.4-cü maddəsində nəzərdə tutulmuş qərar dərhal Azərbaycan Respublikasının Milli Məclisinə və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərilir.
Maddə 55-1. Müharibə şəraitində Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin uzadılması haqqında məsələyə baxılmasının xüsusiyyətləri
55-1.1. Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin V hissəsinə görə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müharibə şəraitində hərbi əməliyyatların aparılması zamanı Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini qeyri-mümkün hesab etdikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması haqqında təkliflə Konstitusiya Məhkəməsinə müraciət edir.
55-1.2. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təklifinə dair qərar qəbul etməkdən imtina edə bilməz.
55-1.3. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təklifinə Konstitusiya Məhkəməsinin Plenumunda baxılması bu təklifin Konstitusiya Məhkəməsinə daxil olduğu gündən ən geci 7 gün keçənədək başlanmalıdır.
55-1.4. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təklifinə əsasən müharibə şəraitində hərbi əməliyyatların aparılmasının Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsinin mümkünlüyünə təsirini araşdıraraq, Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması və ya Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin uzadılmaması barədə əsaslandırılmış qərar qəbul edir.
55-1.5. Bu qanunun 55-1.4-cü maddəsində nəzərdə tutulmuş qərar Konstitusiya Məhkəməsi Plenumunun iclasında hakimlərin 6 səs çoxluğu ilə qəbul edilir.
55-1.6. Bu qanunun 55-1.4-cü maddəsində nəzərdə tutulmuş qərar dərhal Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərilir."
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyun 2010-cu il
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.