“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır:

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 689; 2001, № 11, maddə 677; 2002, № 5, maddə 237; 2003, № 6, maddə 273, № 8, maddə 419; 2004, № 7, maddə 522, № 10, maddə 784, № 12, maddələr 982, 987; 2005, № 4, maddə 283, № 10, maddə 884; 2007, № 3, maddə 212, № 11, maddə 1051; 2008, № 5, maddələr 346, 347, № 8, maddə 708, № 11, maddə 959; 2009, № 4, maddə 214, № 7, maddələr 503, 511, № 10, maddə 770, № 12, maddə 963; 2010, № 7, maddə 605, № 11, maddələr 942, 943, 961; 2011, № 3, maddə 166, № 7, maddə 613; 2012, № 2, maddə 54, № 3, maddə 192, № 6, maddə 525, № 9, maddə 840, № 11, maddə 1059) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “Xəzər rayonu” bölməsi üzrə:

1.1.  1.2.3-cü sıra çıxarılsın;

1.2.  1.2.4-cü sırada “Gürgən-Pirallahı” və “Gürgən və Pirallahı” sözləri “Gürgən” sözü ilə əvəz edilsin.

2. Siyahıya aşağıdakı məzmunda “Pirallahı rayonu” bölməsi əlavə edilsin:

1.12.    Pirallahı rayonu          

1.12.1 Pirallahı bələdiyyəsi      Pirallahı qəsəbəsi

1.12.2 Çilov-Neft Daşları bələdiyyəsi Çilov və Neft Daşları qəsəbələri

3. “Ağdaş rayonu” bölməsinin 10.29-cu sırasında “Məşəd bələdiyyəsi” sözləri “Gürcüva bələdiyyəsi” sözləri ilə əvəz edilsin və həmin sıradan “, Məşəd” sözü çıxarılsın.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2013-cü il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında