"Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə

{nl}

"Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 413; 1999-cu il, № 5, maddə 284, № 7, maddə 396, № 10, maddə 570; 2001-ci il, № 5, maddə 292, № 6, maddə 379, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 4, № 12, maddə 706; 2003-cü il, № 6, maddə 278; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddələr 597, 598, № 9, maddə 669; 2005-ci il, № 1, maddə 7, № 8, maddə 686; 2006-cı il, № 1, maddə 4, № 12, maddə 1005; 2007-ci il, № 5, maddələr 439, 446, № 7, maddə 712, № 11, maddə 1078, № 12, maddə 1222; 2008-ci il, № 3, maddə 163, № 7, maddə 609; 2009-cu il, № 2, maddə 46, № 11, maddə 878) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. Qanunun mətnində ismin müvafiq hallarında verilmiş "Ağır cinayətlərə dair işlər üzrə məhkəmə" sözləri ismin müvafiq hallarında "ağır cinayətlər məhkəməsi" sözləri ilə əvəz edilsin;
2. Qanunun mətnində ismin müvafiq hallarında verilmiş "Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsi" sözləri ismin müvafiq hallarında "Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi" sözləri ilə əvəz edilsin;
3. Qanunun mətnində "Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikası məhkəməsinin" sözləri "Naxçıvan Muxtar Respublikası Ağır cinayətlər məhkəməsinin" sözləri ilə əvəz edilsin;
4. Qanunun mətnində ismin müvafiq hallarında verilmiş "yerli iqtisad məhkəməsi" sözləri ismin müvafiq hallarında "inzibati-iqtisadi məhkəmə" sözləri ilə əvəz edilsin;
5. 19-cu maddədə:
5.1. birinci hissədə:
5.1.1. üçüncü abzas aşağıdakı redaksiyada verilsin:
"ağır cinayətlər məhkəmələri;";
5.1.2. altıncı abzas çıxarılsın;
5.1.3. yeddinci abzas aşağıdakı redaksiyada verilsin:
"inzibati-iqtisadi məhkəmələr;";
5.2. üçüncü hissə dördüncü hissə hesab olunsun və aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
"Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyənləşdirilir.";
6. 22-ci, 33-cü və 44-cü maddələrin ikinci hissələrində, 27-ci, 30-3-cü və 62-ci maddələrin üçüncü hissələrində, 53-cü maddənin dördüncü hissəsində "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq" sözləri "Məhkəmə-Hüquq Şurası tərəfindən" sözləri ilə əvəz edilsin;
7. 23-cü, 34-cü, 45-ci maddələrin birinci hissəsinin üçüncü abzaslarında, 28-ci, 30-4-cü, 57-ci, 66-cı maddələrin üçüncü abzaslarında "işlərin həcmini və sayını nəzərə alaraq hakimlər arasında işləri bölüşdürür" sözləri "işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir" sözləri ilə əvəz edilsin;
8. V fəslin adı aşağıdakı redaksiyada verilsin:
"Ağır cinayətlər məhkəmələri";
9. 26-cı maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 26. Ağır cinayətlər məhkəməsinin təşkili Ağır cinayətlər məhkəməsinin təşkili, olduğu yer və ərazi yurisdiksiyası Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyənləşdirilir.";
10. 34-cü maddənin ikinci hissəsi çıxarılsın;
11. VII fəsil çıxarılsın;
12. VIII fəslin adı aşağıdakı redaksiyada verilsin:
"İnzibati-iqtisadi məhkəmələr";
13. 42-ci, 61-ci və 77-ci maddələrin birinci hissələrində "iqtisadi mübahisələrə dair" sözlərindən əvvəl "inzibati və" sözləri əlavə edilsin;
14. 45-ci maddənin ikinci hissəsi çıxarılsın;
15. 53-cü maddənin birinci hissəsində "mülki işlər üzrə kollegiyadan, iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyadan, cinayət işləri və inzibati xətalara dair işlər üzrə kollegiyadan və hərbi məhkəmələrin işləri üzrə kollegiyadan" sözləri "mülki kollegiyadan, inzibati-iqtisadi kollegiyadan, cinayət kollegiyasından və hərbi kollegiyadan" sözləri ilə əvəz edilsin;
16. 54-cü maddənin üçüncü hissəsinin ikinci abzasında "məhkəmə kollegiyalarının tərkiblərini təşkil edir və hakimləri kollegiyalar üzrə müəyyən edir" sözləri "məhkəmə kollegiyalarını və müvafiq məhkəmə tərkiblərini təşkil edir" sözləri ilə əvəz edilsin;
17. 62-ci maddənin birinci hissəsində "mülki işlər üzrə kollegiyadan, iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyadan, cinayət və inzibati xətalara dair işlər üzrə kollegiyadan və hərbi məhkəmələrin işləri üzrə kollegiyadan" sözləri "mülki kollegiyadan, inzibati-iqtisadi kollegiyadan, cinayət kollegiyasından və hərbi kollegiyadan" sözləri ilə əvəz edilsin;
18. 63-cü maddənin üçüncü hissəsinin ikinci abzasında "məhkəmə kollegiyalarının tərkiblərini" sözləri "məhkəmə kollegiyalarını və müvafiq məhkəmə tərkiblərini" sözləri ilə əvəz edilsin;
19. 78-ci maddədə:
19.1. üçüncü hissədə "mülki işlər üzrə, iqtisadi mübahisələrə dair işlər üzrə, cinayət işləri və hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyaları" sözləri "mülki kollegiya, inzibati-iqtisadi kollegiya, cinayət kollegiyası və hərbi kollegiya" sözləri ilə əvəz edilsin;
19.2. dördüncü hissədə "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun" sözləri "Məhkəmə-Hüquq Şurası tərəfindən" sözləri ilə əvəz edilsin;
20. 79-cu maddənin üçüncü hissəsinin üçüncü abzasında "Ali Məhkəmənin kollegiyalarının tərkibini təşkil edir və hakimləri kollegiyalar üzrə müəyyən edir" sözləri "Ali Məhkəmənin hakimləri sırasından məhkəmə kollegiyalarını və müvafiq məhkəmə tərkiblərini təşkil edir" sözləri ilə əvəz edilsin;
21. 83-cü maddənin üçüncü abzasında "kollegiyalar arasında işləri və" sözləri "işlərin kollegiyalar arasında kargüzarlıq qaydasına uyğun bölüşdürülməsinə nəzarət edir," sözləri ilə əvəz edilsin;
22. 84-1-ci maddənin üçüncü abzasında "işlərin həcmini və sayını nəzərə alaraq hakimlər arasında işləri və" sözləri "işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir," sözləri ilə əvəz edilsin;
23. 86-cı maddənin birinci hissəsində "məhkəmələrin fəaliyyəti üçün" sözləri "birinci instansiya məhkəmələrinin fəaliyyəti üçün" sözləri ilə, "məhkəmələrin müvafiq" sözləri isə "onların müvafiq" sözləri ilə əvəz edilsin;
24. 94-cü maddənin beşinci hissəsində:
24.1. birinci cümlədən "və bir qayda olaraq həmin vəzifəyə iki dəfədən artıq təkrarən təyin oluna bilməzlər" sözləri çıxarılsın;
24.2. ikinci cümlədə "ağır cinayətlərə dair işlər üzrə məhkəmələrin" sözləri "ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin" sözləri ilə əvəz edilsin;
25. 106-cı maddənin beşinci abzası aşağıdakı redaksiyada verilsin: "ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində;".
II. "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 8, № 8, maddə 686; 2006-cı il, № 1, maddə 4; 2007-ci il, № 4, maddə 321) aşağıdakı dəyişiklik və əlavələr edilsin:
1. 6.7-ci maddə çıxarılsın;
2. 11.0.1-ci maddədə "və hakimlərin" sözlərindən sonra "ümumi" sözü əlavə edilsin;
3. Aşağıdakı məzmunda 12.0.3-1-ci maddə əlavə edilsin:
"12.0.3-1. hakimlərin ümumi sayı çərçivəsində Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrdə hakimlərin sayını müəyyən etmək;".
III. Keçid müddəaları:
1. Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsi və Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi məhkəməsi bu qanunda nəzərdə tutulmuş ağır cinayətlər məhkəmələri təşkil olunana və onların hakimləri təyin edilənədək səlahiyyətlərinin həyata keçirilməsini davam etdirirlər.
2. Yerli iqtisad məhkəmələri bu qanunda nəzərdə tutulmuş inzibati-iqtisadi məhkəmələr təşkil olunana və onların hakimləri təyin edilənədək səlahiyyətlərinin həyata keçirilməsini davam etdirirlər.

{nl}

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun 2010-cu il

{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında