Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №9, maddə 564; 2001-ci il, №5, maddə 298, №11, maddələr 676, 698; 2002-ci il, №1, maddə 9, №8, maddə 463; 2003-cü il, №8, maddə 424; 2004-cü il, №2, maddə 57, №11, maddə 901; 2005-ci il, №4, maddə 277, №10, maddə 874, №11, maddə 993; 2006-cı il, №12, maddə 1027; 2007-ci il, №6, maddə 560, №11, maddələr 1053, 1091; 2008-ci il, №2, maddə 49, №6, maddələr 453, 463, №7, maddə 602; 2009-cu il, №2, maddə 47, №4, maddə 210, № 12, maddə 948) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 1-ci maddə üzrə:
1.1. 14-cü bənddə ", piyadaların hərəkəti və ya dayanması" sözləri "hərəkəti və ya dayanması, eləcə də piyadaların hərəkəti" sözləri ilə əvəz edilsin;
1.2. 39-cu bənd aşağıdakı redaksiyada verilsin:
"39) ötmə - hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir;"
1.3. aşağıdakı məzmunda 44-50-ci bəndlər əlavə edilsin:
"44) ümumi istifadədə olan nəqliyyat vasitəsi - sərnişin daşınması üçün nəzərdə tutulmuş, müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsidir (avtobus, trolleybus, tramvay);
45) mütəşəkkil nəqliyyat dəstəsi - qarşıda qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə təchiz edilmiş operativ nəqliyyat vasitəsinin müşayiəti ilə bir hərəkət zolağında bir-birinin ardınca faraları yandırılmış vəziyyətdə hərəkət edən üç və ya daha artıq mexaniki nəqliyyat vasitəsindən ibarət olan dəstədir;
46) avtoqatar - bir mexaniki nəqliyyat vasitəsinə qoşularaq birlikdə hərəkət edən bir neçə nəqliyyat vasitəsindən ibarət tərkibdir;
47) icazə verilən maksimum kütlə - istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş, nəqliyyat vasitəsinin sürücü, sərnişin və yüklə birlikdə yol verilən kütləsinin yuxarı həddidir. Avtoqatarın icazə verilən maksimum kütləsi tərkibə daxil olan nəqliyyat vasitələrinin icazə verilən maksimum kütlələrinin cəmindən ibarətdir;
48) sutkanın qaranlıq vaxtı - sutkanın günəş batandan günəş çıxanadək olan müddətidir;
49) yaşayış məntəqəsi - giriş və çıxışları müvafiq olaraq 5.22-5.25 nişanları ilə işarələnmiş, əhalinin yığcam məskunlaşdığı ərazidir. Ağ fonu olan 5.22 və 5.23 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin tətbiq olunduğunu, göy fonu olan 5.24 və 5.25 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin bu yolda tətbiq olunmadığını göstərir;
50) yaşayış zonası - yaşayış məntəqəsinin giriş və çıxışları müvafiq olaraq 5.51 və 5.52 nişanları ilə işarələnmiş hissəsidir.";
2. 4-cü maddənin 21-ci bəndində "girov müqaviləsinin qeydiyyata alınması barədə şəhadətnaməni" sözləri "ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı" sözləri ilə əvəz edilsin;
3. 27-ci maddə üzrə:
3.1. IV hissənin 3-cü bəndində "girov qəbul edildiyi" sözləri "ipoteka müqaviləsi bağlandığı" sözləri ilə əvəz edilsin;
3.2. V hissənin birinci cümləsində "bir gün" sözlərindən sonra ", sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda üç gün" sözləri ilə əvəz edilsin;
3.3. aşağıdakı məzmunda V-I hissə əlavə edilsin:
"V-I. Nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatı, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə qeydiyyatı "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqanlar tərəfindən daşınar əmlakın müvafiq rəsmi reyestrində aparılır və reyestrdən çıxarış ipoteka saxlayana təqdim edilir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən çıxarışda ipotekanın dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyatın yeri, vaxtı (tarixi və saatı), qeydiyyat nömrəsi, ipoteka saxlayan və ipoteka qoyan barədə, habelə ipoteka predmetinin eyniləşdirilməsi üçün zəruri məlumatlar göstərilir. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Nəqliyyat vasitəsinin ipoteka ilə yüklü olması nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində qeyd edilir və ipotekaya xitam verildikdə bu qeyd ləğv edilir.";
3.4. XIII hissədə "qeydiyyatdan" sözü "təkrar dövlət qeydiyyatından" sözləri ilə əvəz edilsin;
4. 33-cü maddə üzrə:
4.1. II hissə aşağıdakı redaksiyada verilsin:
"II. Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:
1) velosipedi və ya arabanı idarəetmə hüququ - 14 yaşdan;
2) asma mühərrikli velosipedi, mopedi və "A1" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 16 yaşdan;
3) "A", "B" və "C" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 18 yaşdan;
4) "BE" - kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 19 yaşdan;
5) tramvayları, trolleybusları, "CE" və "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan;
6) "DE" - kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 24 yaşdan.
"B" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı bir il idarəetmə təcrübəsinə malik olan şəxslər "BE" kateqoriyasına, "C" və ya "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı üç il idarəetmə təcrübəsinə malik olan şəxslər isə müvafiq olaraq "CE" və ya "DE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququna malikdirlər.
Hərbi qulluqçular "CE", "D" və "DE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnu qanunvericiliklə müəyyən edilmiş qaydada 19 yaşdan əldə edə bilərlər.";
4.2. IV hissədə "Bu maddənin ikinci hissəsinin 1-ci və 2-ci bəndləri" sözləri "Velosiped, araba, asma mühərrikli velosiped və moped" sözləri ilə əvəz edilsin;
5. 34-cü maddənin IV hissəsi aşağıdakı redaksiyada verilsin:
"IV. Avtomobilləri və motosikletləri idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları göstərilir:
1) "A1" - mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri idarə etmək üçün;
2) "A" - bütün növ motosikletləri idarə etmək üçün;
3) "B" - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün:
"A" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri;
qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "B" kateqoriyasından olan avtomobilləri;
qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan "B" kateqoriyasından olan avtomobilləri;
5) "C" - "D" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "C" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
6) "D" - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "D" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
7) "BE" - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq və avtomobilin yüksüz kütləsindən çox olan "B" kateqoriyasından olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olan "B" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
8) "CE" - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan "C" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
9) "DE" - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan "D" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
10) "Tramvay" - tramvayları idarə etmək üçün;
11) "Trolleybus" - trolleybusları idarə etmək üçün.";
6. 37-ci maddə üzrə:
6.1. I hissənin 7-ci bəndi aşağıdakı redaksiyada verilsin:
"7) üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda, sağa dönmə işıq göstəricisini yandırmalı, həmin nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdır, üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət etməməlidir;";
6.2. V hissənin 2-ci bəndində "sükan arxasında telefonla danışmaq" sözləri "nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək" sözləri ilə əvəz edilsin;
7. 40-cı maddənin I hissəsinin 7-ci bəndində "qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş" sözləri "üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən" sözləri ilə əvəz edilsin;
8. 43-cü maddənin II hissəsinin 3-cü bəndində "dayanmaq" sözündən sonra "və ya durmaq" sözləri əlavə edilsin;
9. 48-ci maddə üzrə:
9.1. II hissədə "saxlamalıdırlar" sözü "dayandırmalıdırlar" sözü ilə əvəz edilsin;
9.2. II hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə daxil olmayan nəqliyyat vasitəsinin belə mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət etməsi qadağandır.";
10. 49-cu maddənin I hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə olunsun:
"Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır.";
11. 50-ci maddənin II hissəsinin 1-ci bəndində "çox ola bilməz)" sözlərindən sonra ", yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə" sözləri əlavə edilsin;
12. 51-ci maddə üzrə:
12.1. I hissənin 3-cü bəndində "qarşıdan gələn" sözlərindən sonra "və bu zolaqda gedən" sözləri əlavə edilsin;
12.2. II hissənin birinci cümləsində "Eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olmadığı halda relssiz" sözləri "Relssiz" sözü ilə əvəz edilsin;
13. 52-ci maddə üzrə:
13.1. IV hissənin 7-ci bəndi aşağıdakı redaksiyada verilsin:
"7) dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda;";
13.2. IV hissənin 10-cu bəndi aşağıdakı redaksiyada verilsin:
"10) 3.27 yol nişanının və 1.4 nişanlanma xəttinin təsir zonalarında;";
13.3. IV hissəyə aşağıdakı məzmunda 11-ci bənd əlavə edilsin:
"11) avtomagistrallarda və ya 5.3 nişanı ilə işarələnmiş yollarda 5.15 və ya 6.11 nişanları ilə işarələnmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanma qadağandır.";
13.4. aşağıdakı məzmunda IV-I hissə əlavə edilsin:
"IV-I. Ümumi istifadədə olan nəqliyyat vasitəsi sürücüsünün sərnişinləri mindirmək və düşürtmək üçün nəqliyyat vasitəsini bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənar dayandırması qadağandır. Taksilərin bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağandır.";
13.5. VI hissənin 6-cı bəndində "3.28 yol nişanının" sözlərindən sonra "və 1.10 nişanlanma xəttinin" sözləri əlavə olunsun;
14. 54-cü maddənin I hissəsinə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:
"Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir.";
15. 56-cı maddənin III hissəsi aşağıdakı redaksiyada verilsin:
"III. Bort platforması olan yük avtomobili aşağıdakı qaydada təchiz edildikdə onun banında adamların daşınmasına yol verilir:
1) yük avtomobilinin banında oturacaqlar döşəmədən 0,3-0,5 metr hündürlükdə, bortun üst hissəsindən ən azı 0,3 metr aşağıda bərkidilməlidir;
2) arxa və yan bortlar boyu yerləşən oturacaqların söykənəcək hissəsi möhkəm olmalıdır.";
16. 66-cı maddə üzrə:
16.1. II hissənin üçüncü cümləsində ",ağ fon yaşayış məntəqəsi əlaməti" sözləri çıxarılsın;
16.2. II hissənin dördüncü cümləsi beşinci cümlə hesab edilsin və aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:
"Ağ fonu olan 5.22 və 5.23 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin tətbiq olunduğunu, göy fonu olan 5.24 və 5.25 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin bu yolda tətbiq olunmadığını göstərir.";
17. 73-cü maddə üzrə:
17.1. III hissənin 1-ci bəndində "qabarit işıqları" sözlərindən sonra ", velosipedlərdə - faralar və ya fənərlər, at arabalarında - fənərlər" sözləri əlavə olunsun;
17.2. III hissəsinin 2-ci bəndində "qoşqularda" sözündən sonra "və yedəyə alınan nəqliyyat vasitələrində" sözləri əlavə olunsun;
17.3. V hissə aşağıdakı redaksiyada verilsin:
"V. Sutkanın işıqlı vaxtında hərəkət edən nəqliyyat vasitəsini göstərmək məqsədilə aşağıdakı nəqliyyat vasitələrində faranın yaxın işıqları yandırılmalıdır:
1) motosiklet və mopedlərdə;
2) uşaq dəstələrini daşıyan avtobus və mikroavtobuslarda;
3) mütəşəkkil nəqliyyat dəstəsində hərəkət edən nəqliyyat vasitələrində;
4) digər nəqliyyat vasitələrini yedəyə alan nəqliyyat vasitələrində;
5) təhlükəli, ağır çəkili və iri qabaritli yük daşıyan nəqliyyat vasitələrində;
6) xüsusi olaraq ayrılmış zolaqla nəqliyyat vasitələrinin axınına qarşı hərəkət edən ümumi istifadədə olan nəqliyyat vasitələrində.";
17.4. aşağıdakı məzmunda V-I hissə əlavə olunsun:
"V-I. Duman faralarından aşağıdakı hallarda istifadə oluna bilər:
1) məhdudiyyətli görünmə şəraitində - həm ayrıca, həm də faranın yaxın və ya uzaq işıqları ilə birlikdə;
2) sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində - faraların yaxın və uzaq işıqları ilə birlikdə;
3) bu Qanunun 73-cü maddəsinin V hissəsində nəzərdə tutulmuş hallarda müvafiq nəqliyyat vasitələrində faranın yaxın işıqlarının əvəzinə.";
17.5. X hissə aşağıdakı redaksiyada verilsin:
"X. "Avtoqatar" tanınma nişanı avtoqatar hərəkət etdiyi, sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində isə, həm də dayandığı və ya durduğu müddətdə yanmalıdır.";
18. 74-cü maddənin III hissəsində "yolun hərəkət hissəsini boşaltmalı" sözləri "sağa dönmə işıq göstəricisini yandırmalı, üstün keçid hüququ olan nəqliyyat vasitələri üçün zolağı boşaltmalı" sözləri ilə, "saxlamalıdırlar" sözü "dayandırmalıdırlar" sözü ilə əvəz edilsin;
19. 84-cü maddəyə aşağıdakı məzmunda 6-1-ci bənd əlavə edilsin:
"6-1) tərəfindən aşkar edilmiş hər bir inzibati xətaya dair məlumatı - müvafiq xətanın aşkar edildiyi vaxtdan 1 gün ərzində, həmin inzibati xəta haqqında iş üzrə icraat zamanı qəbul olunan qərarlar və tətbiq olunan inzibati tənbeh tədbirləri barədə məlumatı - müvafiq qərar qəbul olunduğu vaxtdan 1 gün ərzində, inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra olunması barədə məlumatı - müvafiq qərarın icrası başa çatdığı vaxtdan 1 gün ərzində texniki vasitələrdən istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada mərkəzi məlumat sisteminə ötürmək;";
20. 85-ci maddə üzrə:
20.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:
"2) nəqliyyat vasitəsini idarə edən şəxslərdən aşağıdakı hallarda nəqliyyat vasitəsini dayandırmağı tələb edir:
nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə və ya xüsusi texniki vasitələrdən istifadə etməklə müəyyən olunduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşından məlumat daxil olduqda;
nəqliyyat vasitəsi axtarışda olduqda;
nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda;
bu Qanunun 37-ci maddəsinin III hissəsində nəzərdə tutulmuş hallarda bu nəqliyyat vasitəsindən istifadə etmək zərurəti yarandıqda.
Qeyd: Nəqliyyat vasitəsi bu Qanunun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş sənədlərin yoxlanılması məqsədilə yalnız stasionar postlarda dayandırıla bilər. Nəqliyyat vasitəsinin dayandırılması fit və jezllə işarə verməklə və ya səsgücləndirici cihaz vasitəsilə nəqliyyat vasitəsini idarə edən şəxsin aydın görə və ya eşidə biləcəyi şəkildə tələb edilməlidir. Nəqliyyat vasitəsinin dayandırılması tələbi sürücü tərəfindən yerinə yetirilmədikdə, pozuntunun vaxtı, yeri, xarakteri, nəqliyyat vasitəsinin markası, rəngi, hərəkət istiqaməti, dövlət qeydiyyat nişanı və digər mühüm əlamətləri göstərilməklə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşlarına radio-cihaz vasitəsilə məlumat verilir və bundan sonra yazılı formada müvafiq raport tərtib edilir. Nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib oluna bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə oluna bilər.";
20.2. 5-ci bəndin "Qeyd" hissəsinin mətni ikinci abzas hesab edilsin və "Qeyd" hissəsinə aşağıdakı məzmunda birinci abzas əlavə edilsin:
"Beynəlxalq daşımaları həyata keçirən sürücülər tərəfindən inzibati xəta istirahət, səsvermə, iş günü hesab olunmayan bayram günləri və ümumxalq hüzn günündə törədildikdə və sürücü barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edildikdə, cəriməni banka və ya səlahiyyətli kredit təşkilatına ödəmək və ya köçürmək mümkün olmadıqda, həmin cərimə səlahiyyətli vəzifəli şəxsə ödənilə bilər. Bu halda inzibati xəta törətmiş şəxsə bu Qanunun 85-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş qaydada qəbz verilir.";
20.3. 9-cu bənddə "yerində olmadıqda" sözləri "olmadıqda" sözü ilə əvəz edilsin və "dayandırılmış nəqliyyat vasitəsi Azərbaycan Respublikasında bu Qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilmədikdə;" sözləri çıxarılsın;
21. Qanuna 1 saylı Əlavə "Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısı"nın VII bölməsinin 3-cü bəndinin "Qeyd" hissəsinin üçüncü cümləsində "arxa şüşələrində" sözləri "arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya" sözləri ilə əvəz edilsin.
22. Qanuna 4 saylı Əlavə "Yol nişanları"nın "V. Məlumatverici-göstərici nişanlar" qrupunda:
22.1. 5.9, 5.10.1, 5.10.2, 5.10.3, 5.10.4 yol nişanlarının adlarında "Marşrut" sözü "Ümumi istifadədə olan" sözləri ilə əvəz edilsin;
22.2. 5.14 yol nişanının adı aşağıdakı redaksiyada verilsin:
"5.14. Minik taksilərinin duracaq yeri";
22.3. 5.22 yol nişanının adı aşağıdakı redaksiyada verilsin:
"5.22. Yaşayış məntəqəsinin başlanğıcı (yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin tətbiq olunduğunu göstərir)";
22.4. 5.23 yol nişanının adı aşağıdakı redaksiyada verilsin:
"5.23. 5.22 yol nişanı ilə işarə edilmiş yaşayış məntəqəsinin qurtaracağı";
22.5. 5.24 yol nişanının adı aşağıdakı redaksiyada verilsin:
"5.24. Yaşayış məntəqəsinin başlanğıcı (yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin bu yolda tətbiq olunmadığını göstərir";
22.6. 5.25 yol nişanının adı aşağıdakı redaksiyada verilsin:
"5.25. 5.24 yol nişanı ilə işarə edilmiş yaşayış məntəqəsinin qurtaracağı";
II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 584; 2001-ci il, №1, maddə 24, №3, maddə 139, №7, maddə 455, № 11, maddələr 680, 698, №12, maddə 731; 2002-ci il, №1, maddə 9, №4, I kitab, maddə 165, №5, maddələr 234, 237, 239, №6, maddə 326, №8, maddə 463, №12, maddə 692; 2003-cü il, №1, maddələr 3, 13, 23, №4, maddələr 177, 178, №5, maddə 228, №6, maddələr 257, 276, 279, №8, maddələr 407, 425, №12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, №1, maddələr 6, 7, 10, 13, №4, maddələr 200, 201, 204, №5, maddələr 313, 314, 317, 321, №6, maddə 397, №8, maddələr 596, 597, №10, maddələr 762, 779, №11, maddə 900, №12, maddə 973; 2005-ci il, №1, maddələr 5, 6, №2, maddə 61, №4, maddələr 272, 273, 275, 278, №6, maddələr 462, 466, №7, maddə 576, №8, maddələr 691, 692, №10, maddələr 875, 877, 904, №11, maddələr 993, 994, 995, №12, maddələr 1083, 1085; 2006-cı il, №2, maddələr 64, 68, №3, maddələr 219, 220, 223, 225, №5, maddə 385, №6, maddə 478, №11, maddələr 923, 924, 932, №12, maddələr 1005, 1020, 1024; 2007-ci il, №1, maddələr 3, 4, №2 maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008-ci il, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr 699, 701, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009-cu il, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, №7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 11, maddə 878, № 12, maddə 953, 954, 966, 971; 2010-cu il, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178; Azərbaycan Respublikasının 2010-cu il 5 mart tarixli 971-IIIQD və 972-IIIQD nömrəli, 20 aprel tarixli 991-IIIQD və 992-IIIQD nömrəli, 11 may tarixli 1006-IIIQD nömrəli qanunları) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 151-ci maddə üzrə:
1.1. 151.1-ci maddədə "sürmə təlimi keçmə" sözlərindən sonra ", avtomagistralda və ya yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə" sözləri, "pozulmasına," sözündən sonra "ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına, səkilərlə və qanunla nəzərdə tutulmamış hallarda yolun çiyini ilə hərəkət edilməsinə, piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, həmin piyada keçidinə daxil olmuş və ya daxil olmaqda olan piyadaya sürücü tərəfindən nəqliyyat vasitəsini dayandıraraq yol verilməməsinə," sözləri əlavə edilsin;
1.2. 151.2-ci maddədə:
1.2.1. "ötmə, manevr etmə" sözləri "əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə" sözləri ilə əvəz edilsin;
1.2.2. "daxil olmasına," sözlərindən sonra "ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırılmasına," sözləri əlavə edilsin;
1.2.3. "yol verilməməsinə" sözlərindən sonra "və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə" sözləri əlavə edilsin;
1.3. 151.4-cü maddədə "151.3-cü," sözündən sonra "152-1.1-ci" sözü əlavə olunsun;
1.4. maddənin "Qeyd"ində:
1.4.1. maddənin "Qeyd"inin mətni 1-ci hissə hesab edilsin;
1.4.2. maddənin "Qeyd"inə aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:
"2. Sürücülük vəsiqəsi idarə etdiyi nəqliyyat vasitəsinin kateqoriyasına uyğun olmayan sürücü bu Məcəllədə nəzərdə tutulmuş balla qiymətləndirilən xətaları törətdikdə, o, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyətə cəlb edilir və ona törətdiyi xətaya müvafiq bal təyin edilir.";
2. 152.3-cü maddədə "törədilməsinə" sözündən sonra "və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə" sözləri əlavə edilsin;
3. 154.1-ci maddədə "on beş manatdan iyirmi manatadək miqdarda" sözləri "otuz manat miqdarında" sözləri ilə əvəz edilsin;
4. 155-ci maddə üzrə:
4.1. 155.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
"155.1.3. dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına;";
4.2. 155.2.4-cü maddədə "müvafiq icazə olmadan nəqliyyat vasitələrinin xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə və ya sürəti ölçməyə maneçilik törədən, yaxud ölçmə cihazlarının işinə mane olan antiradar və yaxud operativ xidmətlərinin nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri ilə təchiz edilməsinə, habelə" sözləri "nəqliyyat vasitəsinin" sözləri ilə əvəz edilsin;
4.3. aşağıdakı məzmunda 155.6 və 155.7-ci maddələr əlavə olunsun:
"155.6. Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə -
əlli manat miqdarında cərimə edilir.
155.7. Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, habelə nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə -
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.";
5. 360.1-ci maddədə "155.4," rəqəmindən sonra "155.7," rəqəmi əlavə edilsin;
6. 397.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
"397.3. Fiziki şəxsin gətirilməsi inzibati xətanın baxıldığı yer üzrə məhkəmənin qərardadı əsasında onun yaşadığı və ya olduğu yer üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir."
7. 406-cı maddə üzrə:
7.1. 406.1.2-ci maddədən "yerində" sözü çıxarılsın;
7.2. 406.1.4-cü maddə çıxarılsın;
8. 409.1.1-ci maddədə "bilavasitə" sözündən sonra "və ya xüsusi texniki vasitələrin köməyi ilə" sözləri əlavə edilsin;
9. aşağıdakı redaksiyada 415.5-ci maddə əlavə edilsin:
"415.5. İnzibati xəta haqqında iş üzrə icraat dayandırıldıqda bu Məcəllənin 36.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərin axımı dayanır. İnzibati xəta haqqında iş üzrə icraatın müddətinin axımının dayandırılması bir ildən artıq davam edə bilməz. Həmin müddət bitdikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.";
10. 420.3-cü maddədə "işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs)" sözləri "inzibati xətanın baxıldığı yer üzrə məhkəmə" sözləri ilə əvəz olunsun;
11. 421.3-cü maddədə "nəqliyyat vasitəsinin qeydiyyatda olduğu yer üzrə" sözləri "müvafiq icra hakimiyyəti orqanının mərkəzi məlumat sisteminin məlumatları nəzərə alınmaqla bu Məcəllənin 421.1-ci maddəsində nəzərdə tutulmuş qaydada" sözləri ilə əvəz edilsin;
12. aşağıdakı məzmunda 451.7-ci maddə əlavə edilsin:
"451.7. Beynəlxalq daşımaları həyata keçirən sürücülər tərəfindən inzibati xəta istirahət, səsvermə, iş günü hesab olunmayan bayram günləri və ümumxalq hüzn günündə törədildikdə və sürücü barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edildikdə cəriməni banka və ya səlahiyyətli kredit təşkilatına ödəmək və ya köçürmək mümkün olmadıqda, həmin cərimə səlahiyyətli vəzifəli şəxsə ödənilə bilər. Bu halda inzibati xəta törətmiş şəxsə bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbz verilir.".
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun 2010-cu il
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.