“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

I. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12, I kitab, maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646; Azərbaycan Respublikasının 2012-ci il 1 oktyabr tarixli 434-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 1.3-cü maddə əlavə edilsin:

“1.3. Bu Qanunda müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının digər qanunlarında dövlət rüsumunun məbləğləri və ödənilməsi ilə bağlı müddəalar nəzərdə tutula bilməz.”.

2. 8-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği

8.1. Məhkəməyə verilən iddia ərizələrindən:    

8.1.1. İddia qiyməti 500 manatadək olduqda   20 manat

8.1.2. İddia qiyməti 500 manatdan çox olduqda           30 manat

8.2. İddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslərin işə qoşulması barədə ərizələrindən:     

8.2.1. İddia qiyməti ilə bağlı olduqda    Bu Qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumu

8.2.2. Hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən       10 manat

8.3. Məhkəmə əmri haqqında ərizələrdən         20 manat

8.4. Apellyasiya və kassasiya şikayətlərindən:  

8.4.1. Birinci instansiya məhkəməsinə müraciət edilərkən;         Bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi

8.4.2. İş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlərdən    20 manat

8.4.3. Mübahisəsiz qaydada (akseptsiz) ödənilən cərimələr üzrə icra və digər sənədin icra olunmasının təsdiqi barədə mübahisələr üzrə iddia ərizələrindən      10 manat

8.4.4. Qanunla mübahisəsiz qaydada (akseptsiz) tutulması nəzərdə tutulmayıbsa, dövlət orqanları, yerli özünüidarə orqanları və nəzarət funksiyalarını həyata keçirən digər orqanları tərəfindən cərimələrin ödənilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən     40 manat

8.4.5. Nəzarət funksiyasını həyata keçirən orqanlar tərəfindən qanunun və ya digər normativ hüquqi aktın tələblərini pozmaqla, mübahisəsiz qaydada (akseptsiz) pul vəsaitinin büdcədən qaytarılması barədə mübahisələr üzrə iddia ərizələrindən            10 manat

8.4.6. Müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi, hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən     10 manat

8.4.7. Vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən      10 manat

8.4.8. Məhkəmə aktlarının və surətlərinin təkrarən verilməsinə görə      10 manat

8.4.9. Nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələrindən      20 manat

8.4.10. Nikah ləğv edilərkən əmlak bölüşdürüldükdə   40 manat

8.4.11. Yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən    10 manat

8.4.12. Müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən     10 manat

8.4.13. Qanunda nəzərdə tutulan müqavilələr üzrə mübahisələrə dair və yaxud tərəflərin razılığı ilə mübahisənin inzibati-iqtisadi məhkəmənin həllinə verilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən         20 manat

8.4.14. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və coğrafi göstəricinin mühafizəsi ilə bağlı ərizə və şikayətlərdən    30 manat

3. 10-cu maddənin mətni aşağıdakı redaksiyada verilsin:

Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği

10.1. Daşınmaz əmlakın (torpaq sahələri və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, əmlak kompleksi kimi müəssisələr) və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün:    

10.1.1 . Müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə     20 manat

10.1.2. Müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə:      

10.1.2.1. Bakı şəhərində          200 manat

10.1.2.2. Digər şəhər və rayonlarda     80 manat

10.1.3. Yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi üçün            20 manat

10.2. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi üçün:

10.2.1. Müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə 25 manat

10.2.2. Müqavilə üzrə əmlak digər şəxsin mülkiyyətinə keçirsə 50 manat

10.3. Yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilələrin təsdiqi üçün:           

10.3.1. Müqavilə üzrə istifadə hüququ ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə             10 manat

10.3.2. Müqavilə üzrə istifadə hüququ digər şəxsə keçirsə        15 manat

10.4. Kredit müqavilələrinin təminatı kimi bağlanılan girov (ipoteka) müqavilələri üzrə: 

10.4.1. Dəyəri 2000 manatadək          5 manat

10.4.2. Dəyəri 2000 manatdan 5000 manatadək         20 manat

10.4.3. Dəyəri 5000 manatdan çox olduqda    30 manat

10.5. İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün:       

10.5.1. Bakı şəhərində 110 manat

10.5.2. Digər şəhər və rayonlarda        44 manat

10.6. Qanunvericilikdə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün:   

10.6.1. Bakı şəhərində 55 manat

10.6.2. Digər şəhər və rayonlarda        22 manat

10.7. Qiymətləndirilən başqa müqavilələrin təsdiqi üçün:          

10.7.1. Tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə            10 manat

10.7.2. Tərəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxsdirsə        10 manat

10.7.3. Tərəflər digər şəxslərdirsə        80 manat

10.8. Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən müqavilələrin, əvvəllər bağlanmış müqavilələrin ləğvi barədə sazişin təsdiqi üçün:      

10.8.1. Tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə            10 manat

10.8.2. Tərəflər digər şəxslərdirsə        20 manat

10.9. Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün:     

10.9.1. Qanunla müəyyən edilən bütün növbəli vərəsələrə (şəhadətnamənin qanun üzrə və ya vəsiyyətnamə üzrə verilməsindən asılı olmayaraq)  20 manat

10.9.2. Vərəsə digər şəxsdirsə 40 manat

10.10. Ər-arvadın birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsi üçün           10 manat

10.11. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi üçün:            

10.11.1. Etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilərsə   10 manat

10.11.2. Etibarnamə digər şəxslərə verilərsə     20 manat

10.12. Nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin təsdiqi üçün:           

10.12.1. Etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilirsə    5 manat

10.12.2. Etibarnamə digər şəxslərə verilirsə      10 manat

10.13. Vərəsəlik əmlakının mühafizəsi barədə tədbir görülməsi üçün     20 manat

10.14. Dəniz protestlərinin tərtibi üçün 20 manat

10.15. Vəsiyyətnamələrin təsdiqi üçün  10 manat

10.16. Notariat qaydasında təsdiq edilmiş sənədlərin təkrarən verilməsi (dublikat) üçün           5 manat

10.17. Sənədlərdəki imzanın həqiqiliyinin, həmçinin tərcüməçinin imzasının həqiqiliyinin (hər imza üçün) təsdiqi üçün     2 manat

10.18. Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün      2 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə 0,50 manat

10.19. İcra qeydlərinin aparılması üçün 10 manat

10.20. Fiziki və hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin ərizələrinin digər fiziki və hüquqi şəxslərə, dövlət orqanlarına və bələdiyyələrə verilməsi və bu Qanunun 10.1-10.19-cu maddələrində göstərilən hərəkətlərdən başqa notariat hərəkətləri üçün            5 manat

10.21. Müştərinin verdiyi bildiriş üzrə əvvəlcədən razılaşdırılmış vaxtda qəbulu üçün     5 manat

10.22. Bu Qanunda nəzərdə tutulmuş notariat hərəkətlərinin müştərinin qabaqcadan verdiyi bildiriş üzrə iş yerindən kənarda aparılmasına görə (1 saat üçün)            10 manat (notariusun iş yerindən kənarda notariat hərəkətlərinin aparılmasına görə 1 saatdan əlavə sərf olunan hər saat üçün 5 manat)

10.23. Ödəniş (qiymətli) kağızlarına dair təsdiq qeydi və imtina (protest) aktlarının rəsmiləşdirilməsi üçün         5 manat

10.24. Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə görə        100 manat

10. 25. Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin müddətinin uzadılmasına görə           50 manat

4. 12.2.1-ci maddədə “6” rəqəmi “15” rəqəmi ilə əvəz edilsin.

5. 12.2.2-ci maddədə “11” rəqəmi “15” rəqəmi ilə əvəz edilsin.

6. 12.3-cü maddədə “3” rəqəmi “10” rəqəmi ilə əvəz edilsin.

7. 12.4-cü maddədə “Doğum, nikah və nikahın pozulması, ölüm haqqında akt” sözləri “Vətəndaşlıq vəziyyəti aktlarının” sözləri ilə əvəz edilsin.

8. 12.6-cı maddə ləğv edilsin.

9. 16.1.1-ci maddə ləğv edilsin.

10. 16.1.2-ci maddədə “40” rəqəmi “55” rəqəmi ilə əvəz edilsin.

11. 16.1.4-cü maddədə “2” rəqəmi “4” rəqəmi ilə əvəz edilsin.

12. 16.1.5-ci maddədə “2” rəqəmi “4” rəqəmi ilə əvəz edilsin.

13. 16.1.6.1-ci maddədə “40” rəqəmi “50” rəqəmi ilə əvəz edilsin.

14. 16.1.6.2-ci maddədə “80” rəqəmi “100” rəqəmi ilə əvəz edilsin.

15. 16.1.7-ci maddədə “250” rəqəmi “350” rəqəmi ilə əvəz edilsin.

16. 16.1.10-cu və 16.1.11-ci maddələr ləğv edilsin.

17. 16.2.2-ci maddədə “300” rəqəmi “400” rəqəmi ilə əvəz edilsin.

18. 16.3.1-ci maddədə “30” rəqəmi “40” rəqəmi ilə əvəz edilsin.

19. 16.3.7-ci maddədə “20” rəqəmi “30” rəqəmi ilə əvəz edilsin.

20. 16.6.6-cı maddədə “50” rəqəmi “60” rəqəmi ilə əvəz edilsin.

21. 18-ci maddənin adına “əlaqəli hüquqlar obyektinin” sözlərindən sonra “inteqral sxem topologiyasının və məlumat toplularının” sözləri əlavə edilsin.

22. 18.22.1-ci maddədə “5 manat, hər artan il üçün 3 manat artırılmaqla” sözləri “fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla, digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla” sözləri ilə əvəz edilsin.

23. 18.22.2-ci maddədə “40 manat, hər artan il üçün 4 manat artırılmaqla” sözləri “fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 60 manat, hər artan il üçün 8 manat artırılmaqla, digər şəxslər üçün 300 manat, hər artan il üçün 40 manat artırılmaqla” sözləri ilə əvəz edilsin.

24. 18.22.3-cü maddədə “100 manat, hər artan il üçün 10 manat artırılmaqla” sözləri “fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 142 manat, hər artan il üçün 10 manat artırılmaqla, digər şəxslər üçün 710 manat, hər artan il üçün 50 manat artırılmaqla” sözləri ilə əvəz edilsin.

25. 18.23-cü maddədə “5 manat, hər artan il üçün 3 manat artırılmaqla” sözləri “fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla, digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla” sözləri ilə əvəz edilsin.

26. 18.24.1-ci maddədə “5 manat, hər artan il üçün 3 manat artırılmaqla” sözləri “fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla, digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla” sözləri ilə əvəz edilsin.

27. 18.24.2-ci maddədə “50 manat, hər artan il üçün 10 manat artırılmaqla” sözləri “fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 60 manat, hər artan il üçün 8 manat artırılmaqla, digər şəxslər üçün 300 manat, hər artan il üçün 40 manat artırılmaqla” sözləri ilə əvəz edilsin.

28. 18.25-ci maddədə “3 manat” sözləri “fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 3 manat, digər şəxslər üçün 15 manat” sözləri ilə əvəz edilsin.

29. 18.62-1.1-ci maddədə “5 manat” sözləri “hüquqi şəxslər 20 manat, fiziki şəxslər 5 manat” sözləri ilə əvəz edilsin.

30. 18.62-1.2-ci maddədə “7 manat” sözləri “hüquqi şəxslər 20 manat, fiziki şəxslər 10 manat” sözləri ilə əvəz edilsin.

31. 18.63-cü maddə aşağıdakı redaksiyada verilsin:

“18.63. İnteqral sxem topologiyası sahəsində:

18.63.1. topologiyanın qeydiyyatı - hüquqi şəxslər 20 manat, fiziki şəxslər 5 manat;

18.63.2. topologiyaya əmlak hüquqlarının vərəsəlik üzrə keçməsinin qeydiyyatı üçün - hüquqi şəxslər 20 manat, fiziki şəxslər 5 manat;

18.63.3. topologiyaya əmlak hüquqlarının tam və ya qismən verilməsi haqqında müqavilələrin qeydiyyatı üçün - hüquqi şəxslər 20 manat, fiziki şəxslər 5 manat.”.

32. 18.64.1-ci maddədə “5 manat” sözləri “hüquqi şəxslər 30 manat, fiziki şəxslər 10 manat” sözləri ilə əvəz edilsin.

33. 18.64.2-ci maddədə “7 manat” sözləri “hüquqi şəxslər 30 manat, fiziki şəxslər 10 manat” sözləri ilə əvəz edilsin.

34. 18.65.1.1-ci maddədə “10” rəqəmi “20” rəqəmi ilə əvəz edilsin.

35. 18.65.1.2-ci maddədə “5” rəqəmi “10” rəqəmi ilə əvəz edilsin.

36. 18.65.2.1-ci maddədə “10” rəqəmi “20” rəqəmi ilə əvəz edilsin.

37. 18.65.2.2-ci maddədə “5” rəqəmi “10” rəqəmi ilə əvəz edilsin.

38. Aşağıdakı məzmunda 18.65.4.1-1-ci maddə əlavə edilsin:

“18.65.4.1-1. avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə - 10 manat.”.

39. 18.65.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“18.65.5. Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi:

18.65.5.1. avto-moto nəqliyyat vasitələri üçün - 18 manat;

18.65.5.2. traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün - 5 manat.”.

40. 18.65.6.1-ci maddəyə “dövlət” sözündən əvvəl “avtonəqliyyat vasitələri üçün verilən” sözləri əlavə edilsin.

41. 18.65.6.2-ci maddəyə “istisna olmaqla,” sözlərindən sonra “avtonəqliyyat vasitələri üçün” sözləri əlavə edilsin və “18 manat” sözləri “22 manat” sözləri ilə əvəz edilsin.

42. Aşağıdakı məzmunda 18.65.6.3-cü maddə əlavə edilsin:

“18.65.6.3. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün dövlət qeydiyyat nişanlarının verilməsinə görə - 11 manat.”.

43. 18.65.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“18.65.7. Qeydiyyat şəhadətnaməsinin verilməsi:

18.65.7.1. avto-moto nəqliyyat vasitələri üçün - 17 manat;

18.65.7.2. traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün - 5 manat.”.

44. 18.65.8-ci maddədə “5” rəqəmi “10” rəqəmi ilə əvəz edilsin.

45. 18.65.9-cu maddədə “5” rəqəmi “10” rəqəmi ilə əvəz edilsin.

II. Bu Qanun 2013-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2012-ci il.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında