“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 413; 1999-cu il, № 5, maddə 284, № 7, maddə 396, № 10, maddə 570; 2001-ci il, № 5, maddə 292, № 6, maddə 379, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 4, № 12, maddə 706; 2003-cü il, № 6, maddə 278; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddələr 597, 598, № 9, maddə 669; 2005-ci il, № 1, maddə 7, № 8, maddə 686; 2006-cı il, № 1, maddə 4, № 12, maddə 1005; 2007-ci il, № 5, maddələr 439, 446, № 7, maddə 712, № 11, maddə 1078, № 12, maddə 1222; 2008-ci il, № 3, maddə 163, № 7, maddə 609; 2009-cu il, № 2, maddə 46, № 11, maddə 878; 2010-cu il, № 7, maddə 596, № 10, maddə 842) aşağıdakı dəyişikliklər edilsin:

1. 93-1-ci maddənin birinci hissəsində “təşkilinin” sözündən sonra “və hakimlərin müstəqilliyinin” sözləri əlavə edilsin;

2. Aşağıdakı məzmunda 97-1-ci maddə əlavə edilsin:

“97-1. Hakimlərin ezam edilməsi

Hakimlər öz razılığı ilə Məhkəmə-Hüquq Şurasının qərarına əsasən 2 ilədək müddətə Məhkəmə-Hüquq Şurasının Aparatına, habelə müvafiq icra hakimiyyəti orqanının müraciəti olduqda, tədris fəaliyyətində və ya birinci və apellyasiya instansiyası məhkəmələrində bu Qanunun 86-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş sahələr üzrə işin təşkili vəziyyətinin yoxlanılmasında iştirak etmək üçün həmin quruma ezam edilə bilərlər. Zərurət olduqda bu müddət ezam edilmiş hakimin razılığı ilə yenidən 2 ilədək uzadıla bilər.

Məhkəmə-Hüquq Şurasının Aparatına və ya müvafiq icra hakimiyyəti orqanına ezam edilmiş hakimin hakimlik stajı davam edir, hakimlərin statusundan irəli gələn maddi və sosial təminatları və imtiyazları saxlanılır.

Ezam edilmiş hakim özünün və ya ezam edildiyi qurumun təşəbbüsü ilə Məhkəmə-Hüquq Şurasının qərarı ilə əvvəl işlədiyi vəzifəyə qaytarılır.”;

3. 114-cü maddədə:

3.1. üçüncü hissədən “1-ci və” sözləri çıxarılsın;

3.2. dördüncü hissədə “3-5-ci bəndlərində” sözlərindən əvvəl “1-ci və” sözləri əlavə edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2012-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında